Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Əvvəlki
Sonrakı
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Elza Seyidcahan deputatı biabır etdi - Şok açıqlamalar
Olimpiya çempionları yetişdirən, əməkdar məşqçi, dayım Vahid Məmmədovu mənə görə işdən çıxardılar”.
Bəstəkar, müğənni, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini vermiş Elza Seyidcahan Azadlıq Radiosuna belə deyir.
Deputatlığa namizəd iddia edir ki, seçkilərdə qələbəni o qazansa da saxtakarlıq nəticəsində qutudan hakim partiyanın namizədi Tahir Süleymanovun adını çıxarıblar.
Elza Seyidcahan baş verənlərlə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdiyini deyib:
-Təbliğat-təşviqat kampaniyası dövründə bizə təzyiqlərlə, seçki günü baş verən saxtakarlıqlarla bağlı müraciət etmişəm. Seçki qərargahımın rəhbərinə, mənimlə yanaşı işləyənlərə, müşahidəçilərimə, özümə dəfələrlə hədə-qorxular olub. Hətta mənimlə görüşən sadə seçicilərə, müəllimlərə, qocalara basqı olub, onların evinə gediblər ki, "Elzaya səs verməyin”.
Mən hansı ailəyə getmişəm sonradan ağlaya-ağlaya zəng vurublar ki, "nə olar, qurban olum, qorxuruq, öldürərlər bizi, balamı işdən çıxararlar” və s. Elə bil, diktatura yaradıblar. Prezidentimizin adından, MSK-nın adından danışırlar ki, "nə bilirik, onu da edirik”. Amma mən əlbəttə ki, bunlara inanmadım. Əgər bu yerə qədər gəlmişəmsə, dövlətimizin keşiyində duran MSK-nın ədalətinə güvənib gəlmişəm və bu günə qədər də hüquqlarım qorunub. Mənim namizədliyim qeydə alınmayanda da MSK şikayətimi təmin etdi. Biz seçki günü baş verənlərin hamısını çəkmişik. O videoları MSK-ya da yollamışıq. Mənim müşahidəçimə 500 min pul təklif ediblər. Təklifi rədd edəndə isə müşahidəçilərimə də, özümə də təzyiqlər başlayıb. Bu söhbətlərin səs yazısı da var məndə.
-Konkret kimə təklif olunub, həmin pul..?
-Kürəkənim Elxan Alisatov həm də 51 saylı məntəqədə müşahidəçim olub. Ona deyiblər ki, "Elza Seyidcahana çatdır, bu gün Tahir Süleymanov qalib çıxmalıdır, sizə də buna görə 500 min veririk. Razılaşsanız, pulu bu gün alacaqsınız...”
Onu da deyim ki, seçki günü mənim müşahidəçilərimdən dəqiqəbaşı zəng gəlirdi, biri deyirdi hücum olub, o biri deyirdi bıçaq çəkiblər, bu birinin ürəyi gedirdi. Mən seçki günü bir-bir məntəqələri gəzirdim. 51 saylı məntəqədə Tahir Süleymanovun səlahiyyətli nümayəndəsi Etibar Heydərovu gördük. O, məntəqə sədrlərini qorxudurdu, məcbur edirdi ki, qutuları saxta bülletenlərlə doldursunlar. Yalandan hamıya deyirdi ki, "bu, prezidentin göstərişidir”. Orada Etibar onu da elan edib ki, saxtakarlıqla aşağılar yox, yuxarılar məşğul olur.
Həmin gün mən seçki qərargahımın rəhbəri Gülnaz Qənbərli ilə 51 saylı məntəqəyə getdim. Gələndə gördük bizim müşahidəçilərə hücum ediblər, qutunun içini doldurmaq istəyiblər. Saat 7-də içəri girəndə Etibar Heydərov da gəldi. Qərargah rəhbərim dedi ki, "siz içəri girə bilməzsiniz, artıq qapı bağlanıb, bülletenlər sayılır, qanun bunu qadağan edir”. Məntəqədəkilər polis çağırdılar ki, "akt bağlayın, bunları tutun aparın”.
Əməkdar artistəm, Bəstəkarlar İttifaqının üzvüyəm, amma orada mənə, üzr istəyirəm, küçədə oturan qadın qədər hörmət qoymadılar... Bu Etibar bizi görəndə demişdi ki, "başımın qanını tökəcəyəm, amma Tahiri qutudan çıxaracağam...”
Mən iki gündür evdən çıxmıram. Gülnaz Qənbərli 51 saylı məntəqədə yıxıldı. Heç bilmədik kim onu itələdi, niyə yıxıldı. Gülnazı reanimasiyaya apardılar. Ancaq mən qorxudan onu səhər saat 5-də sürüyə-sürüyə, əsə-əsə, qorxa-qorxa gizlicə çıxardım ki, ona xətər dəyməsin. Onun bir oğlu var axı. Mənə xəbər göndəriblər ki, "çıxsın getsin rayondan”. Bura mənim vətənimdir. Hara gedirəm? Yenə xəbər göndəriblər ki, "bizə məsləhət edərdi, biz də millət vəkili necə olur deyə məsləhət verərdik, niyə bu kiməsə nəsə demədən namizədliyini irəli sürüb ki...” Məni Allah gətirib bu yola...
-Seçkidən iki gün qabaq parlamentin vitse-spikeri Bahar Muradovasizin və YAP-ın həmin dairədən əsas namizədi Tahir Süleymanov haqqında "Azadlıq” radiosuna demişdi ki, bəzən sənət də böyük siyasi gücün qarşısında geri çəkilir. O, açıq şəkildə bəyan etdi ki, hakim partiyanın üzvləri də, seçicilər də sizə yox, Tahir Süleymanova dəstək verəcəklər. Sizcə, mənsub olduğunuz partiya niyə sizə dəstək vermədi? Sanki öncədən məğlub olacağınız bəyan edilmirdimi?
-Mən YAP üzvü olsam da sənədlərimi bitərəf kimi vermişəm. Mən Bahar xanıma heç nə deyə bilmərəm. O, elə deməli idi. Mən namizədliyimi verəndə Tahir Süleymanov adlı millət vəkilinin olduğunu bilmirdim. Belə problem olacağını da bilmirdim. Mən YAP-dan bildiriş götürmək istədim, dedilər ki, bitərəf kimi namizədliyini verə bilərsən, çünki bizim parlamentimizdə neçə YAP üzvü var ki, bitərəf kimi namizədliyini verib.
Bəyəm YAP-dan namizədliyi verilən 117 nəfərin hamısı seçildi? Bir söz deyim. Mən bura gələndən gənclər YAP-ı onqat sevirdilərsə, indi yüzqat sevirlər. Mən sevdirdim. Gənclər deyirlər ki, "siz millət vəkili seçilsəniz, biz YAP-a üzv yazılacağıq”. Burada YAP-a üzv olanlar ancaq müəllimlərdir, bir də dövlət adamlarıdır. Niyə bizim xalqımız partiyasından qaçaq düşməlidir?
-MSK şikayətinizi təmin etməsə və rəsmən Tahir Süleymanovun namizədliyini tanısa, bu qərarı necə qarşılayacaqsınız?
-Mən buna qətiyyən inanmıram. Mən Məzahir müəllimin alicənablığına inanıram. Mən iclasda ağladım, kövrəldim... Elə bil orda - MSK-da Allahın mələkləri var idi. Mən orada açıq şəkildə ağlamağa utandım. Həm də artıq mən siyasətə atılmışamsa, ağlamamalıyam. Dünyada vətənimizi təmsil edəndə mən çox təmkinli, diplomatik olacağam və bilmədiklərimi də öyrənəcəyəm. MSK sədri Məzahir Pənahov mənə dedi ki, "yeri get, sən hələ 5 il...” Mən bu söhbətləri etmək istəmirəm, bu, ikilikdə olan söhbətdir. Mən Azərbaycanımızın, prezidentimizin yolunda başımı qoymağa hazıram. Mən bunu elə-belə demirəm. Bunu işimdə də, əməlimdə də, nəslimdə də göstərmişəm. Mənim dayım Vahid Məmmədov "Şöhrət” ordenli əməkdar məşqçidir. Sidney Yay Olimpiya Oyunlarında onun yetirməsi Namiq Abdullayev qızıl medal qazanmışdı. Bu gün dayım zəng vurdu ki, "sənə görə məni işdən çıxardılar...”
Mən hələ qərarımı almamışam, rayonda seçki qərargahındayam. Bu işə inanmışam, ona görə də dirənirəm.
-Birdən siz seçilmədiniz. YAP-dan istefa verəcəksiniz? Və baş verənlərə görə kimi günahkar biləcəksiniz?
-Heç bir zaman YAP-dan istefa vermərəm. YAP Azərbaycanın müstəqilliyi, Heydər Əliyev deməkdir. Mən deputat seçilməsəm də bunu qurban edəcəyəm YAP-a. Məni YAP-dan uzaqlaşdırsalar da uzaqlaşdırsınlar, mən qəlbimdə YAP-çı qalacağam.
-Sizcə, Tahir Süleymanovu siyasi hakimiyyət dəstəkləməsə, seçilə bilərdimi?
-Tahir Süleymanov xalqı aldadır, hakimiyyətin onu dəstəklədiyini deyir. Camaat da inanır.
***
MSK-nın mətbuat katibi Şahin Əsədli deyir ki, Elza Seyidcahan həqiqətən də quruma müraciət edib. Qanunvericiliyə uyğun olaraq üç gün ərzində onun şikayəti ekspert qrupu tərəfindən araşdırılacaq və MSK-nın iclasında baxılaraq, müvafiq qərar veriləcək.
P.S. Azadlıq Radiosu Tahir Süleymanov və Etibar Heydərovun mövqeyinə də yer ayırmağa hazır olduğunu, gün ərzində onların da fikirlərini almağa çalışacağını qeyd edib.
Oxşar Xəbərlər
Deputatlığa namizəd Bakıda yoxa çıxıb
Kürdəmirdə seçki qalmaqalı
Müsavat Partiyası seçkilərdə iştirakdan imtina etdi
Ehsan Zahidov: "Məntəqələri tərk etməlidirlər"
Xəbər lenti
Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Xına mərasimində DƏHŞƏT -
yaralılar var
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Bazarda alça və gilas görün neçəyə satılır -
Qiymətlər...
BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
Bu bürclər bir-biri ilə evlənməməlidir
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
DİM məlumat yaydı
Oman Hörmüzlə bağlı təcili xəbərdarlıq yaydı
İranla sərhəddə əməliyyat -
DSX MƏLUMAT YAYDI
Manatla bağlı
MÜHÜM XƏBƏR
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Neft bazarında kəskin eniş:
Bakı neftinin qiyməti belə dəyişdi
Rusiya Ermənistandan tərəvəz, pomidor idxalını da dayandırdı
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
SON DƏQİQƏ: Prezidentdən Asəf Hacıyevlə bağlı
SƏRƏNCAM
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri ŞOKA SALAN QƏRAR
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir
İranda yeniyetmə bütün ailəsini qətlə yetirdi -
DƏHŞƏT
Kərə yağı ilə bağlı qərar verildi
İyun ayının ən uğurlu günləri açıqlandı —
Bu tarixlərə diqqət!
Neft bazarında kəskin dönüş:
Qiymətlər bir anda DƏYİŞDİ
Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ...
İranlılar vicdanla danışıq aparırlar -
Vens
Hava kəskin dəyişir -
XƏBƏRDARLIQ
Azərbaycanlıların sevimli göyərtisinin xərçəngdən qoruduğu üzə çıxdı
Yumurtanı saniyədə qabığını soymağın ən asan yolu:
Qaynar suya yarım çay qaşığı...
Temuya ağır zərbə – təhlükəli maddələr satırmış
Qarşıdakı 5 illə bağlı alimlərdən
XƏBƏRDARLIQ
Azərbaycanda məktəblər gözləniləndən tez bağlanacaq –
Tarix açıqlandı
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə GÖRÜŞDÜ - FOTO
Rəvan Qarayev 3-cü dəfə evləndi
Anasını və qardaşını öldürüb qohumlarından pul yığdı
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu bürclər bir-biri ilə evlənməməlidir
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir