Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ
Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi
Sələmə pul verən qadını öldürən qazi imiş... -
Qumarda 50 min manat uduzub
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Moskva ətrafında təxminən 60 PUA zərərsizləşdirilib
Məhərrəm ayı başladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
Dünən, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“BAKININ HƏLL ETMƏLİ OLDUĞU ZİDDİYYƏTLƏR VAR...”
– Almaniyanın Azərbaycandakı səfiri
“Azərbaycan və Ermənistandan münaqişənin davamlı həllinə yol açması üçün əllərindən gələni edəcəklərini gözləyirik”
Son vaxtlar Almaniyanın regional münaqişələrin həllində fəallığını müşahidə edirik. Berlin, xüsusən Avropa İttifaqı ilə qonşu bölgələrdə sülh və dayanıqlı inkişaf üçün ciddi səylər göstərir. Eyni zamanda ötən il iyul ayından yanvar ayınadək Avropa İttifaqı Şurasına sədrlik edib. Azərbaycanda Almaniyanın ölkəmizə və xüsusən Qarabağ münaqişəsi, 44 günlük Vətən Müharibəsinə münasibətdə obyektiv mövqeyi rəğbətlə qarşılanır. Həmçinin ekspert müzakirələrində Almaniya ilə iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi də tez-tez vurğulanır.
Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfiri
Volfqanq Maniq
“AzPolitika.info”-
ya müsahibəsində bu məsələlərlə bağlı sualları cavablandırıb və rəsmi Berlinin mövqeyini şərh edib.
- Cənab səfir, bir ilə yaxındır pandemiya səbəbindən karantin şəraitində yaşayır, onun qaydaları çərçivəsində fəaliyyət göstəririk. Son bir il ərzində Azərbaycan-Almaniya əməkdaşlığında nə kimi irəliləyişlər var?
- Pandemiyaya baxmayaraq, ölkələrimiz arasındakı münasibətlər dostcasına davam edir. 2020-ci il iyul ayında Azərbaycan və Ermənistan arasında sərhəddə baş verən insident və sentyabr ayının sonundan noyabrın ortalarına qədər davam edən döyüş əməliyyatları ilə əlaqədar siyasi dialoqumuz hərbi əməliyyatların dayandırılmasına yönəldi. Daha sonra, 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin həyata keçirilməsinə dair ən yüksək səviyyədə konstruktiv addımlar müzakirə olunub.
İqtisadi əlaqələr yüksək səviyyədə qalıb, ancaq pandemiya bu sahəyə də təsir göstərib. Almaniya pandemiyanın ilk günlərində Azərbaycanda kiçik və orta biznesə dəstək üçün bir yardım proqramı təqdim edib. Bundan əlavə, alman qurumları Azərbaycanın Avropa standartlarına uyğunlaşmasını dəstəkləyən tvinninq layihələrinə rəhbərlik etməkdən qürur duyur.
- Azərbaycanda 150-dən artıq alman şirkəti fəaliyyət göstərir. Pandemiya səbəbindən bəzi xarici şirkətlər işlərini müvəqqəti dondurmalı olub. Bu şirkətlər arasında Almaniya şirkətləri də varmı? Ümumiyyətlə, ölkənizin şirkətləri Azərbaycanda daha çox hansı sahələr üzrə fəaliyyət göstərir?
- Azərbaycanda fəaliyyət göstərən Alman şirkətləri ən müxtəlif sahələrdə çalışır və logistikadan tutmuş tikinti, maliyyə və konsaltinq, maşın və elektronika sektorlarında işləyirlər. Əlbəttə, alman şirkətləri də mövcud pandemiyanın təsirini hiss edir və bəziləri həqiqətən zəif iş perspektivləri səbəbi ilə ölkəni tərk edib. Ancaq bunlar ayrı-ayrı hallar kimi nəzərdən keçirilməlidir. Ümumiyyətlə, Azərbaycandakı alman şirkətləri öz iş perspektivləri ilə bağlı kifayət qədər nikbin davranırlar. Bu öz əksini bu yaxınlarda Alman-Azərbaycan Ticarət Palatası tərəfindən aparılan bir sorğuda da tapıb. Alman şirkətləri Azərbaycan hökumətinin islahatlar siyasətini alqışlayır. Daha da yaxşı, etibarlı iş mühitinə sahib olmaq üçün daha çox şəffaflıq və qanunun aliliyini arzulayır. Qida emalı, bərpa olunan enerji və infrastruktur inkişafı – bunlar Alman şirkətlərinin zəngin bir təcrübə və bilik təqdim edə biləcəkləri sahələrdir.
- COVID-19 başlayan zamandan Almaniya kansleri xanım Angela Merkel tez-tez, demək olar ki, hər gün mətbuat qarşısına çıxıb açıqlama verməklə, koronavirusun yayılması ilə bağlı vəziyyətin ciddi olduğunu deyirdi. Məlum, bizim kimi Almaniya da karantin vəziyyətindədir. Hazırda ölkənizdə vəziyyət nə yerdədir?
- Almaniya pandemiyanın ilk dalğası zamanı vəziyyəti yaxşı idarə etdi. Federal sistem bəzən mürəkkəb görünür və qərar qəbul etmək asan deyil. Almaniya ərazisinə 16 federal əyalət daxildir. Həqiqətən etiraf etməliyəm ki, bu 16 Almaniya federal əyalətin maraqları həmişə eyni deyil və Federasiyanı təmsil edən Federal Hökumətin də öz fikirləri var. Ancaq əyalətlər və Federasiya arasında konsensus həmişə əldə edilib. Bir ildir ki, virus bizi müşayiət edir və Almaniya vətəndaşlarının böyük əksəriyyəti hələ də məhdudiyyətlərlə razıdır, beşdə biri daha sərt qaydalar tələb edir. Ştat və federal hökumətlər ümid edir ki, tezliklə məktəblər və uşaq bağçaları, ardınca mağazalar və daha sonra restoran və otellər açıla bilər. Peyvənd kampaniyası başlayıb. Ancaq Almaniyanın bəzi bölgələrində yeni mutasiya növləri aşkarlandığı üçün vəziyyəti diqqətlə müşahidə etməliyik.
- Cənab Səfir, Rəsmi Berlin yeni Hind-Sakit okean strategiyasında ilk addımı atmaqla bölgəyə hərbi gəmi göndərməyi planlaşdırır. Almaniya Müdafiə Nazirliyinin parlament Dövlət katibi Thomas Silberhorn mətbuata açıqlamasında bunun yay aylarında həyata keçiriləcəyini deməklə əlavə edib ki, Avropa artıq öz təhlükəsizliyi üçün daha çox məsuliyyətli olmalıdır və ABŞ ordusundan aslılığı azaltmaq lazımdır. Almaniya nədən ehtiyat edir, Çindənmi? Bəzi ekspertlər rəsmi Berlinin bu addımı dolayısıyla ABŞ-ın təsirilə atdığını düşünür. Sizcə, bu, gələcəkdə Hind-Sakit Okeanda yeni mübarizənin alovlanmasına səbəb ola bilərmi?
- Almaniya həmişə BMT-nin Dəniz Qanunu Konvensiyasının fərqli bir vəkili olub. Biz Vyetnamda "Şərq dənizi" adlanan Cənubi Çin dənizinin nəhəng ərazilərinə birtərəfli iddiaları qəbul etmirik. Naviqasiya Azadlığı Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyasının təməl daşlarından biridir. Bu faktı təsdiqləyən 2016-cı il Beynəlxalq Arbitraj Məhkəməsinin qərarı var. Bütün əlaqədar tərəfləri bu qərara tabe olmağa və bölgədəki atolları (arxipelaq) gücləndirmək kimi hərəkətlərdən çəkinməyə çağırırıq. Dəniz yolu ilə beynəlxalq ticarətin böyük bir hissəsi Cənubi Çin dənizindən keçir, Almaniya isə əsasən ixraca və açıq girişə bağlıdır. Bu baxımdan bölgədəki ticarət tərəfdaşlarımız, eləcə də bütün ölkələrin naviqasiya azadlığına hörmət etməsi uzunmüddətli maraq kəsb edir. Bu səbəbdən Almaniyanın öz maraqlarını müdafiə etməsi məsələləri beynəlxalq qanunlara uyğundur və ABŞ-ın xeyir-duasına ehtiyac duyulmur.
- Azərbaycan Prezidenti xarici rəsmilərlə görüşlərində bəyan edib ki, işğaldan azad olunan ərazilərin yenidən qurulmasında dost ölkələr, Azərbaycanın bu çətin günündə yanında olan ölkələr bizim tərəfdaşımız olacaq. Həmin ərzilərdə yenidənqurma işlərində bir çox xarici şirkətlər iştirak etmək niyyətindədir və bunu açıq şəkildə bəyan edənlər də var. Almaniya şirkətlərindən həmin ərazilərdə yenidənqurma, bərpa işlərində cəlb olunmaq istəyən varmı və daha çox hansı sahələrdə fəaliyyət göstərmək istəyərlər?
