8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"The New York Times”
Əvvəl eşitməmiş ola bilərsiniz: Suriya partlayacaq. Bəlkə də, bunu əvvəl də eşitmişiniz, amma bu dəfə həqiqətən partlayacaq. Çünki rejimini cəzalandırmaq üçün birləşmiş ABŞ, Böyük Britaniya və Fransadan başqa, daha bir ölkə hücuma hazırlaşır və bu, Suriyada ikinci ən təhlükəli qarşıdurma olacaq.
Hətta daha təhlükəli. İsrail və İran qarşıdurması. Bu, sadəcə fərziyyə deyil. Son bir neçə həftədə və ilk dəfə İsrail və İran Suriyada vəkillərinin vasitəsilə deyil, birbaşa sakit müharibəyə başlayıb.
Bu sakit mərhələ tezliklə bitə bilər.
İsrail və İran indi sonrakı səviyyəyə çıxmağa tam hazırdır. Əgər bu, baş verərsə, ABŞ və Rusiyanın seyrçi qalması çətin ola bilər.
Bir neçə gün əvvəl Suriya-İsrail sərhədində müşahidə etdiklərimi izah etməyə çalışım. Oradan, BMT müşahidəçilərinin yerləşdiyi nöqtədən Colan Təpələri ovuc içi kimi görünür.
ABŞ, Böyük Britaniya və Fransa qanadlı raket hücumu son əməliyyat kimi görünmür və təsir faktı danılmazdır. Rusiya və Suriya hökuməti ölkənin qərb hissəsinə nəzarət edir və koalisiyanın Suriyada iştirak səviyyəsini artırmağa marağı yoxdur.
Ən çox ehtimal olunan və narahatlıq doğuran – İsrail və İran arasında birbaşa döyüşüdür.
İlk raund fevral ayında baş verib. Suriyanın T4 hava bazasında fəaliyyət göstərən İnqilab Keşikçilərinin "Qüds” Korpusu tərəfindən İran dronu İsrail hava məkanına nüfuz etdikdə, İsrailin "Apache” helikopterindən atılan raketlə vurulub.
İlkin hesabatlara görə, İran PUA-sı kəşfiyyat missiyası yerinə yetirib. Ancaq İsrail ordusunun sözçüsü general Ronen Manelis deyib ki, RUA-nın partlayıcısı olub və guya İsrail ərazisində təxribat aktı törətmək istəyib.
Bu iddianı təsdiqləmək imkanım yoxdur. Amma əslində, israillilərin bu bəyanatı həyəcan doğurur. Ola bilsin ki, Qasim Süleymani Suriyadakı hava bazasından, yalnız kəşfiyyat deyil, İsrailə həqiqi hərbi zərbə vurmağa çalışıb.
İsrailin bir hərbi mənbəyi mənə dedi: "İlk dəfədir ki, İran İsrailə qarşı həmləyə keçib, bu, yeni mərhələnin başlanğıcıdır”.
Bu, əlbəttə, aprelin 9-da İranın T4 bazasına raket həmləsini izah edir. O həm də uzun hekayət ola bilərdi: İsrail yeddi "Qüds” üzvünü, o cümlədən bir polkovniki – Mehdi Dehqanı öldürüb və İsrailin hərbi mənbəyi deyir: "Bu, İran hədəflərinə – həm obyektləri, həm də insanlarına – ilk hücum idi”.
İran tərəfi yarımrəsmi "Fars” xəbər agentliyi vasitəsilə nəinki itkilərini, həm də İsraildən qisas alınacağını açıq şəkildə bəyan edib.
Ali liderin müşaviri Əli Əkbər Vilayəti Suriyaya səfəri zamanı deyib: "Bu cinayət cavabsız qalmayacaq!”
O vaxtdan bəri İsrailin yüksək vəzifəli müdafiə rəsmiləri bildiriblər ki, əgər iranlılar İsrail hədəflərini vursa, İsrail İrana geniş hərbi zərbə endirəcək.
