17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani görüşdə iştirak etmək üçün Türkiyəyə səfərə yola düşüb.
Müdafiə nazirləri üçtərəfli formatda strateji tərəfdaşlıq məsələlərini və əməkdaşlığın inkişaf etdirilməsi planlarını müzakirə edəcəklər.
Çikovani türkiyəli və azərbaycanlı həmkarları - Yaşar Gülər və general-polkovnik Zakir Həsənovla ikitərəfli görüşlər də keçirəcək.
Görüşdən sonra nazirlər birgə bəyannamə imzalayacaqlar və bəyanatlarla çıxış edəcəklər.
Qeyd edilib ki, müdafiə nazirlərinin görüşü hər il rotasiya əsasında Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilir.
Gələn il üçtərəfli görüşə Azərbaycan ev sahibliyi edəcək.