8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info Virtualaz.org-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası bu gün səhər saatlarında bülletenlərin 60 faizdən çoxunun sayılmasının nəticəsi olaraq hakim "Gürcü arzusu” koalisiyasının 50 faizdən çox səs yığdığını elan edib.Saakaşvilinin partiyası isə 27 faizə yaxın səs alıb. Qalan partiyalar 5 faizlik seçki baryerini keçə bilməyib.
Seçkilərin ilkin nəticələri elan edilən kimi "Gürcü arzusu” öz qələbəsini bayram edib. Baş nazir Georgi Kvirikaşvili və "Gürcü arzusu” koalisiyasının yaradıcısı, keçmiş baş nazir Bdzina İvanişvili tərəfdarları qarşısında çıxış ediblər. Saakaşvilinin partiyasının bir qrup tərəfdarı isə Mərkəzi Seçki Komissiyasının qarşısına toplaşıb. Binanın ətrafına xüsusi təyinatlılar yeridilib. Ancaq müxalifət nümayəndələrinin bir qrupunun MSK rəhbəri ilə keçirdiyi görüşdən sonra aksiyaçılar dağılışıblar. "Vahid Milli Hərəkat” elan edib ki, seçkilər saxtalaşdırılıb və nəticələrini tanımayacaqlar.
Müstəqil "Rustavi-2” telekanalının sifarişi ilə keçirilmiş exit-poll nəticələrinə əsasən "Gürcü arzusu” koalisiyası 40 faizə yaxın səslə birincidir.Saakaşvilinin partiyası isə 33 faizdən çox səs alıb. "İmedi” telekanalının sifarişi ilə keçirilən exit-poll nəticələri isə MSK-nın elan etdiyi nəticələrə yaxındır.
Səsvermə günü gərgin keçib və bəzi məntəqələrdə qarşıdurma yaranıb.Əsasən azərbaycanlıların yaşadıqları bölgələrdə çoxsaylı pozuntuların qeydə alındığı bildirilir.
İlkin nəticələrin açıqlanmasından sonra "Vahid Milli Hərəkat” partiyasının rəhbərliyi məşvərətə toplaşıb və sonrakı addımları müzakirə edir. Partiyanın kütləvi etiraz aksiyalarına başlayacağı gözlənilir. Seçki kampaniyası dövründə Saakaşvilinin partiyası olduqca izdihamlı mitinqlər keçirmişdi və partiyanın seçkilərdə qalib gələcəyinə dair əminlik formalaşmışdı.Saakaşvili isə elan etmişdi ki, nəticələr açıqlanan kimi Gürcüstana dönəcək. Lakin Saakaşvilinin revanşı baş tutmur və əgər onun partiyası seçki nəticələrinə qarşı küçələrə çıxsa Gürcüstanı iğtişaşlar bürüyə bilər.