8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azad Suriya Ordusu (ASO) Türkiyəm hərbçilərinin fəal dəstəyi ilə Cerablusa bayraq taxıb. Türk hərbçiləri və ASO döyüşçüləri həmçinin Cerablusun civarındakı kəndləri də ələ keçiriblər.
Biz bu faktı sevinclə alqışlayırıq ki, "Fərat qalxanı” əməliyyatının uğurlu gedişatında türk ordusu qurban və ziyan verməyib. Ordumuzu və Baş Qərargahın rəisi, ordu generalı Hulusi Akarı təbrik edirəm. Bəzi media qurumları ayrı-ayrı komandirləri xüsusən şöhrətləndirməyə cəhd etsə də, bununla belə, Türkiyənin bütün SQ-i bu hadisə münasibətilə aqlqışlamaq və salamlamaq lazımdır.
Lakin günün məsələsinə keçək.
Türk ordusu Suriya torpaqlarında və yaxud, başqa sözlə, Suriya bataqlığında nə qədər qalacaq?
Güman edirəm ki, bu sualın cavabını hələlik Akar Paşanın özü də bilmir. Türk ordusu Suriyada qaldıqca hər gün Cerablusdan gələn xəbərləri xüsusi həyəcan və diqqətlə izləyəcəyik.
Əminəm ki, Cerablusdan qasçmış İŞİD döyüşçüləri türk ordusuna hücum üçün əlverişli məqam gözləyirlər. Türk ordusu ilə qarşıdurmada terrorçu təşkilat İŞİD-in heç bir şansı yoxdur. Bununla bərabər, ASO-nun mən gördüyüm döyüşçüləri ordudan çox silahlı insan yığıntısını xatırladır.
Qeyd etmək istəyirəm ki, Türkiyə ordunu çıxarsa, İŞİD isə Cerablusa hücum etsə, ASO döyüşçüləri xüsusi müqavimətsiz geri çəkiləcəklər.
Prezident Rəcəb Ərdoğanın xeyli illər dediyi ideya – "Gəlin, Suriya ərazisində bufer zonası yaradaq və Türkiyədəki suriyalıları orada yerləşdirək” – indi təcəssümünü qazanmalıdır. Lakin bu bufer zonanın təhlükəsizliyini türk hərbçiləri deyil, BMT və yaxud NATO hərbçiləri təmin etməlidir.
Bu yaxınlaradək bufer zonası ideyasına şəkklə yanaşan Amerika "Fərat qalxanı” əməliyyatından sonra, ehtimal ki, bu baxış nöqtəsindən imtina edəcək və Ərdoğanın təklifini qəbul edəcək.
Türk ordusu Cerablusu və ətraf bölgələri heç bir çətinlik çəkmədən təmizləyib. Lakin hazırda bu bölgədən çıxmaq ora girməkdən xeyli çətin olacaq. Çünki türk ordusu gedəndən sonra İŞİD terrorçuları bu bölgəni yenidən ələ keçirməyə cəhd edəcəklər.
Orxan Uğuroğlu
Yeni Çağ (Türkiyə), 29.08.2016