Kəlbəcərlilər tezliklə öz doğma yurduna qayıdacaqlar

Kəlbəcər Azərbaycanın gözəl təbiəti ilə seçilən, qədim tarixi abidələri və çoxlu təbii ehtiyatları olan rayonlarından biridir. “Kəlbəcər” toponimi qədim türk dilində çay üstündə qala” deməkdir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığin, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Azərbaycanın ən hündür dağ zirvələri Camışdağ və Dəlidağ burada yerləşir. Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu və Turşsudur. Kəlbəcər rayonu ərazisi ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər Azərbaycanın qərb sərhəddində Ermənistan Respublikasi ilə qonşudur. Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində sağ qalan kəlbəcərlilər acı göz yaşları içində öz doğma yurdunu tərk etməyə məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və.s talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.   
Nəhayət, Kəlbəcər həsrəti də sona çatdı.10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdiAzərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil oldu və nəzarəti ələ al. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü kimi qeyd edildi. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 9455 hərbçisi Kəlbəcərin azad olunması medalı ilə təltif olundu.
İşğaldan azad edilmiş ərazilərdə başlanmış təmir-bərpa işləri sürətlə davam etdirilir. Azərbaycan RespublikasınıPrezidenti İlham Əliyev dəfələrlə Kəlbəcər rayonuna getmiş və tikinti işləri ilə yaxından tanış olmuşdur. O, Toğanalı Kəlbəcər avtomobil yolu və digər yollar, hərbi hissələr, elektrik stansiyala, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin və digər binaların təməlqoyma mərasimlərində iştirak etmişdir.
Artıq Kəlbəcər şəhər və kəndlərini baş planı hazırlanmış, tikinti işlərinə başlanılmışdır. 
Səxavət Əliyeva

Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti