8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Erməni millətçilərinin gürcü torpaqlarına, ilk növbədə, Samtsxe – Cavaxetidə ermənilərin "Cavaxki" adlandırdıqları iddiaları getdikcə daha da həyasızlaşır. Bununla yanaşı, yalnız kilsələrə deyil, qalalara da iddialar irəli sürürlər. Onların sırasında Samtsxe-Cavaxetidə yerləşən məşhur Tmoqvi qalasını göstərmək olar. Məsələn, Gürcüstanın Tmoqvi qalası haqqında materialın "bizim Ermənistan" saytında yer almasını ağlasığmaz həyasızlıq adlandırmaq olar: "Cavaxkanın xəzinələri Tmuk qalasıdır. TMKABERD”. Özü də Tmoqvi qalasının guya "erməni mənşəli" olmasının əsaslandırılması yalnız erməni şairi Ovanes Tumanyanın fantaziyasına xidmət edir: "Uşaqlıqdan Ovanes Tumanyanın "Tmuk qalasının alınması " poemasını çox sevirəm, baxmayaraq ki,müəllif Loriy vilayətinin Dsex kəndində anadan olub. Tumanyanın ədəbi irsi olduqca müxtəlifdir: - bu poeziya, nəsr, lirika, epos, poema, nağıl, təmsillər, balladalar. Tmkaberd (Tmuk, Tmok) Böyük Ermənistan əyalətinin Quqark əyalətində (hazırda Gürcüstan ərazisində Cavaxk) orta əsr erməni qalasıdır. Kür çayının sol sahilində yerləşir.Qala divarla əhatə olunmuş üç təpədə, yüksəklikdə (uzunluğu 150 m və eni 3 m) yerləşir. Hər təpədə bir neçə qüllə ucalır. Qalanın yanında yerləşən qəbiristanlıqda çoxlu erməni yazısı olan xaçkar qəbrləri yaxınlıqdakı Tmbuk kəndinın sakinləridir. O. Tumanyanın "Tmkaberd qalasının alınması" (1902) poeması var.» Xatırladaq ki , Tumanyanın "Tmkaberd qalasının alınması" poemasında tamamilə fantastik və heç bir tarixi əsası olmayan "erməni Knyaz Tatulun arvadı"nın Nadir şahı sevərək ərinə xəyanət edərək Tmoqvi qalasını təhvil verməsi haqqında nağıl danışılır. Bu poemada əvvəldən axıra qədər fantastika, yalan və uydurmadır. Nadir şahın dövründə ermənilərin dövləti olmamışdır. Odur ki, Nadir şahın "ermənilərlə müharibə aparması" və xüsusilə "onların qalalarını alması" bir tarixi fakt kimi mövcud deyil. Yeri gəlmişkən, o vaxtlar-Nadir şahın dövründə Tmoqvi qalası Osmanlıların əlində olub. Ancaq Nadir şahın qalanı Osmanlılardan geri ala bilməsi haqqında məlumat yoxdu Gürcüstanın Tmoqvi qalası qədim tarixə malikdir və ilk dəfə X əsr mənbələrində xatırlanır. O, Gürcüstanı Ön Asiya ilə birləşdirən ticarət yoluna nəzarət edirdi. X əsrdə ərəblər qalanı almağa çalışsalarda buna nail ola bilməmişlər. Qala 1073-cü ildən Kuabulidze knyazlarının hakimiyyəti altında olmuş, sonrakı əsrlərdə qala məşhur Toreli, Şalikaşvili və Cakeli şahzadələrinə məxsus olmuşdur. Rusiya imperiyasına qoşulan gürcülər, Cavaxetiyada yaşayan müsəlmanları Türkiyəyə sürgün ediblər. Yalnız , 1830-cu ildə burada ilk erməni köçkünlərı məskunlaşmışlar. Bununla yanaşı, son min ildə "ermənilər" və "qala" anlayışları praktiki olaraq bir-birinə uyğun gəlmir. Öz dövlətçiliyi olmayan ermənilərin öz ordusu, müvafiq olaraq, hərbi müdafiə qurğuları – qalaları olmayıb. Hazırda Ermənistan Respublikasının ərazisində yerləşən bütün qalaları digər xalqlar – ilk növbədə türklər, həmçinin albanlar və gürcülər inşa ediblər. Erməni tacirləri müsəlman-türklərinin və Azərbaycan hökmdarlarının qarşısında həmişə özlərini aciz göstərmişlər. Buna görə də qədim dövürlərdən, Azərbaycan qalaları ermənilərin türklərdən asılı mövqeyinin simvolu olub. Təsadüfi deyil ki, elə buna görə də erməni millətçiləri üçün məhz qalalar nifrət obyekti olmuşdur. Məhz buna görə də, Xaçatur Abrovyan Azərbaycanın İrəvan qalası haqqında "Ermənistan yarası" povestini yazmışdır. X. Abovyanı anlamaq olar. Çünki o, yaxşı bilirdi ki, ermənilər heç vaxt İrəvan qalasının sahibi olmamışlar, onlar həmişə əsl sahiblərinin – bu torpağın – türklərin-azərbaycanlıların ixtiyarında olmuş və yalnız sonuncuların mərhəməti ilə onun divarlarında yaşayıblar. Lakin bütün bunlara baxmayaraq erməni millətçiləri, yazıçı və şairləri qədim Azərbaycanın İrəvan qalası haqqında yalan "tarix” yazaraq bu qalanın ermənilərə mənsub olduğunu vurgulayırlar. Erməni millətçilərinin, tarixçilərinin və yazıçılarının saxta mənimsəməyə qadir olması hamıya məlumdur. Elə bu səbəbdən də, bu yaxınlarda Axalkalaki bələdiyyəsinin Kərhi kəndində gürcü kilsəsini dağıdıblar. Erməni millətçilərinin qədim Azərbaycan şəhəri İrəvanı öz ixtiyarlarına keçirmələrindən sonra İrəvan qalasını yerlə yeksən etmələri təəccüblü deyil. Bunu ona görə edirlər ki, torpağın və qalanın tarixlər boyu əsil sahibi olan azərbaycanlılar barədə heç bir iz qalmasın. Erməni millətçiləri böyük tarixi və mədəni əhəmiyyəti olan Azərbaycanın İrəvan qalasını dağıtsalarda, bu gün onu bərpa etmək əvəzinə, indi başqasının malına, tarixinə göz tikiblər. Yəni, bu dəfə gürcü xalqının tarixi qalası – Tmoqvi iddiasına düşüblər. Aydın məsələdir ki, burada əsas məqsəd Gürcüstanın Samtsxe-Cavaxetiya torpaqlarını ələ keçirməkdir. Bununla da İrəvan qalasının və İrəvan xanlığının yerli azərbaycanlı əhalisi kimi, gürcüləri də doğma torpaqlarından son insana qədər qovacaqlar.
Tərcümə etdi: A.Məmmədli,
"Yeni sözçü"