Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Savaş və inkişaf sərkərdəsi –
Qələbədən sonrakı Azərbaycana baxış
2020-ci ilin yayına qədər əksər xarici diplomatlar, konfliktoloqlar Qarabağ problemi ilə bağlı danışarkən deyirdilər ki, bu münaqişənin yaxın zamanlarda həlli - Qarabağın işğaldan azad edilməsi inandırıcı görünmür. İnternet resurslarında axtarış verdikdə, demək olar ki, əksər rəylər bu və oxşar formada olub. Bu cür düşünən və açıqlama verənlər müharibə variantını istisna edir və danışıqların da qısa zamanda nəticəsinə inanmırdılar...
Əksər beynəlxalq təşkilatların da son 26 ildə səslənən, yayılan bəyanatlarında oxşar tezislər qeyd edilirdi.
İncə, amma xüsusi vurğulanmağa ehtiyac olan bir məqamı Azərbaycan rəhbərliyi daim bəyan edirdi: Azərbaycan müharibə yolu ilə torpaqlarını işğaldan azad etmək hüququnu özündə saxlayır və savaş hər an baş verə bilər...
***
Nəinki beynəlxalq təşkilatlar, xarici ekspertlər, konfliktoloqlar və həmsədrlər, hətta bir sıra yerli ekspertlər, müxalifət partiyalarının liderləri də deyirdilər ki, Azərbaycan müharibə ritorikası aparsa da, Qarabağın azadlığı üçün müharibə etməz, etməyəcək və s. Hətta 2020-ci ilin sentyabr ayının 24-də belə açıqlama vermişdi bəzi müxalif partiya rəhbərləri... Ki, Azərbaycan iqtidarı müharibə etməyəcək...
***
Ciddi, dövlətin stratejilərindən az-çox məlumatı olan yazarlar, ekspertlər isə illərdir Qarabağ uğrunda olası (artıq olmuş) savaşın ilkin ideoloji və diplomatik konturlarına uyğun rəylər təqdim edirdilər, təbliğat qurulmasında iştirakçı idilər. Buna görə hətta bəziləri sosial şəbəkələrdə “bunlar nağıldır”, “nə danışırsınız, Qarabağ qayıdan deyil, başımızın altına yastıq qoymayın”, hətta bəzən təhqiramiz tonda sözlərlə üstümüzə gəlir və iqtidarı da yamanlayırdılar.
Bəs sonda nə oldu?
Göz önündədir: 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi qələbə ilə başa çatdı və Azərbaycan dövləti Qarabağı azad etdi.
Təbii, Qarabağda müəyyən ərazilərdə (hansılar ki, orada son 100 ildə ermənilər də yaşayıb) birgəyaşayış, sülhməramlıların fəaliyyəti, ermənilərin bundan sonrakı davranışları ilə bağlı məsələlərə dair proseslər bitməyib. Əlbəttə, bu məsələdə də mütləq şəkildə nikbin olmalıyıq, çünki Qarabağı – Şuşanı, Kəlbəcəri, Laçını, Füzulini, Qubadlını, Zəngilanı, Ağdamı, Cəbrayılı azad edən dövlət ermənilərin də yaşamalı olduğu Xankəndində, Xocalıda, Xocavəndin bir hissəsində, Laçın dəhlizi məsələsində də birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü, konstitusion normaları daxilində qaydalar tətbiq edəcək. Bir az zaman lazımdır sadəcə. Baxın, o ərazilərdəki erməni silahlı dəstələri toplu şəkildə təslim olur, təslim olmayanlara qarşı isə anti-terror əməliyyatları keçirilir. Bunlar heç də asan məsələlər deyil, prosesin optimal şəkildə sonuclanması üçün bir az təmkinli davranışlar mütləqdir...
Qısacası, əgər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-dək yuxu kimi görünən məsələni həll edibsə, Qarabağ işğaldan azad olunubsa, qalan xırda (bir çoxu texniki xarakter daşıyan, bəziləri isə səbr istəyən) məsələlər də məhz bu siyasətin davamı olaraq həyata keçiriləcək.