Bu vəzifəli şəxslər, həmçinin qeyd edirlər ki, "Hizbullah”ın kütləvi raket təhlükəsi yaratmaq imkanı var.
Hətta Əsədin kimyəvi silah istifadə etmədiyi halda, ABŞ, Fransa və Britaniya cəzası olmadan belə, indi mövcud təhlükəli vəziyyəti başa düşmək olar.
İran iddia edir ki, o, Suriyada bazalar yaratsa da, Suriyaya daimi qalmağa dair heç bir planı yoxdur, lakin o, Suriyada Əsəd kimi bir iblis yaradıb.
İranın Körfəzdəki təhlükəsizlik problemlərini başa düşürəm; o, bölgədə nüfuzunu pozmağa çalışan bir sıra düşmən, amerikapərəst sünni ərəb dövlətlərinin əhatəsindədir. İran baxımından, bu – təhlükədir.
Amma İranın Suriyada nə işi var?
İndi, Əsədin əsasən üsyançıları əzməsinə kömək etdikdən sonra, Tehranın Suriyada raket fabrikləri şəbəkəsini yaratmaq cəhdi, deyəsən, "Qüds” qvardiyasının lideri Süleymaninin sünni Ərəb dünyası və prezidenti Həsən Ruhani əleyhinə eqo mübarizəsitək görünür. Süleymani "Qüds” qüvvələrinin vəkilləri vasitəsilə dörd ərəb paytaxtına: Şam, Beyrut, Bağdad və Sənaya az-çox nəzarət edir.
İran bu gün Ərəb dünyasında ən böyük "işğalçı qüvvə” halına gəlib. Ancaq Süleymani, xüsusilə İrandan uzaq, Suriyada İsraillə qarşılaşma vəziyyətində, "hava örtüyü” olmadan uduza bilər.
(Axır ki, əksər orta statistik iranlılar nüvə proqramı ilə bağlı sanksiyaların qaldırılmasının nəticəsi olaraq milyardlarla dolların Suriya, Livan və Yəməndə sərf edilməsinə etiraz ediblər).
Əlbəttə, İran hələ cavab verməyib. Süleymani İsraillə tammiqyaslı, birbaşa müharibəyə başlamaq üçün iki dəfə düşünmək məcburiyyətindədir, çünki İran valyutası çökür.
İran rialı "uzun və xaotik xətlərin qarşısını almaq üçün qapılarını bağlamaq məcburiyyətində qalıb, iranlılar ümidsiz bir şəkildə ABŞ dolları əldə etməyə çalışarkən, iqtisadi və siyasi qeyri-müəyyənliklər rekord səviyyəyə çatıb”.
Rial bu il dəyərinin üçdə birini itirib, bu hadisə davam edənə oxşayır.
Bundan başqa, İsrailin hərbi rəsmiləri Rusiya prezidenti Vladimir Putin və Süleymaninin artıq təbii müttəfiqlər olduğuna inanırlar. Putin sabit Suriya, kuklası Bəşər Əsədin nəzarət altında ola bilən Suriya istəyir. Rusiyanın dəniz və hava varlığını qoruya bilməsi və yenidən super güc kimi görünməsi lazımdır.
İran prezidenti Ruhani də, ehtimal ki, Əsədin gücünü möhkəmləndirdiyi və İran büdcəsi üzərində oturmayan sabit Suriyaya üstünlük verir. Lakin Süleymaninin və "Qüdr” qüvvələrinin Ərəb dünyasında daha çox üstünlük qazanmağa və İsrailə daha çox təzyiq göstərməyə çalışdığı görünür.
Süleymani geri çəkilməzsə, Suriyadakı qalıcı qüvvə – İranın "Qüds” qüvvəsi "daşınmaz əmlak”la qarşılaşacaq – İsraillə.
Tərcümə: Strateq.az