8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Milyarder Bidzina İvanişvilinin "Gürcü Arzusu Koalisiyası”nın deputatlarına istinadən bildirilib ki, mövcud iqtidar Avropa Şurasının qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək və məshəti-türklərinin Gürcüstana yerləşdirilməsi prosesini həyata keçirmək fikrində deyil.
Vurğulanıb ki, bu vaxta qədər Gürcüstana qayıtmaq istəyən məshəti-türklərinin əksəriyyəti Samtsxe-Cavaxeti regionuna köçmək istəyirlər və onların dəfələrlə müraciətlərinə baxmayaraq, hakimiyyət bundan imtina edib. İqtidardan olan mənbə Axalkalakiyə və Aspindzaya yaxın 31 məshəti-türk ailəsinin yaşadığını söyləyib. Qeyd edilib ki, yerli ermənilərin kəskin etirazlarını nəzərə alan dövlət orqanları həmin məshəti-türk ailələrini Axaltsixeyə köçürmək fikrindədirlər.
Məsələ gürcü forumlarında aktiv müzakirəyə çıxarılıb və bu fikir birmənalı qarşılanmayıb. Bir hissəsi belə hesab edib ki, əgər Samtsxe-Cavaxeti regionuna məshəti-türklərinin yerləşdirilməsi prosesi baş verərsə ordakı ermənilərlə münaqişə qaçılmaz olacaq. Digər hissəsi isə belə düşünür ki, əksinə bununla Gürcüstan regionda balans yarada biləcək. Nəticədə ermənilərin Cavaxetinin azadlığı uğrunda və ya Ermənistana birləşdirilməsinin vacibliyi haqqında apardıqları təbliğatların aktivliyi zəifləyəcək.
Niyazi Hüseynov,
"Yeni Sözçü" qəzeti