- Federal Hökumət alman şirkətlərinə harada investisiya qoymaq və hansı sahələrdə məşğul olmaları barədə göstəriş verə bilməz. Federal hökumətin iş imkanlarına dair tövsiyəsində, azad olunan ərazilərdəki təhlükəsizlik vəziyyəti də nəzərə alınmalıdır. Ərazidə təhlükəsizlik hələ tam təmin olunmayıb. 2020-ci il 10 noyabr Moskva Bəyannaməsini və ən aktual məsələləri həll etmək üçün praktik yanaşmanı dəstəkləyirik. Bununla birlikdə, bizim üçün Helsinki prinsipləri eyni dəyərdədir, ərazi bütövlüyü prinsipi ilə siyasi məsələlərin zorakılıqla həll edilməsi prinsipi arasında heç bir iyerarxiya yoxdur. Hər iki tərəfin də ikitərəfli münaqişənin davamlı həllinə yol açması üçün əllərindən gələni edəcəyini gözləyirik: Birincisi, Qarşılıqlı ittihamlardan və mümkün təxribatlardan çəkinmək, İkincisi, BMT Humanitar Yardım Koordinasiya Ofisi (OCHA) və Avropa Vətəndaşların Mühafizəsi və Humanitar Yardım Xidmət (ECHO) qurumların hazırda Rusiyanın məsuliyyətində olduğu bölgəyə girişinə dair praktik bir qayda qəbul edilməsi; Üçüncüsü, müəyyən tərəflər arasında davamlı danışıqların aparılmasına mane olan digər maneələri aradan qaldırmaq.
Azərbaycanın Ermənistana təqdim etdiyi dəvətləri yüksək qiymətləndirirəm, amma Bakının həll etməli olduğu ziddiyyətlər hələ də mövcuddur. Bunlar aradan qaldırıldıqdan sonra Almaniya şirkətlərinin azad edilmiş ərazilərdə konkret fəaliyyətlərini də düşünə bilərik.
- Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyası çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Almaniyanın Xarici İşlər naziri Heiko Maas Ermənistan nümayəndələrinin II Qarabağ savaşında Azərbaycan tərəfdən muzdluların vuruşması ilə bağlı iddiasına cavab verərkən qeyd edib ki, bu barədə heç bir sübut yoxdur. Həmçinin o, qeyd edib ki, Avropa Şurası bölgədə sabitliyin bərqərar, sülh və tərəqqinin davamlı olmasında, qarşılıqlı əlaqələrin inkişafında çox maraqlıdır. Bu məsələni gələcəkdə də daim diqqətdə saxlamaq və irəliləyişə töhfələr vermək istiqamətində səy göstərmək Nazirlər Komitəsinin, ümumilikdə Avropa Şurasının əsas məqsədlərindəndir. Berlin nümayəndəsinin bu mövqeyi rəğbətlə qarşılanıb. Ümumiyyətlə, Berlin II Qarabağ savaşını, Azərbaycanın öz torpaqlarını azad etməsini və nəticəri necə dəyərləndirir?
- Almaniyanın Bakıdakı səfirliyində bütün mediaya məlumat açıqlanıb ki, nazir Heiko Maasdan sitat səhv verilib. Nazir Heiko Maasın xarici terrorçu döyüşçülər mövzusunda danışmadığı bildirilib. Keçən payızdakı silahlı qarşıdurmanı qiymətləndirməyimizlə əlaqədar olaraq əvvəlki suala cavabı xatırladıram. Almaniya 9 Noyabr 2020-ci il tarixli Moskva Bəyannaməsini, həmçinin 11 yanvar 2021-ci il zirvə görüşünü alqışlayır və Azərbaycanla Ermənistan arasında davamlı barışığa səbəb ola biləcək müvafiq çoxtərəfli forumlarda bütün səyləri dəstəkləməyə hazırdır.
ATƏT və Almaniyanın da üzvü olduğu Minsk Qrupu iki ölkə arasında danışıqları asanlaşdırmaq səlahiyyətinə malikdir. Bundan əlavə, Azərbaycan, Ermənistan və Gürcüstan Aİ-nin Şərq Tərəfdaşlığı Proqramında iştirak edir. Bu çərçivədə, sərhədlərin açılması, ticarət, nəqliyyat və enerji əlaqələrinin qurulması barədə 2020-ci il 10 noyabr Moskva Bəyannaməsinin vədləri reallaşa bilər. Şərq Tərəfdaşlığı, ətraf mühit, qanunun aliliyi və daha bir çox mövzuda müzakirə üçün platformalar da təklif edir. Bütün bu kiçik addımlar tərəflərə də inam yaratmaq üçün hazırlanmışdır və inam davamlı uzlaşmanın şərtidir.
Oxşar Xəbərlər
Almaniyanın prezidenti İlham Əliyevi təbrik etdi:“İslahatlar prosesində dəstəyimizə güvənə bilərsiniz”
Səfir:
Angela Merkelin Azərbaycana səfəri əlaqələrin inkişafına böyük təkan verəcək
Angela Merkelin ölkəmizə səfəri zamanı nələr müzakirə olunacaq? - İQTİSADÇI ŞƏRHİ
Xəbər lenti
Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ
Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi
Sələmə pul verən qadını öldürən qazi imiş... -
Qumarda 50 min manat uduzub
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Moskva ətrafında təxminən 60 PUA zərərsizləşdirilib
Məhərrəm ayı başladı
İrandan sonra növbəti hədəfini açıqladı
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
AÇIQLAMA – Tarix də açıqlandı
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
Milli Qurtuluşdan tarixi zəfərə
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”