Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Hamı həsrətlə “Böyük qayıdış”ı gözləyir:
tanınmışlar torpaq nisgilindən danışdılar
Azərbaycanın müzəffər Ordusu cəbhədə tarix yazır. Ali Baş Komandan anbaan xalqımıza qələbə xəbərləri, yeni kənd və qəsəbələrin, rayonların azad olunması xəbərlərini çatdırır. Azərbaycan cəmiyyəti olaraq, tarixi günlər yaşayırıq və sevinc hissimizin həddi-hüdudu yoxdur.
Təbii ki, ən böyük sevinci rayonu, kəndi erməni tapdağından azad olan insanlar yaşayır. 30 ilə yaxındır ata yurdlarının həsrəti ilə yaşayanlar artıq oraya ayaq basacaqlarının həyəcanı içindədirlər. Elə dövlət başçısı İlham Əliyev də Azərbaycanın böyük qayıdış ərəfəsində olduğunu və bir milyondan çox qaçqın və məcburi köçkünün öz kəndinə qayıdacağını bildirdi. Bəs görəsən, əsasən Bakıda, qismən də müxtəlif rayonlarda məskunlaşan məcburi köçkünlər 30 illik düzənlərini, yaşayışlarını geridə qoyub öz torpaqlarına qayıdacaqlarmı?
Bu sualla rayonu, kəndi işğaldan azad olunan tanınmış ictimaiyyət nümayəndələrinə müraciət etdik. Torpaq həsrəti ilə yaşayan müsahiblərim birmənalı olaraq dövlət proqramına uyğun olaraq, böyük qayıdış ərəfəsində ata yurduna qayıdacaqlarını bildirdilər.
Əslən Zəngilan rayonundan olan, Laf TV-nin yaradıcılarından biri və aparıcısı Afət Telmanqızı “Yeni Müsavat”a danışarkən vurğuladı ki, işğaldan azad olunan torpaqlara hər kəs qayıdacaq:
“İnanmıram elə adam tapılsın ki, desin qayıtmayacağam. Zəngilanın işğal tarixi 29 oktyabr 1993-cü il idi, 20 oktyabr 2020-ci ildə isə azad olundu. Yəni 27 ili tamam olmadı və azad olunması demək olar ki, eyni vaxta təsadüf etdi. Bütün torpaqların azad olunması xəbəri hər kəsdə sevinc yaradır. Ora hər kəsin torpağıdır. Dünən çox böyük sevinc yaşadım, indi də çox qəribə hisslər keçirirəm, sanki bir yuxudayam və ayılmaq istəmirəm. İnanırdım ki, Zəngilan qayıdacaq, ancaq mən bunu görə biləcəyəmmi, onu bilmirdim. Sağ olsun Ali Baş Komandanımız, Ordumuz və əsgərlərimiz, Tanrı onları qorusun. Onlar bizə bu sevinci dadızdırdı. Həyatımızda sevincli anlar çox olub, ancaq bu tamam fərqlidir. Mənim həyatımda xoşbəxt anlar çox olub, onlardan biri də ölkə başçısı tərəfindən ötən il noyabrın 6-da ”Əməkdar jurnalist" adının verilməsi oldu, ad günümdən 1 gün öncə o sevinci yaşadım. Bu il də ad günümə bir neçə gün qalmış yenə cənab Prezidentin verdiyi xəbərlə ən böyük xoşbəxtliyi yaşadım. Ölkə başçısı Zəngilanın adını çəkəndə sevinc göz yaşlarımı saxlaya bilmədim.
