Bu gün, 21:30
7-10-2024, 10:03
4-10-2024, 10:23
27-09-2024, 11:44
19-09-2024, 00:17
2015-ci ildə Kiril Şadrin sıradan bir rus piyadası idi; bir il sonra o, Donbasda "könüllü” oldu; daha sonra, 2017-ci ildə qəfildən Suriyaya yola düşdü, Suriya Baş Kəşfiyyat İdarəsinin nəzarəti altında paramilitar hökumət təşkilatının üzvü kimi, yenidən ortaya çıxdı.
İndi dünyada baş verən münaqişələrdə neçə-neçə Kiril var – rus əsgərləri hərbi qulluqçular, muzdlu döyüşçülər və kabus arasında boz zonanı tuturlar.
Onların mövcudluğunu Kremlin rəsmən inkar etməsindən asılı olmayaraq, bu cür kadrların varlığı Suriya münaqişəsinin uzanması və qanlı hadisələrində ağırlığı ilə aşkara çıxır. Orada Rusiya hibrid proksi müharibə ilə, xarici siyasət və xüsusi qruplar arasındakı hədləri yuyub aparır.
Suriyadakı silahlı münaqişə tammiqyaslı vətəndaş müharibəsindən qəddar proksi müharibəyə çevrildikdə, əsas aktyorlar proksi müharibəyə hibrid yanaşmalar tətbiq etməyə başlayıblar. Qeyri-şəffaf xüsusi hərbi şirkətlərlə (XHŞ) rəsmi, birbaşa hərbi iştirakı birləşdirmək üçün Rusiya xaosdan istifadə edib. Suriya isə rəsmi və qeyri-rəsmi səylərin birləşməsinin əməliyyat potensialını və "təkzibedilməzliyini" sınaqdan keçirmək üçün əla bir laboratoriya olduğunu isbatlayıb.
Rusiya kənarda, xarici ölkələrdə XHŞ-lərdən istifadə məsələsində hələ nisbətən xam olsa da, bu "əməkdaşlığın" nəticələri Suriyada və digər yerlərdə dərin təsir göstərə bilər. Bu təcrübə həm hazırkı döyüş meydanında, həm də hibridləşdirilmiş proksi müharibələrin potensial hədəfləri baxımından Rusiya üçün strateji, taktik və hüquqi nəticələrə malikdir.
XHŞ-lərə münasibətinin dəyişməsi
Muzdlu fəaliyyətin Rusiyada uzun bir tarixi olsa da, müasir XHŞ-lərin istifadəsi daxili siyasi və ictimai təzyiqlərdən, hüquqi və strateji narahatlıqlardan yaranan yeni inkişafdır. 2014-cü ildən əvvəl rəsmi təhlükəsizlik aparatları ilə XHŞ arasında rəqabət qorxusu, XHŞ fəaliyyətinə nəzarətin itirilməsi və dövlət maliyyələşdirilməsi üzrə mümkün rəqabəti ehtimalı ucbatından müxtəlif dövlət təhlükəsizlik orqanları bunu məqbul saymayıb.
Amma Rusiyanın Yaxın Şərqdəki xarici siyasətinin ekspansionist iştahası və ümumilikdə xaricdə hərbi iştirakı, neft və qaz sektoru operatorlarının lobbiçi təzyiqi ilə birləşərək, hüquqi boşluqları qismən də olsa doldurmaq üçün lazımi vəziyyəti yaradıb. Başqa bir hərəkətverici faktor Kremlin hibrid müharibə dövründə XHŞ-lərin mütəhərrikliyi və əlçatanlığını dərk etməsi olub.
XHŞ-lərin qanuniləşdirilməsinə dair 2014-cü ilin qanun layihəsi 2016-cı ildə hərbi xidmətlə bağlı federal qanuna dəyişikliklərlə sürətlə qəbul edilib. Yeni qanun XHŞ-lərin "Rusiya Federasiyasının ərazisindən kənarda beynəlxalq terrorçuluq fəaliyyətinin dayandırılması" üçün istifadəsi imkanını yaradır.
Rəsmi Rusiya rəhbərliyinin podratçılara olan münasibətindəki bu dəyişiklik bir sıra fərqli amillərdən, yəni prezident Vladimir Putinin daha çevik hərbi siyasət variantları, daxili iqtisadi maraqları (həm də XHŞ-lərin özləri və müştəriləri), Rusiyanın çətin hərbi modernləşdirmə layihəsinə nisbətdə xüsusi sektor vahidlərinin modernləşdirmədə nisbətən asanlıq və səmərəliliyindən irəli gəlir. XHŞ-lərə dair hüquqi təminat Rusiya səlahiyyətlilərinə həm də böhran hallarında təzyiqləri azaltmaq imkanı verir.
Postsovet xaosundan sonra…
Son bir neçə ildə onlarla rus XHŞ-si meydana gəlib, onların bir çoxu qısamüddətli olub. Bir XHŞ fəaliyyətini dayandırdıqda, onun heyəti 2005-ci ildə yaradılan "Tigr Top-Rent Security” kimi, çox güman ki, yeni qruplara daxil olur və genişlənir.
Ukraynada XHŞ personalı (onların əksər hissəsi sabiq hərbçilərdir) "RSB-Group”, "E.N.O.T Corp.” və "Moran Security Group” kimi qruplarda asanlıqla izlənilə bilər. Bu qrupların üzvləri keçmiş Yuqoslaviyada, Qafqazda, İraqda və Əfqanıstanda Rusiya səylərinin veteranlarıdır və onlar yalnız Ukraynada deyil, Suriyada də fərqlənirlər.
Postsovet keçid dövrünün xaosundan və Rusiyanın xaricdəki erkən səylərindən doğan bu qruplar rus XHŞ-lərinin istifadəsi ilə, xarici işgüzar fəaliyyətin başlanğıcı idi.
2000-ci illərdə "Tigr Top-Rent Security” və "Redut-Antiterror” kimi müəssisələr İraq, Əfqanıstan və bəzi Afrika ölkələrində sınaqdan keçirilib. Daha çox qurulan XHŞ-lərdən bəziləri (digər rusiyalı milisləri ilə yanaşı) Suriyaya yerləşdirilməzdən əvvəl Şərqi Ukraynadan təlim yeri kimi istifadə edib. Məsələn, XHŞ-lərlə sıx əlaqəsi olan "Novorossiya" adlanan könüllülər.
Bu erkən səylərin nəticələri qarışıq olub, ən məşhur XHŞ-lərin ikisinin hekayətindən göründüyü kimi: "Slavyan Korpusu” və "Vaqner”. "Moran” qrupunun rəhbəri olan Federal Təhlükəsizlik Xidmətinin (FSB) ehtiyatda olan baş leytenantı Vyacheslav Kalaşnikovun rəhbərliyi altında qurulan "267” birliyi – "Slavyan Korpusu” hökumətlə müqavilə imzalandıqdan sonra Suriyaya göndərilib. O, Suriyada energetika sahələrinin mühafizəsini təmin etməyə başlayıb.
Suriyaya gəldikdən sonra "Korpus”, ehtimal ki, Bəşər Əsəd hökumətinin birbaşa əmrləri ilə neft yataqlarını geri qaytarılması üçün hücum qüvvəsitək istifadə edilib.
Onların tarixçəsi – kifayət qədər təchiz edilməmiş, zəif idarə olunan və təkcə bir fədakar döyüş əməliyyatı həyata keçirməyə qadir olan həqiqi fiaskolardan biri olsa da, hələ də Rusiya səylərinin dinamikası və istiqamətini nümayiş etdirir.
"Vaqner” və "İŞİD ovçuları"
"Slavyan Korpusu” fəlakətlə qarşılaşarkən, "Moran” və daha sonra "Korpus” üçün işləyən Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) 2-ci "Spetznaz” (Xüsusi Qüvvələr) briqadasının sabiq polkovnik-leytenantı tərəfindən idarə olunan "Vaqner” kiçik podratçı kimi işə başlayıb. İndi o, effektiv xüsusi ordudur.
"Vaqner” muzdlu əsgərlərdən fəal şəkildə istifadə edir və ehtimal ki, Suriya infrastrukturunun və enerji sahələrinin təhlükəsizliyini təmin edən müxtəlif əməliyyat vahidlərində təxminən 2500 döyüşçüsü var.
Suriyaya getməzdən öncə, "Vaqner”in yeni döyüşçüləri Cənubi Rusiyanın Krasnodar şəhərinin yaxınlığında, QRU-nun Molokinodakı 10-cu xüsusi briqadasının bazasında təlim keçiblər. Əlbəttə, onların ilkin təyinatı yalnız təhlükəsizliklə bağlı olub, lakin 2018-ci ildə aydınlaşıb ki, son iki ildə şirkət Əsəd ordusu adından təlim, kəşfiyyat məlumatı toplama və ekspedisiya əməliyyatlarında çox fəal iştirak edir.
Kağız üzərində Suriyada Rusiya qüvvələri ilə "Vaqner” arasında heç bir rəsmi əlaqə yoxdur. Əslində, "Vaqner” personalı "xüsusi vəzifələr"i icra edərkən, nizami Rusiya qoşunlarını aktiv şəkildə artırırlar.
Bu baxımdan, "Vaqner” personalının nizami qoşunların irəliləməsini artıran 2016-nın Palmira əməliyyatında uğurlu iştirakını göstərmək olar. Onun Yaxın Şərqdəki fəal rolu 2015-ci ildə Suriyadakı Rusiya silahlı qüvvələrinin kütləvi yerləşdirilməsi ilə üst-üstə düşür və beləliklə, "Vaqner”in nizami silahlı qüvvələrin xüsusi əməliyyat vahidləri üçün incə örtük olduğu təsdiqlənir.
Silahlı qüvvələrin tərkib hissəsi olmasa da, əlbəttə ki, iki quruluş əlbir hərəkət edir, "Vaqner” QRU və FSB elementləri ilə diqqətlə idarə olunur.
Rusiyanın Suriyadakı səylərində XHŞ-lər təbliğati və psixoloji müharibədə dəyərli aktiv kimi xidmət edir, evdə və xarici auditoriyaya qarşısında Yaxın Şərqdə İŞİD-lə mübarizə aparan "ovçular” kimi tanıdılırlar.
"Ovçular” 2017-ci ilin mart ayında Suriya hökumət qüvvələrinin güclənməsi və İŞİD əleyhinə uğurlu əməliyyatların Rusiya mətbuatında mütəmadi görünməsi ilə üzə çıxıblar. Bolqarıstan kimi "hədəf ölkələrdə" nəzarət olunan KİV-lərə sızmalarla bu təbliğat genişləndirilib. "Ovçular” özlərini yerli bir fenomen kimi təsvir etməyə çalışırlarsa da, heç zaman "Rusiya istehsalı” markasından xilas ola bilməyib. Buna görə də, onların populyarlığı Rusiya mətbuatı və Rusiyanın maraqlarını dəstəkləyən bəzi Qərb mənbələrindən kənara çıxmır.
Bununla yanaşı, "İŞİD ovçuları”nın "İSİD-in bəlası" kimi təsvir olunmayan əlavə funksiyası var. Başlıca vəzifələrindən biri – Suriya ordusunun, Putinin yaxın dostu olan şəxsə məxsus "Euro Polis” şirkətinin qaz və neft sahələri kimi strateji obyektlərinin təhlükəsizliyini təmin etməkdir. "Euro Polis”in Suriya müqavilələrinə dair məlumatları kommersiya sirri kimi qorunub saxlansa da, "İŞİD ovçuları” şirkətin fəaliyyətinin əhəmiyyətli bir hissəsidir, çünki şirkət "Vaqner”ə yaxın biznes maqnatları ilə əlaqəlidir. Onlar da, öz növbəsində, birbaşa Rusiya hökuməti və şəxsən Putinə bağlıdır.
Sınanmış modelin ixracı
Suriya XHŞ-lərin yerləşdirilməsində hibrid modelin mükəmməl tətbiqini sübut edib və indi onlar başqa bir yerə ixrac olunmağa hazırdır. Rusiyanın nizami qüvvələri ilə birlikdə xaricdə fəaliyyət göstərən XHŞ-lərin sayı durmadan artmaqdadır. Bu, hibrid əməliyyat konsepsiyasının eksperimental mərhələdən kənara çıxdığını göstərir.
Ehtimal ki, Rusiyanın geosiyasi və təhlükəsizlik maraqları olan Yaxın Şərq və Afrika ölkələrə – Liviya, Misir və Sudana.
Suriyadakı Rusiya XHŞ-lərinin izi Kremlin hərbi təzyiq qabiliyyətini nümayiş etdirir. Xaricdə güc tətbiq edərkən, daxili təzyiqlərə məruz qalmağı məhdudlaşdırmaq üçün XHŞ-lər əla vasitədir.
Kiril Şadrin – əsgər və artıq hərbi podratçı – yəqin ki, Suriyadakı əməliyyatlarda iştirak edən yüzlərlə Rusiya və Mərkəzi Asiya ölkələri vətəndaşlarının bir nümunəsidir.
İŞİD-in əsir aldığı Roman Zabolotnı, Vasili Zabolotnı və Qriqori Surkanov Rusiya Silahlı Qüvvələri ilə XHŞ-lər, dövlət və özəl şirkətlər arasında sərhədi silib. Silahlı qüvvələrin operativ uğurlarını təbliğ edərkən, itkilərin sayı XHŞ-lər vasitəsilə azaldılır.
Putin artıq üçüncü dəfə Rusiya ordusunun Suriyadan çıxarılacağını zəfərlə elan edib, amma Rusiyanın regiondan imtina etmədə heç real niyyəti yoxdur.
Nizami qüvvələrin müəyyən elementləri indi geri çəkilə bilər, ancaq Suriya, digər Yaxın Şərq və Afrika bölgələrində Rusiya XHŞ-ləri uzun müddət qalacaq.