Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 23 yaşlı oğlan bacısını qoruyarkən öldürüldü - TƏFƏRRÜAT

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 23 yaşlı oğlan bacısını qoruyarkən öldürüldü - TƏFƏRRÜAT

 

Ötən gecə Bakı şəhər Suraxanı rayonu Yenu Suraxanı qəsəbəsində baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları üzə çıxıb.

Sozcu.info bildirir ki, ilkin araşdırmalar zamanı Ərəsov Müşfiq Etibar oğlunun həyat yoldaşı və qardaşını qısqanclıq zəminində bıçaqlaması məlum olub.

Belə ki, dənizdə işləyən Müşfiq ayın yarı hissəsini işi ilə əlaqədar evində olmurmuş son vaxtlar o, dənizdən evə gələndə həyat yoldaşı, 28 yaşlı Zülfiyyə ilə qısqanclıq zəminində mübahisələr edirmiş. Həyat yoldaşının hərəkətlərindən şübhələndiyini deyən Müşfiq heç bir konkret səbəb gətirmədən evdə dava-dalaş salırmış. Nəhayət, dünən söz-söhbətdən bezən və 2 azyaşlı uşaq anası olan Zülfiyyə evi tərk edərək Yeni Suraxanıda bacısının evinə gəlib. Onun arxasıyca isə Müşfiq bıçaq götürərək baldızının evinə gəlib. Bu zaman evin qarşısında onu qayını 23 yaşlı İsmayılov İbrahim Etibar oğlu qarşılayıb. O, yeznəsinə bacısını öldürməyə imkan verməyəcəyini deyib və həyəti tərk etməsini tələb edib. Əsəblərinə hakim ola bilməyən Müşfiq özü ilə gətirdiyi bıçaqla həm 23 yaşlı qaynını, həm də həyat yoldaşını öldürmək qərarına gəlib. O, bacı və qardaşa çoxsaylı bıçaq zərbələri endirib. Ürək nahiyəsindən ağır xəsarət alan İbrahim hadisə yerində ölüb, Zülfiyyə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb, M.Ərəsov tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti