Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Paşinyan erməni ordusunun diz çökdürülməsində niyə hamıdan çox maraqlı və israrlıdır?
Qarabağın xan çinarı-Zəngilanın işğaldan azad edilməsi böyük və labüd zəfərin gəlişindən xəbər verir.
Uzaqbaşı, üç - beş gün gecimiz-tezimiz ola bilər. Təmas xətti doğma kəndim Nüvədinin yerləşdiyi Mığrı dəhlizinə daşınır. Ordumuz zəfər marşında, könlümüz Şuşa havasındadır! Bizi kimsə durdura bilməz.
Azərbaycan özünün tarixi coğrafiyasında, öz halal ərazisində və öz ərazisi uğrunda vuruşur. Mənfur düşmənin isə tarixin heç bir dönəmində öz konkret coğrafiyası və öz ərazisi olmayıb.
Düşmən “lideri “ düşük, düşmənin işğalçı əsgəri isə miskin durumdadır.
Ermənistanın dostu kimdir?
Heç kim.
Çünki Ermənistan dövlət deyil, nökərdir, nökərin dostluğu, düşmənçiliyi bilinməz. Nökərin dostu yox, ağası olur. Nökər bir şeyi yaxşı bacarır, ilk fürsətdə xəyanət etmək.
Ermənistanın müttəfiqi kimdir?
Heç kim.
Çünki Ermənistan forpostdur. Forpost podratçı tərəfdir,( yeri gəlmişkən forpost ifadəsini rəsmi və siyasi leksikonumuza İlham Əliyev daxil edib) sadəcə, sifarişçinin sifarişlərini yerinə yetirir.
Heç kim podratçı tərəfi bərabərhüquqlu tərəf-müqabil statusunda qəbul etmir.
Ermənistan, Ermənistan deyil!
Çünki Ermənistan ölkə deyil, kölgədir. Kölgənin özü olmur, sahibi olur...
Hazırda, ağanın, sifarişçinin, sahibin əhvalı bulanıqdır, hökmü zəifləyib, sifarişlərində ardıcıllıq itib, kölgəsi əvvəlki effektini doğurmur...
Şair- dramaturq Hidayətin ( Qırğızıstandakı səfirimiz Hidayət Orucov) xatirə-roman üslubunda yazdığı “Burdan min atlı keçdi” əsərində maraqlı bir epizod var:
“Erməni Teatr Cəmiyyəti sədrinin birinci müavini Qazar Qazaryan söyləyib mənə.
Mehdi müəllim Azərbaycan Teatr cəmiyyətinin sədri olanda Soçiyə gedir və görür Qazar da ordadır. Mehdi müəllim Qazarı saymır, Qazara elə gəlir ki, Mehdi müəllim onu tanımır. Özünü təqdim edir, görür ki, reaksiya vermədi.
Qazarın sanatoriya müddəti başa çatır.
Vestibüldə əyləşən Mehdi Məmmədov əlində çamadan gedən Qazarı səsləyir:
-Qazar, gəl bura. Rusların müharibə işində bir xasiyyəti var, bilirsən? Kim hücum etsə, ruslar adətən geri çəkilirlər. Min kilometr, daha çox.
-Bəli, Mehdi müəllim bu ruslar müharibə işində çox bicdirlər. Qazar əbləh kimi baxa-baxa qalıbmış ki, Mehdi müəllim sonra nə deyəcək.
-Qazar, deyirəm, birdən Türkiyə, NATO - nun üzvüdür də , nə bilmək olar, SSRİ-yə hücum elədi, ruslar da mütləq geri çəkiləcəklər, min kilometr demirəm, yüzcə kilometr geri çəkildilər, bəs onda sizin halınız necə olacaq?
Qazarın dili tutulur, cavab verə bilmir. Mehdi müəllim isə ayağa qalxaraq: -,“ Gedirsən , mənim bu sözlərimi irəvandakılara da çatdırarsan”,- söyləyib aralanır...”
Türk faktoru həmişə İrəvandakı qazaryanları narahat edib, yuxularına haram qatıb.
Mehdi Məmmədovun dediyi əlamətlər bölgəyə təşrif gətirdikcə, forpostun nökər xislətindəki “ilk fürsət düşən kimi ağaya xəyanət etmək” instinkti də baş qaldırır...
Dünya düzəni yenilənir. Qafqazlarda balans yerindən oynayır.
Güc nisbəti Azərbaycanın, Türkiyənin xeyrinə dəyişir.
Belə bir ərəfədə forpostun yeni sahib, yeni himayədar axtarışları qaçılmazdır.
Bu axtarışlara erməni baş nazirin şəxsi-siyasi iddialarını, mövcud olmaq uğrunda göstərdiyi isterik çabalarını əlavə etsək, vəziyyət bir xeyli dərəcədə tündləşir.
Sanki Nikol Paşinyan “vur ölüm, artığımı da ver” deyir.
Və hərdən adama elə gəlir ki, erməni baş Nazir şüurlu şəkildə ordusunu qırğına çəkir, silah-sursat arsenalını zərərsizləşdirir, canlı qüvvəsini sıradan çıxarır.
Məqsəd nədir?
Əlbəttə ki, Paşinyan dövlət adamı deyil.
Öncə şəxsi göstəriciləri onun dövlət adamı olmasına imkan vermir.
Keçdiyi həyat yolu bombozdur.
Hakimiyyətə küçədən gəlib, hələ də küçə eyforiyasından azad ola bilmir və sair.
Digər tərəfdən, Ermənistanın özünün dövlət ola bilməməsi Paşinyanın rəsmi obrazını cızmaq üçün əl yeri saxlamır.
Ermənistanda dövlət adamı var ki?
Köçəyran, Sərkisyan?
Hansı biri?
Təbii ki, belə düşük “liderlər”lə üzləşmək, onlarla bir masa ətrafında əyləşib müzakirə açmaq Azərbaycan Prezidenti üçün heç vaxt xoş olmayıb.
Bir dəfə xalq diplomatiyası çərçivəsində Azərbaycan ziyalılarının Şuşaya səfərindən sonra Bəxtiyar Vahabzadə “növbəti dəfə Şuşaya siz getmək istərdinizmi” sualına belə cavab vermişdi:, “Yox, gedə bilmərəm, Şuşanı o vəziyyətdə görüb dözə bilmərəm”.
Xalq şairi haqlı idi, onun nəcib ürəyi tab gətirməzdi. Amma İlham Əliyev hər şeyə dözüb. Bu vaxt ərzində, danışıqlar prosesində hansı mənəvi iztirabları, gərginlikləri yaşayıb, bir Allah bilir.
Bir çox hallarda yaşadığı sıxıntıları xalqla, ən yaxın ətrafı ilə bölüşmədən, paylaşmadan təkbaşına mübarizə aparıb.
Hətta əli, vicdanı qanlı, uşaq qatili, varlığı kirli Sərkisyanla, Paşinyanla görüşəndə belə, ən həssas duyğularını dilə gətirməyib, heç nəyi büruzə verməyib.
Dözüb və Azərbaycan uğrunda haqlı davasını sürdürüb.
Paşinyan sələfləri, eyni zamanda hazırkı rəqibləri kimi ermənidir.
Hiyləgərliyi, riyakarlığı, özünü qoruma vərdişləri hələ ki, işləkdir.
Amma Paşinyan əsgərləri döyüş meydanından qaçan erməni ordusunun ali baş komandanı deyil, əsiridir.
Bir tərəfi ilə Soroso “bitişik” olan Paşinyan o biri tərəfdən Ermənistanın sabiq prezidenti Levon ter Petrosyana “bitişik”dir.
Levon Petrosyan “sonra gec olacaq” deyə ermənilərə xəbərdarlıq edir, sülhdən, kompromisdən danışırdı.
Nəticədə, ordu tərəfindən devrildi. Köçəryan 1999-cu ildə NATO-nun İstanbul sammiti ərəfəsində kompromisə meylli idi. Ermənistan Milli Məclisinin sədri Karen Dəmirçiyan günün günorta çağı, dünyanın gözü qarşısında, iclas salonundaca qətlə yetirildi. Bu Köçəryana ciddi və sonuncu xəbərdarlıq idi. Petrosyandan sonra gələn hər iki prezident ordu rəhbəridir və hakimiyyətə ordunun dəstəyi ilə gəliblər.
Elə Paşinyanın özü də ordunun xeyir duası ilə hakimiyyətə çatıb. İndi Paşinyan çox gözəl başa düşür ki, sülh kəlməsini dilinə gətirsə , onun ətini şişə çəkəcəklər.
Ən yaxşı halda isə “müharibə partiyası” onu devirəcək..
Paşinyan onu da dəqiq bilir ki, sülhə, kompromisə getməsə belə, onun işi günbəgün, anbaan çətinləşir. Hakimiyyətə gələndən bəri heç bir problemi həll edə bilməyib.
Əksinə, problemlər çoxalır və onların həlli mövcud şərtlər daxilində mümkünsüzdür.
Belə olduqda da ordu yaxın günlərdə, aylarda Paşinyandan hesabat tələb edəcək.
Paşinyanın bir yolu qalır. Ermənistan ordusunu neytrallaşdırmaq...
Paşinyanın baş nazir seçilməsindən sonra keçən müddətdə nümayiş etdirdiyi davranış bir məqsədə xidmət edib: danışıqları pozmaq, Azərbaycanı müharibəyə təhrik etmək.
Yoxsa, Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə, inauqurasiya mərasimi keçirməyə, qondarma “parlament”in Şuşaya göçürüləcəyini elan etməyə, azərbaycanlılar üçün müqəddəs olan bir şəhərdə rəqs eləməyə , çaxır içib ağnayır kimi yerə sərilməyə özgə nə ad vermək olar?
Zənnimcə, Paşinyan Ermənistan ordusunu heydən salıb darmadağın etdirməyincə atəşkəs rejiminə qayıtmayacaq. Çünki onun alternativ seçimi qalmayıb.
Bölgədə sülh və sabitlik üçün təhdid mənbəyi olan Ermənistan və erməni ordusu erməni baş nazirin özü üçün də başlıca təhlükə mənbəyidir...
Bəlkə də mənim ehtimallarımın heç biri erməni baş nazirinin ağlının ucundan belə keçmir.
Hər halda, onun hərəkətləri belə, həm də ciddi təəssürat yaradır ki, Paşinyan erməni ordusunun diz çökdürülməsində hamıdan çox maraqlı və israrlıdır.
Əgər, Nikol Paşinyan erməniləri qırğına, ordunu güdaza verib təkcə öz dərisini və boğazını salamat saxlaya biləcəksə, bu, Azərbaycan əsgərinin xilaskarlıq missiyasına zərrə qədər xələl gətirməz.
Azərbaycan Ordusunun ərazi bütövlüyümüz uğrunda apardığı azadlıq savaşından bütün region qazanacaq, istisnasız olaraq hər bir kəsə bir azadlıq payı düşəcək...
“Çox danışmağı xoşlayan və çox vaxt danışdıqları ölkəsinə çox baha başa gələn” erməni baş nazirinin isə heç halal xoşu olmasın.
İt aparan olsun!
Oxşar Xəbərlər
Ermənistan niyə Gəncəni vurmaq istəyir?
Çavuşumuz şəhid oldu: Cəbhədə nə baş verir?
“Ermənilərə silah, yanacaq, ərzaq Füzulinin ərazisindən gedirdi, indi...”
DÜŞMƏNİN KOMANDA QƏRAGAH MƏNTƏQƏSİ DAĞIDILIB!
Xəbər lenti
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
"Ay qızım, kömək elə…” –
Bakıda eskalator zülmü - Reportaj/Foto
Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
Bakının bir sıra yollarında tıxac yaranıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
16 yaşlı Vüsalın da meyiti tapıldı
Prezident qəbul keçirdi -
Fotolar
Bu ərazilərdə qaz olmayacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Türkiyədə hava limanında insident -
Polislər yaralandı
Şimşək çaxır, yağış yağır -
FAKTİKİ HAVA
AHİK işçinin səsinə çevrilməlidir, susqun quruma yox
YAŞLILAR KRESLODAN "QALXMAQ" İSTƏMİR, GƏNCLƏR İSƏ... \
– Statistik göstəricilər nəyi ortaya qoyur?
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
Tramp Ərdoğanla görüşdə CAATSA və F-35 məsələlərindən danışdı
SON DƏQİQƏ:
Tanınmış jurnalist SAXLANILDI - FOTO
Azərbaycanlılar bu ölkədən deport olundu
Azərbaycanlılar bu ölkədən deport olundu
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq