Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur

Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahididir. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin yüksək keçən soyuq və dağ tundra iqlimi üstünlük təşkil edir. Yanvarın orta temperaturu −3 °C –dən −10°C-yə qədər, iyulda 5°C-dən 20 °C –yə qədərdir. İl ərzində 700–900 mm yağıntı düşür.Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyinxristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.Kəlbəcər rayonunda çox sayda mineral su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisuAşağı İstisu, Qoturlu İstisuyuTurşsu. Rayonun ərazisində mineral sulardan İstisu və yüksək debitə malik olan Narzan tipli turş su bulaqları, Yuxarı İstisudan 1–2 km cənub-şərqdə rodonlu sular var. Həmin sular sinir, oynaq, ürək-damarları xəstəlikləri zamanı istifadə olunur. Aşağı İstisuda çıxan mineral suyun tərkibi Çexoslovakiyadaki Karlovı Varı mineral suyunun tərkibindən keyfiyyətcə çox yüksəkdir. Bu ərazilərdə 3 mindən çox bulaq var. Kəlbəcər rayonu axar çaylarla zəngindir. Onlardan ən böyüyü Tərtərçaydır. Onun iri qolları Tutxun çayı, Lev çayı, Zəylik çayı, Keşdək çayı və Qaraağac çayıdır.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmişdi. Amma, Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Müharibə bir daha göstərdi kim kimdir.Prezident İlham Əliyev: Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!
Könül Namazova 

Suraxanı rayonu118 nömrəli tam orta məktəbininformatika müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti