29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
"Fərat qalxanı” əməliyyatı çərçivəsində Çobanbəyin cənubunda və şərqində İŞİD-ə qarşı döyüşən Azad Suriya Ordusu bəzi bölgələri itirib.
Sozcu.info xəbər verir ki, dünən gecə qəfil hücuma keçən "xilafətçilər” Aktar, Türkmən Bara, Kabtan, əl-Əziziyə, Məzrə Ula kəndlərini və əl-Əla fermasını ələ keçirib.
Məlumata görə, əl-Bab bölgəsindən gətirdiyi ağır silah və yaraqlılarla Çobanbəyin cənubunda ASO-suna əks-hücuma keçən İŞİD-in "Fərat qalxanı” əməliyyatı başlayandan bu yana ikinci belə uğurudur. Xatırladaq ki, bir neçə gün əvvəl yenə İŞİD qəfil hücumla 5 kəndi almışdı.