Gəncədə tanışına xəsarət yetirən şəxs saxlanılıb

Gəncə şəhərində həmyaşıdına kəsici ailətlə xəsarət yetirən şəxs saxlanılıb.
Sozcu.info report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 27-də axşam saatlarında şəhərin Məhsəti qəsəbəsində, 27-ci küçədə, marketlərin birinin qarşısında qeydə alınıb.
Belə ki, sərxoş vəziyyətdə olan 1996-cı il təvəllüdlü Ş.Hüseyov həmyaşıdı olan tanışı E.Hüseynov arasında borc pul üstündə yaranan mübahisə əlbəyaxa dava nəticələnib. Dava zamanı Ş.Hüseyov E.Hüseynova daşla başından və üzündən, kəsici ailətlə isə sol döş nahiyəsindən xəsarət xəsarət yetirib.
Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Hüseyov şübhəli şəxs qismində tutulub.
Hadisə zamanı həmin şəxslərin sərxoş vəziyyətdə olduqları bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}