Oğurluğa görə tutulan şəxs məhkəmədən sonra ölüb

Beyləqanda oğurluğa görə tutulan şəxs xəstəxanada ölüb.
Sozcu.info-ın məlumatına görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış Elnur Əhədzadə halı pisləşdiyi üçün rayon xəstəxanasına aparılıb. E.Əhədzadə orada vəfat edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə təqsirləndirilən Bakı şəhər sakini Elnur Əhədzadə sentyabr ayının 2-də Beyləqan Rayon Məhkəməsində keçirilən məhkəmə prosesindən qayıtdıqdan sonra qəflətən baş vermiş qıcolma səbəbindən səhhəti ağırlaşıb:
“Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilən E.Əhədzadənin ilkin diaqnoz olaraq beyin insultu keçirtdiyi müəyyən edilib. Həkimlərin səyinə baxmayaraq, o, sentyabrın 4-də xəstəxanada vəfat edib”. 
DİN-dən qeyd edilib ki, hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırmalar aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti