RUSİYADAN TƏHLÜKƏLİ QARABAĞ TƏKLİFİ..

 

Qabil Hüseynli: "Sülhməramlı qüvvələr məsələnin ən təhlükəli və xoşagəlməz tərəfidir”

"Bölgəyə sülhməramlı qüvvələr yerləşdirilərsə, Dağlıq Qarabağ tamamilə Azərbaycandan izolə edilər”

ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri, səfir Riçard Hoqland Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı danışarkən bildirib ki, Ermənsitanın lideri Dağlıq Qarabağdan deyil, buna görə də, o, çox ehtiyatlı olmalı, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində radikal addımlara getməməlidir.

Əslində, R. Hoqland Paşinyan "Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində radikal addımlara getməməlidir” deməklə, ona tövsiyyələr verir ki, hakimiyyətini qoru, hələ Qarabağ münaqişəsini tənzimləmə, Qarabağı Azərbaycana qaytarmağa tələsmə.

Keçmiş səfirin əminliklə "Ermənistanın baş naziri Nikiol Paşinyan üçün Qarabağ münaqişəsi çox mürəkkəb problemidir” deməsi isə ona işarə edir ki, ermənilər işğal etdiyi torpaqları qaytarmaq istəmir, o baxımdan da Nikoil Paşinyan üçün Qarabağ münaqişəsi çox mürəkkəb problemdir.

"Qarabağ münaqişəsinin tənzimlənməsində ən yaxşı strategiya kiçik addımlarla irəliləməkdir”, deyə qeyd edən diplomat yenə də bununla Paşinyana tövsiyə edir ki, erməni xalqının fikrini, maraqlarını nəzərə alaraq yavaş-yavaş addımlar at. Belə çıxır ki, o, münaqişənin 25 il də uzadılmasının tərəfdarıdır.

Hoqlandda tərəflər arasında davam edən dialoq və təmas xəttində qarşıdurmaların azalması nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib.

Maraqlıdır ki, Hoqland Paşinyana tövsiyyələri ilə yanaşı, eyni zamanda münaqişə ilə bağlı ciddi irəliləyişləri gözləməyi məsləhət görmür. Dplomatın sözlərindən belə aydın olur ki, Azərbaycanın münaqişə ilə bağlı danışıqlarda irəliləyiş gözləməyinin heç bir anlamı yoxdur, münaqişə danışıqlarla həll edilən deyil. Hoqlandın fikilərindən belə çıxır ki, Azərbaycan Qarabağ problemini ancaq müharibə ilə həll edə bilər, amma seçim hakimiyyətindir.

Keçmiş diplomat onu da qeyd edib ki, Lavrov planını heç bir tərəf bəyənməyib. Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Sergey Lavrovun təklif etdiyi sənəd bəzi düzəlişlərlə Madrid prinsipləri əsasında qurulub. Burada ortaya sual çıxır ki, Minsk Qrupunun 3 həmsədr ölkəsi və münaqişə tərəfləri olan Azərbaycan, Ermənistan dövlətləri olduğu halda, niyə yalnız Rusiya XİN başçısı plan tərtib etməli və bunu münaqişə tərəflərinə diktə etməlidir. Burada diqqət çəkən odur ki, Lavrovun planı nədən ibarət imiş ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi bunu bəyənməyib. Əslində, Madrid prinsipləri əsasında qurulan Lavrovun təklif etdiyi sənəd öz yerində, Madrid Pinsiplərinin özü də Azərbaycanı tam qane etmir.

Xatırladaq ki, Madrid prinsipləri Azərbaycanla Ermənistan arasında Daqğlı Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk Qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modelidir. Guya, Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağa daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağın statusu müəyyən olunmalıdır.

Madrid prinsiplərinə əsasən, ilk mərhələdə Dağlıq Qarabağa daxil olmayan 5 rayon geri qaytarılmalıdır. Bundan sonra Regionda sülhməramlı qüvvələr yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir.

"Post-Sovet məkanındakı bütün münaqişələr hamısı bir-birinə bənzəyir, eyni mərkəzdən yaradılıb”

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri, səfir Riçard Hoqlandın fikilərini şərh edən keçmiş dölvət katibi, politoloq Qabil Hüseynli "Hürriyyət”ə dedi ki, əslində Qarabağ problemi mürəkkəb proses deyil: "Dağlıq Qarabağın nəyi mürəkkəb prosesdir? Necə olur ki, Gürcüstanın Abxaziya, Cənubi Osetiya problemi mürəkkəb deyil, Azərbyacanın Dağlıq Qarabağ problemi mürəkkəb oldu? Post-Sovet məkanındakı bütün münaqişələr hamısı bir-birinə bənzəyir, eyni mərkəzdən yaradılıb, eyni dövlət tərəfindən də bu saat idarə olunur. Ona görə də amerikalı səfirin söylədiyiklərini bölüşmək mümkün deyil. Burada heç bir mürəkkəblik yoxdur. Bir dövlət başqa bir dövlətin ərazisinə hücum edib, ərazisini tutub, indi orada özünün qondarma, separatçı bir qurumunu yaradıb. BMT-nin də, dünya dövlətlərinin də missiyası hər bir dövlətin ərazi bütövlüyünə hörmət etməkdən ibarətdir. Bunu həyata keçirsələr, separatzimin və millətlərarası, dinlərarası konfliktlərin kökünü kəsmiş olarlar”.

"Onsuz da kiçik addımların çoxu çoxdan atılıb”

Q. Hüseynli qeyd etdi ki, münaqişə ilə bağlı fikir söyləyənlər bu məsələdə hər şeyi bilmirlər:"Onsuz da kiçik addımların çoxu çoxdan atılıb, 25 ildir danışıqlar gedir. Bu danışıqlar prosesində o kiçik addımlar problemin 85%-ni təşkil edir. O 85% də razılaşdırılıb. İndi əsas məsələ Dağlıq Qarabağın statusu, bir də Azərbaycanın ərazi bütövlüyü məsələsdir. Bu məsələlərdə narazılıq olduğundan bu məsələləri necə kiçik addımlara bölmək olar? Mənim bu məsələdə bir qədər fikrim çaşqındır, qəti bir fikir bildirə bilmirəm”.

"Azərbaycan məsələnin hərbi yolla həll edilməsinə başlamalıdır”

"Hamısı naşı, problemi bilməyən adamlardır. Hoqland çox ciddi sürətdə yanılır. Burada nə mürəkkəb şey var. İki dəfə iki dörd edir, bu aksiomadır. Ermənilər hücum edib, bizim torpaqları götürüb. BMT-nin nizamnaməsində nə deyilir? Xalqın özünü müdafiə hüququ var. İndi siyastəçilər bu işdə riyakarlıq edir, bəzən bu riyakarlığı naşılıq kimi qələmə verir. Ermənilərə, erməni əsgərlərinə deyilməlidir ki, işğal etdiyiniz ərazilərdən çıxın. Əgər bu təsir etməyəcəksə, Azərbaycan məsələnin hərbi yolla həll edilməsinə başlamalıdır. Yəni ordu qurub, torpaqlarını azad edib, ərazi bütövlüyünü təmin etməlidir. Onda Hoqland da, o birisi də yaxşı başa düşəcək”,-deyə politoloq vurğuladı.

"Niyə Gürcüstanın, Moldavanın ərazi bütövlüyü tanınır, bizimki tanınmır?”

"Hürriyyət”in "üç həmsədr ölkə və münaqişə tərəfləri olduğu halda təkcə niyə Rusiya hansısa plan təklif etməlidir” sualına Q. Hüseynli belə cavab verdi: "Bu elə Qərbin yola verdiyi səhv cəhətlərdən biridir. Həmişə Rusiyanı qabağa buraxır. Həmişə çətin məsələlərə çiynini vermək istəmir. Ona görə də axırda Rusiya öz bildiyini əkib-biçir. Halbuki, beynəlxalq hüquq normaları, qəbul edilmiş konvensiyalar var, indiyə kimi neçə yerə tətbiq ediblər. Niyə Gürcüstanın, Moldavanın ərazi bütövlüyü tanınır, bizimki tanınmır? Ona görə ki, bu məsələyə əvvəlcədən pəl vurublar. Yəni Lissabon və başqa sammitlərdə Azərbaycanın ərazi bütövlüyü bir mənalı qaydada tanınmadığına görə belə problemlər ortaya çıxır. Guya, "Dağlıq Qarabağ əlahiddə bir yerdir, ona əlahiddə yanaşmalar lazımdır” və. s. bu cür heç bir əsası olmayan fikirləri irəli sürənlər məsələni sadəcə olaraq dolaşdırmaq istəyirlər ki, bunu da qəbul etmək olmaz”.

"Bunların hamısı çox ustalıqla hazırlanmış və Dağlıq Qarabağın müstəqilliyinə aparan bir yoldur”

"Erməni tərəfini o qədər qudurdublar ki, onlara barmağının beşini şam edib, uzatsan da, onu bəyənməyəcək. Lavrov planı əslində, ermənipərəst bir plandır, Azərbaycan üçün qətiyyən məqbuledilməz bir şeydir. 5 rayon məsələsi var, onu da mərhələ ilə qaytarmaq nəzərdə tutulur. Yəni əvvəl 3 rayon, sonra 2 rayon, 5 rayonu verəndən sonra isə Qarabağa keçid statusu nəzərdə tutulur. Bunların hamısı çox ustalıqla hazırlanmış və Dağlıq Qarabağın müstəqilliyinə aparan bir yoldur. Bu nöqteyi-nəzərdən də Azərbaycan bunu qəbul edə bilməz. Çünki Azərbaycanın suverenliyinə ciddi təhdiddir. Bu cür nizamlama əsli, mənşəyi erməni olan Lavrov tərəfindən irəli sürülürsə, bunun Azərbaycan üçün ciddi fəsadlar törədəcəyini göz önünə almaq lazımdır”,-deyə politoloq əlavə etdi.

"Məsələnin referendumla tənzimlənməsi düzgün deyil”

Q. Hüseynli onu da nəzərə çatdırdı ki, Madrid prinsplərində referendumun keçirilməsi, bölgəyə sülhməramlı qüvvələr gətirlməsi məsələləri var: "Sülhməramlı qüvvələr məsələnin ən təhlükəli və xoşagəlməz tərəfidir. Özü də o sülhməramlı qüvvələri əsasən rus qüvvələri və bura yaxın ölkələrin qüvvələri təşkil etməlidir. Bu, o deməkdir ki, şaquli surətdə Dağlıq Qarabağı idarə etmək bizim əlimizdən alınır. Hətta bölgəyə sülhməramlı qüvvələr yerləşdirilərsə, Dağlıq Qarabağ tamamilə Azərbaycandan izalə edilir. Referendum məsələsi isə daha mürəkkəbdir. Çünki əhalinin çox hissəsi ermənilərdir, azərbaycanlı əhali isə oradan qovulub, çıxarılıb, onları geri qaytarmaq üçün o qədər qüvvə sərf etmək lazım gələcək ki, yenə də referendumda həlledici rola malik olmayacaq. Ona görə, referendumla və başqa nəyləsə məsələnin tənzimlənməsi düzgün deyil. Referendum lazımdırsa, Fransanın Lion şəhərində keçirsinlər, əhalinin yarısından çoxu ermənidir. Getsinlər, San-Fransiskoda keçirsinlər, orada da ermənilər çoxdur. Ona görə, erməni harada yaşayırsa, referendum yolu ilə o torpağı mənimsəməlidir, özünə götürməlidir? Bu tamamilə əsası olmayan iddialardır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}