İndi cəmiyyətdə fikirlər müxtəlifdir. Bir neçə il öncə Cəbrayılın Cocuq Mərcanlı kəndi azad olunanda və orada böyük bir qəsəbə salınanda çoxları inanmırdı ki, hamı gedəcəkmi. Ancaq hamı getdi, uşağı, gənci, yaşlısı bir nəfər kimi qayıtdı". Torpaq həsrətindən bəhs edən Afət Telmanqızı bu haqda fikirlərini göz yaşları içində danışdı:
“İnsanlar illərdir bu günü gözləyir, o torpaqların havası, suyu üçün burunlarının ucu göynəyir. Mən orada doğulub böyüməsəm də, hər yay tətilimdə getmişəm, ata yurdum olub. 1993-cü ildə mənim qohumlarım, nənəm, babam, dayılarım, əmilərim, xala və bibilərim, ətrafımdakı doğmalarım məcburi köçkün oldu və mən o hissləri onlarla birgə yaşadım. Hətta o zaman ali məktəbə qəbul olmağımın sevincini də yaşaya bilmədim. Mənim atamın məzarı oradadır, bu məni hər kəsdən daha çox Zəngilana bağlayır. Hər bir insan üçün bu hisslərin izahı yoxdur. Kimsə atasının məzarını ziyarət edəndə, mən də onu arzulayırdım, kaş ki gedib atamın qəbrini ziyarət edə biləydim, onunla danışaydım, söhbət edəydim. İçimdə böyük bir nisgilim var. (ağlayır...) Birinci adi insan kimi gedəcəm, doğmalarımın məzarını ziyarət edəcəm. Sonra isə jurnalist kimi film çəkəcəm, reportaj hazırlayacam. Məcburi köçkünlər birmənalı qayıdacaqlar, burada evləri olsa belə, bu onların torpaq sevgisini azaltmır. Burada Zəngilan İcra Hakimiyyəti fəaliyyət göstərir, Zəngilan məktəbləri var, bu rayonun polisi, prokurorluğu var, bütün bu qurumların işçiləri var. Onların hamısı abadlıq və infrastruktur qurulandan sonra Zəngilana köçürüləcək, insanlar gedəcəklər, hər kəs torpağında yaşayacaq. Bu, müzakirə mövzusu deyil. Dövlətin də proqramı olacaq, torpaqlar təmizlənəndən və infrastruktur qurulandan sonra hər kəs gedib torpağında yaşayacaq. Köçürmələr olanda idarələr, müəssisələr daxil hər şey köçürüləcək. Mən məcburi köçkünlərin və öz əvəzimdən də deyirəm ki, məmnuniyyətlə gedəcəyik. Torpağı insanlar həsrətlə gözləyir, yaşlı insanlar dizini yerə qoyub ağlayır. Mənim bibim Zəngilan deyə-deyə dünyasını dəyişdi. Ən çox təəssüfləndiyim o oldu ki, kaş ki o da bu xəbəri eşidəydi, gedə bilməsə də, bu günü görəydi. Doğmalarım, nənəm, babam Zəngilan deyə-deyə dünyadan köç ediblər. Bu başqa bir hissdir, hər kəs qayıdacaq”.
Füzuli rayonundan keçmiş məcburi köçkün, iqtisadçı ekspert Qalib Toğrul illərdir torpaqların azad olunması xəbərini həsrətlə gözlədiklərini dedi:
“Biz son 27 ildə hər an, hər saniyə onu gözləmişik ki, torpaqlarımız azad olunsun və yurdumuza qayıdaq. Böyük həvəslə, böyük şövqlə biz o torpaqlara qayıdacaq və məskunlaşacağıq. İnanmıram ki, məcburi köçkünlər arasında o torpaqlara qayıtmaqla bağlı tərəddüd edənlər olsun. Mən güman edirəm ki, qayıdanların sayı daha çox olacaq. Çünki əhalinin sayı da artıb. Elə özümüzdən götürürəm, oradan çıxanda bir ailədə 5 nəfər idik, indi artıq 5 ailəyik. Bir ailədən 5 ailə yaranıb, yəni qayıdanda əhalinin sayı daha çox olacaq. Ona görə hökumət də əlavə həyətyanı sahələr ayırmağa, mənzillər tikməyə çalışacaq. Biz bu prosesi çox böyük ruh yüksəkliyi ilə müşahidə edəcəyik. Təbii ki, həmin yaşayış məntəqələrində vacib tədbirlər aparılandan sonra, minalar təmizləndikdən və infrastruktur qurulandan sonra özümüz də bu istiqamətdə çalışacağıq. Mən məcburi köçkün olandan bəri heç vaxt dövlətdən çörək pulu almamışam, kommunal güzəştlərdən istifadə etməmişəm, mənzil də almamışam. Məcburi köçkün olanda dövlətimi xərcə salmamışam. Yenə də xərcə salmaq istəmirəm. Elə həmin ərazilər minalardan təmizlənsin, infrastruktur qurulsun, həyətyanı sahə ayrılsın, biz özümüz o ərazidə dövlətimizi xərcə salmadan yaşayacağımız evi inşa edərik. Müxtəlif rayonlardan olan məcburi köçkünlərlə həmsöhbət olmuşam, dostlarım, qohumlarım da var. Onların hamısı birmənalı deyirlər ki, hamımız qayıdacağıq. Qayıtmanın əhali üçün böyük üstünlükləri var, yeni iş yerləri yaradılacaq. Qarabağ torpağı çox məhsuldardır, həmin torpaqlarda əkinçiliklə, maldarlıqla məşğul olmaqla insanlar öz həyatlarını, rifahlarını təmin etmək üçün böyük imkanlar qazanacaqlar. Həm də tikinti və quruculuq işlərində, məskunlaşma işlərində keçmiş məcburi köçkünlərin böyük əməyi , faydası olacaq”.
Jurnalist Ekspert Mərkəzinin sədri, əslən Zəngilandan olan Ceyhun Musaoğlu da vurğuladı ki, bütün zəngilanlılar və işğal olunmuş torpaqlardan məcburən çıxarılanlar öz yurdlarına qayıtmaq istəyirlər və qayıdacaqlar:
“Mənim 5 yaşım olanda biz Zəngilandan köçmüşük, Bakıda yurd salmışıq. Babamgil qaçqın olublar, bu barədə mənim yazılarım da var. 1980-cı ildə mənim doğulduğum ailə Bakıya köçüb, burada yaşamışıq. Mən burada oxuyub, burada işləmişəm. Amma Zəngilan şəhəri işğaldan azad olundu, o gün olsun ki, qalan kəndləri də qayıtsın. Biz çox sevindik ki, ata yurdumuz qayıtdı. Biz də yurdumuza qayıtmağa, orada işləməyə, qurub yaratmağa hazırıq. Təki bütün Qarabağ qayıtsın. Bu tezliklə hansısa plan qurmaq olmur, ancaq qayıdış prosesi hansı şəkildə olacaqsa, biz də ona dəstək verməyə hazırıq. Çox sevincliyik, sadəcə, oktyabrın 20-də o xəbəri eşidəndə fikirlərimizi ifadə etməkdə çətinlik çəkirdik. Çox böyük arzularımız var, planlarımız da olacaq. Arzu edirik ki, yurd həsrətində olanların hamısı öz torpaqlarına qovuşsunlar.
Əlbəttə ki, rayonda ilk növbədə tikinti və quruculuq işləri həyata keçiriləcək, orada ən müasir rayon və şəhərlər yaradılacaq. İşğaldan azad olunan bütün torpaqlarımızda eyni şəkildə işlər görüləcək. Həm bir zəngilanlı kimi, həm də bir yazar kimi mən bu işlərə dəstək verməyə hazıram, necə bacarırıqsa, əlimizdən nə gəlirsə, öz yurdumuz üçün bu işləri görəcəyik".
Gənc jurnalist Fərizə Əhmədova da 1 yaşında ikən anasının qucağında çıxdığı o torpaqlara qayıtmaq arzusundadır:
“Bu gündən ”qaçqın" statusumu “kəndçi qız”la dəyişirəm. Yaşadığım sevinclə bu yaşıma qədər yaşadığım bütün kədərlərimin izi silindi. Daha dost-tanışa içimdə qubar hiss edərək “Bu yay məni də rayonunuza apararsan? Sizin rayon var da, dincəlməyə torpağın var” deməyəcəm. 1 yaşımda anamın kürəyinə sarıqlı çıxdığım torpağıma - Zəngilanın Həkəri kəndinə 27 il sonra geri dönürəm. O gün heç nə götürmədən, təkcə əynimizdəki geyimlə evimizdən çıxmışdıq. Hər şeyimiz eləcə qaldı. Yaxın günlərdə geri dönəcəyimizə ümid edirdik axı. Hətta rəhmətlik nənəm valideynlərimin toy kasetini, körpəlik şəkillərimizin olduğu fotoalbomu həyətdə torpağa basdırmışdı ki, bir-iki günə geri qayıdacayıq. İçi su dolu avtobusla Araz çayını keçib bircə canımızı ermənilərdən qurtara bilmişdik o gün. İndi 27 il sonra qayıdırıq kəndimizə, ancaq nənəmsiz. Görəsən, o şəkilli xatirələrimiz yerindəcə salamat qalıbmı?! “Daha qaçqın deyiləm”, demək də gözəldir. Uşaq vaxtı “qaçqın” olduğum üçün məktəbdə həmişə utanmışam. Sanki nəyəsə görə hamıdan əskik olmuşam. Hətta hər il məktəbdə qaçqınlara yardım ediləndə adımın siyahıya yazılmasını istəmirdim. Özümü gizlədirdim ki, mənə o yardımdan verməsinlər. Çox şükür bu günə... Bizə bu sevinci yaşadan Prezidentimiz, güclü Ordumuz var olsun. Allah bütün əsgərlərimizi qorusun. Onlara qurban olaram. Allah şəhidlərimizə rəhmət eləsin!"
Oxşar Xəbərlər
İşğaldan azad edilən ərazilər
Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər —
“Görün, indi Ağdam, Füzuli nə gündədir?!”
Azərbaycanın bu əraziləri işğaldan azad olundu - SİYAHI
Xəbər lenti
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq