Direktorun şagirdi döyməsi araşdırılır - RƏSMİ

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.
İdarədən Sozcu.info-a bildirilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
"Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır" , - deyə rəsmi məlumatda bildirilib.
Xatırladaq ki, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdə şillə vurması ilə bağlı görüntülər yayılıb. Direktorun bu hərəkəti sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.


Oxşar Xəbərlər

Xəbər lenti