***
İndi biz qalib xalqıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır. Azərbaycan artıq Qarabağda abadlıq işləri aparır. Şuşaya Füzulidən yeni yol çəkirik.
Bunlar bir möcüzədir əslində. Dünyanın müxtəlif bölgələrindəki torpaq savaşlarına baxın: hansı bir problem bu cür sürətli şəkildə həllini tapıb? Demək olar heç biri! Yeganə Azərbaycandır ki, onun lideri “dəmir yumruq” siyasəti ilə xalqı öz ətrafında tam birləşdirə bildi və Müzəffər Ordumuz 44 gün ərzində möhtəşəm qələbə çaldı.
Bütün istisna olunanları Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu həyata keçirdi!
Şuşaya bayraq sancdıqdan sonra Ermənistan kapitulyasiya elan etdi və məlum 10 noyabr bəyanatına uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın da Azərbaycana döyüşsüz təhvil verildi. Təsəvvür edirsinizmi, bunlar nə deməkdir?
Əslində, çox böyük, miqyasını təsəvvür edə bilmədəyimiz qədər zəfər çalmışıq. Bircə ona nəzər salmaq yetər ki, azı son 200 ildə Azərbaycan ancaq torpaq itirmişdi. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında olan Azərbaycan torpağını – Qarabağı işğaldan azad edib, geri qaytarıb...
***
Tarixçilər əlbəttə ki, bunu daha dəqiq qiymətləndirə biləcək.
Bu gün üçün görünən bir mənzərə var: Qarabağın azadlığı yalnızca döyüş meydanında baş vermədi. Bunadək Azərbaycan Prezidenti uzun bir yol keçib gəldi: Dünya ilə ciddi əlaqələr quruldu, diplomatik müstəvidə böyük addımlar atıldı, aşkar-gizli anlaşmalar baş verdi. Hamısı bir məqsəd üçün idi: Vətən naminə!
Bəli, bu bir faktdır ki, Azərbaycan Prezidenti Qarabağ, Vətənimizin bütövlüyü naminə hətta çoxlarının xəyal edə bilmədiyi fədakarlıqları edib, bəzən öz hakimiyyətini belə riskə atıb. Xatırlayın, 2013, 2015-ci illərdə bəzi Qərb və Avropa dairələri Azərbaycanda hansı oyunları çıxarmaq istəyirdilər; müxtəlif çevriliş, təxribat cəhdiləri, Avropada peyda olan söyüş dəstələri, daxildə baş qaldıran müxtəlif siyasi oyunbazlar və s... Bunlar məhz ona görə idi ki, Prezidenti bu gün nəticələrini gördüyümüz Qarabağ siyasətindən çəkindirməyə çalışsınlar. Amma gözündə qaldı birilərinin o arzusu. Hamısı yerində oturduldu. Prezident üçün Qarabağ məsələsi keçilməz idi. Bunu indi hər kəs görür, isbata ehtiyacı yoxdur. Dövlət başçısı xalqına, vətəndaşına arxayın olduğu üçün Qarabağ mücadiləsində sonadək iradə, əzm nümayiş etdirdi və bu gün QARABAĞ AZƏRBAYCANDIR!
Yeri gəlmişkən, bu məsələyə Prezident İlham Əliyev dekabrın 17-də Pakistanın səfirini qəbul edərkən xüsusi vurğu ilə toxunub. Sitat: “...Vətən müharibəsində Qələbəmiz, əlbəttə, dövlətimizin gücünü, Azərbaycan xalqının iradəsini və sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirdi. Beləliklə, müharibənin başa çatdırılması və işğal edilmiş ərazilərimizin azad olunması ilə bağlı Azərbaycan xalqı qarşısında verilən vədlər və götürülmüş öhdəliklər yerinə yetirilmişdir. Hazırda biz Azərbaycanın inkişafının yeni mərhələsinin astanasındayıq. Ərazilərimizin bərpası və yenidən qurulması mərhələsindəyik”.
Bəli, ötənlərdə baş verənlərə nəzər salmaq kifayət edir ki, Prezidentin Qarabağ savaşına təkcə xarici siyasət üzrə deyil, həm də daxili siyasəti də ən uyğun formada həyata keçirməklə hazırlaşırdı. Nizamlı bir şəkildə sosial-iqtisadi islahatlar həyata keçirilir, əhalini narahat edən problemlərin həllinə xüsusi diqqət yetirilir və korrupsioner məmur ordusuna qarşı böyük bir mübarizə aparılırdı. Paralel olaraq, Azərbaycan iqtisadiyyatının güclənməsi üçün gərəkən bütün addımlar atılırdı. Eyni zamanda ordu quruculuğu yuxarıdan aşağıya doğru – həm kadr məsələlərində, həm də silah-sursat təchizatı ilə bağlı optimal variantlar həyata keçirilirdi. Həm xarici, həm də daxili siyasət üzrə ən münbit şərait formalaşandan sonra paralel olaraq da kifayət qədər peşəkarlaşmış Azərbaycan ordusu əks-hücum əmliyyatlarına başladı: Uğurlu xarici və daxili siyasət, dövlət-xalq birliyi, çevik komanda quruculuğu və möhtəşəm, güclü ordu – bütün amillərin vəhdəti öz sözünü dedi. Təbii, bütün bu məsələləri Prezident İlham Əliyev şəxsən özü koordinasiya edir və bütün proqramları özü həll edirdi. Bu haqda detallı olmasa da, bir media mənsubu, aparıcı KİV-in redaktor korpusunda olan jurnalist kimi az-çox bilirəm.
Faktiki olaraq biz bu nailiyyətlərə məhz İlham Əliyevin cızdığı planlar, həyata keçirdiyi proqramlar, şəxsən özünün təşəbbüsü olan layihə və addımlarla nail ola bilmişik. Bütün prosesləri paralel apara bilməsi heç də asan məsələ deyil: güclü xarici təhdidləri, daxildə bəzi qrupların sabotajlarını ram edərək, eyni zamanda xalqı da öz ətrafında birləşdirərək vətənin bir parçasını işğaldan azad etmək tarixdə az-az sərkərdələrə nəsib olub. 21-ci əsrin bir sərkərdəsinin də məhz Azərbaycanda yetişməsi, bizim sərkərdəmiz olması ilə fəxr etməliyik. O, bir savaş və inkişaf sərkərdəsidir...
Oxşar Xəbərlər
Yaxın günlərdə müharibə qələbə ilə yekunlaşacaq
Ərdoğan Qarabağla bağlı dünyaya səsləndi
Azərbaycanın bu əraziləri işğaldan azad olundu - SİYAHI
Kiçilən düşmən, böyüyən, bütövləşən məmləkət –
Xəbər lenti
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
"Ay qızım, kömək elə…” –
Bakıda eskalator zülmü - Reportaj/Foto
Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
Bakının bir sıra yollarında tıxac yaranıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
16 yaşlı Vüsalın da meyiti tapıldı
Prezident qəbul keçirdi -
Fotolar
Bu ərazilərdə qaz olmayacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Türkiyədə hava limanında insident -
Polislər yaralandı
Şimşək çaxır, yağış yağır -
FAKTİKİ HAVA
AHİK işçinin səsinə çevrilməlidir, susqun quruma yox
YAŞLILAR KRESLODAN "QALXMAQ" İSTƏMİR, GƏNCLƏR İSƏ... \
– Statistik göstəricilər nəyi ortaya qoyur?
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
Tramp Ərdoğanla görüşdə CAATSA və F-35 məsələlərindən danışdı
SON DƏQİQƏ:
Tanınmış jurnalist SAXLANILDI - FOTO
Azərbaycanlılar bu ölkədən deport olundu
Azərbaycanlılar bu ölkədən deport olundu
Avqustda iş olmayan günlər -
Hansılardır?
Bakıda 6500 manata ev elanı -
"Dələduzların fırıldaq metodu"
Məktəbli forması ilə bağlı yeni dəyişikliklər
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu