8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və saxlamaqda ittiham edilən 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlunun cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Əvvəlcə müdafiəçi Ülkər Yusifova çıxış edib. Vəkil müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyib. Müdafiəçi bildirib ki, Rafael Hüseynov heç bir cinayət əməli törətmədiyi halda həbs edilib.
"Məhkəmə istintaqında da sübuta yetirildi ki, Rafael Hüseynov günahsızdır"- deyə vəkil bildirib.
R.Hüseynov son sözündə barəsində bəraət hökmü çıxarılmasını istəyib. Rafael Hüseynov özünü təqsirli bilmir. Deyir ki, həbsi sifarişidir. Onun sözlərinə görə saxlanılan zaman nə üzərində, nə də mənzilində narkotik olub.
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən Rəfael Hüseynov barəsində bəraət hökmü çıxarılıb. Onun əməlində cinayət tərkibi olmadığı üçün bəraət alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdə R.Hüseynovun saxlanılmasında iştirak edən əməliyyatçılar barəsində yol verdikləri nöqsanlara görə xüsusi qərar çıxarılıb.
Xatırladaq ki, prokuror Rafael Hüseynovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Cinayət işinin materiallarında Narkoloji Mərkəzdən alınmış rəy var. Orada R.Hüseynovun narkotik istifadəçisi olduğu göstərilib. Amma özü bununla razılaşmır. Məhkəmədə də vəsatət qaldırıb ki, təkrar müayinədən keçirilsin. Amma vəsatəti təmin olunmayıb. Hakim deyib ki, həbsindən 7 ay vaxt keçib, onun əvvəl narkotikdən istifadə edib-etmədiyini müəyyənləşdirmək mümkün olmayacaq.
R.Hüzeynov özünü təqsirli bilmirdi.
Qeyd edək ki, həbs edilən Rafael Hüseynov daha əvvəl qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkib.
Kriminal avtoritet kimi tanınan Hüseynov Rafael Oktay oğlu sonuncu dəfə saxlanılan zaman evində beş kiloqramdan çox marixuana aşkarlanıb.
Qeyd edək ki, Rafael Hüseynovun saxlanılması üçün keçirilən əməliyyatda tanınmış qaydasız döyüşçü, dünya çempionu, hazırda Daxili İşlər Nazirliyinin əməkdaşı, polis zabiti olan Bəxtiyar Abbasov rəhbərlik edib.