Jirinovskidən Yerevandakı rejim və qaçqın seli haqda SENSASİON İDDİA - "İranı vurmaq üçün aerodromları verə bilərlər..."

Jirinovskidən Yerevandakı rejim və qaçqın seli haqda SENSASİON İDDİA - "İranı vurmaq üçün aerodromları verə bilərlər..."

 


 

 

ABŞ İrana zərbələr endirməyə hazırlaşır və bu da milyonlarla qaçqının meydana gəlməsi deməkdir.

 

Sozcu.info  xəbər verir ki, bunu Dövlət Dumasının plenar iclasındakı çıxışında LDPR lideri Vladimir Jirinovski deyib.

Onun sözlərinə görə, qaçqın dalğası Azərbaycanı, Gürcüstanı, Ermənistanı bürüyəcək və Rusiya ərazilərinə qədər gedib çatacaq.

Siyasətçi qeyd edib ki, hələ 10 il əvvəl İrana qarşı hərbi əməliyyatlar aparmaq qərarının verildiyini demişdi. "O vaxt zərbə endirilmədi, çünki digər münaqişələr var idi: İraq müharibəsi hələ bitməmişdi, üstəlik Əfqanıstan, ardınca Suriya. İndi İrana hücum etmək üçün şərtlər təmin olunub. O cümlədən Yerevandakı yeni rejim. Hələlik Yerevan amerikalılara baza yerləşdirməyə icazə vermir, amma ola bilsin İrana qarşı aerodromlardan istifadəyə icazə verəcək”-Jirinovski bildirib.

LDPR liderinin fikrincə amerikalılar Əfqanıstandan və İraqdan qoşunları çıxarmaq istəyir. Çünki orada əhali artıq üsyan qaldırmağa hazırdır. "Bəs qoşunları hara çıxarasan? Budur, bu da onlara yerüstü əməliyyatlar imkanı yaradacaq”-o deyib.

Jirinovskinin sözlərinə görə, İrana birinci zərbəni İsrail endirəcək. Həmin nöqtələrə ki, orada nüvə mərkəzləri, ola bilsin nüvə başlıqları istehsalı yerləşir. İranın cavab zərbələrindən sonra "böyük qardaş köməyə gələcək, ABŞ NATO-nu səfərbər edib İranı bombalamağa başlayacaq, o cümlədən ərazini tamamilə təmizləyən lokal təsirli silahlarla”.

Rusiyalı siyasətçi əmindir ki, sünnü-şiə mübarizəsinə görə ərəblər ABŞ-ın tərəfində dayanacaq. Çünki onlar İranın dağılmasını istəyirlər. "Dəhşətli nifrətləri var. Ukraynadakını misal göstərək ki, aydın olsun: oraa pravoslav kilsələrini zəbt edirlər və məsələ qanlı toqquşmalara gətirib çıxara bilər, "ağlarla” "qırmızılar” arasındakı müharibə kimi. Əgər şiə İran "qırmızılar”dısa o zaman bütün qalanlar "ağlardır”. Və burada "ağlar” udur, çünki onlar çoxluqdadır”-Jirinovski deyib.

O əlavə edib ki, İranla müharibə böyük qaçqın dalğası yaradacaq, həmin dalğa əvvəlcə Azərbaycanı, Gürcüstanı, Ermənistanı bürüyəcək, sonra Rusiyanın Şimali Qafqazına çatacaq. "Və orada partlayış təhükəli vəziyyət var. Bütün bunlar Həştərxana, Volqoqrada, Rostova çatacaq. Mən artıq demişəm, biz indidən qaçqınlar üçün baraklar tikməyə başlamalıyıq. Milyonlarla adamı hara yerləşdirəcəksiz? Biz ki onları sərhəddə yaylım atəşi ilə qarşılaya bilmərik”-Jirinovski bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti