Amerikanın yeni İran sanksiyaları:Azərbaycan və Türkiyə mürəkkəb tarixi seçim qarşısında qalıb – Təhlil

Amerikanın yeni İran sanksiyaları:Azərbaycan və Türkiyə mürəkkəb tarixi seçim qarşısında qalıb – Təhlil

 

Analitiklərin fikrincə, Amerikanın İrana qarşı yeni sanksiyaları Cənubi Qafqaz və Yaxın Şərq bölgəsində kəskin siyasi manevrlərə yer qoymur. Hazırda Azərbaycan və Türkiyənin bu müstəvidə necə davranacağı siyasi ekspertlərin diqqət mərkəzindədir. Bu yöndə "Yaxın Şərq-Qafqaz” Araşdırmalar Mərkəzinin (Rusiya) rəhbəri, vaxtilə Azərbaycan Dövlət Universiteti tarix fakültəsinin məzunu olmuş Stanislav Tarasovun analizini Strateq.az-ın oxucularına təqdim edirik.

***

 

Noyabrın 5-dən Amerikanın İrana qarşı yeni sanksdiyaları qüvvəyə minib. Bu, birinci növbədə neft hasilatı və bank sahələrinə və Tehranla kommersiya işləri aparan üçüncü ölkələrə aiddir. Amma bununla yanaşı, hər şeydən qabaq, Cənubi Qafqaz – Yaxın Şərq qovuşuğunda kəskin toqquşma yaradılır.

ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Vaşinqton İran neftini idxal edən səkkiz ölkə üçün sanksiyalardan istisna edib. Amma onun sözlərinə görə, söhbət "ötəri istisna”dan gedir və "yalnız bu əsasda ki, оnlar İrandan xam neft idxalını mühüm şəkildə azaltmağı sərgiləycək”.

Biz bundan başlayaq ki, Amerika maliyyə nazirliyinin bildirişində məlumat verildiyi kimi, Vaşinqton qazın "Şahdəniz” yatağından Türkiyədən keçərək Avropaya tədarük  ediləcəyi Azərbaycan boru kəmərini sanksiya rejimindən çıxarıb. Əsaslandırma: o, Türkiyənin və Avropa ölkələrinin təhlükəsizliyini və Rusiya və İrandan energetik müstəqilliyini təmin edir. Və Avropa Birliyinin ABŞ sanksiyalarının yayılmayacağı ölkələr sırasına daxil olmadığı bir vaxtda. Əvəzində Türkiyəyə İran neftini almaq icazəsi verilib, amma Ankaranın həcmi tədricən azaldacağı şərtilə.

Başqa bir şey təəccüblüdür. Pompeo bu fonda radioaparıcı Toni Katsla söhbətdə Türkiyəyə, az qala, ultimatum verib. Dövlət katibi bildirib: "Vaşinqton ümidini ifadə edir ki, Ankara NATO-nun müttəfiqi kimi qalmaq naminə seçim edəcək” və "alyansdan çıxmaq üçün kurs götürməyəcək”.

Pompeo habelə qeyd edib: "Vaşinqton ümid edir ki, Türkiyə də, prezident Rəcəb Tayib Ərdoğan da yekunda nəticə çıxaracaq ki, İrandansa ABŞ daha üstün tərəfdaşdır, buna görə də ölkə məhz Ştatlar, NATO və Avropa ölkələrilə daha sıx işbirliyinə tərəfdar olmalıdır”.

Paradoks tam bundadır ki, Almaniya, Fransa və Böyük Britaniya XİN başçıları, habelə AB-nin diplomatik təmsilçisi "ABŞ prezidenti Donald Trampın noyabrın 5-dən İranı yenidən sanksiyalara məruz qoyduğu haqda təəssüf”ifadə olunduğu və "Tehranla əməkdaşlığı, habelə Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) çərçivəsində maliyyə əməliyyatları və neft-qaz ticarətini saxlamaq niyyətində olduqları” təsdiqlənən birgə bəyanat imzalayıb. Ola bilsin, Pompeo əmindir ki, Vaşinqton hadisələrin gedişatında Brüsselin müqavimətini qırmağa nail olunacaq? Azərbaycan milli təhlükəsizlik nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər bu qəliz durumu şərh edərək sıradakını deyir: "Tehrana münasibətdə sanksiya rejiminin sərtləşdirilməsi başlıca olaraq qonşu ölkələrdə ciddi əks olunacaq. Azərbaycan və İrana qonşu başqa ölkələr Tehranla Vaşinqtonun "arasında” qala bilər. Barəsində sanksiyaların sərtləşdirildiyi və Cənubi Qafqaz bölgəsi, Xəzər və hətta İranın özündə özəl maraqları olan Rusiyanı hələ demirəm”.

Onun sözlərinə görə, "Ermənistanla müqayisədə Azərbaycan İran üçün mühüm strateji önəmə malikdir. Unutmağına dəyməz ki, İran əhalisinin 43%-i etnik azərbaycanlılar təşkil edir. Azərbaycanlılar İran elitasında – siyasi, hərbi, mədəni – görkəmli yer tuturlar”. Amma eyni zamanda: "Sanksiyalar noyabrın 5-dən qüvvəyə minir, bölgədə Bakının da maraqlarında bu və ya başqa cür ifadə oluna biləcək tamamilə başqa vəziyyət yarana bilər. Amerikalılar bir məsələdə Azərbaycana güzəştə gediblər. Mənə elə gəlir ki, Azərbaycan İrana qoyulan sanksiya rejiminə bütünlükdə tərəfdar olacaq, əks halda amerikalılar bizi cəzalandırmaq qərarına gələcəklər”. Yəni Bakı Amerikanın Tehrana qarşı sanksiyalarını dəstəkləməyən Avropa və Rusiyadan aralana bilər. Vaşinqton bununla yanaşı Azərbaycana münasibətdə "energetik kökə” fəndini işlədir. Lakin ABŞ "türk qambiti”ni uğurla oynamağa, Suriya istiqamətindəki  Rusiya-Türkiyə-İran alyansını dağıtmaq və Ankaranı özünün Yaxın Şərq siyasəti orbitinə qaytarmaqdan yana Suriya kürdlərini xırda pula çevirərək onlara dəstəkdən imtinaya hazırdırmı, daha dəqiqi, bacararmı? Ola bilsin, Vaşinqton Türkiyə ilə kürd kartını oynayacaq ki, Bakı və Ankaranı antiiran düşərgəsinə qovsun. Ya da başqa bir məsələ mümkündür. Azərbaycanın özünü hər halda "Qərbyönlü dövlət” kimi göstərdiyi, ABŞ-ın onu müttəfiq dövlət adlandırdığı nəzərə alınarsa, Türkiyənin bölgədə geniş gündəliyi və Vaşinqtonla ixtilafının təkcə kürdlərə adi olmadığına, Ankaranın İran və Rusiya ilə iqtisadi əməkdaşlığı genişləndirməkdə obyektiv maraq amilinin işarələndiyinə baxmayaraq, Azərbaycan kartının da oynadıla biləcəyi durum biçimlənir. Hadisələrin belə dönüşünə kim hazırdır? Əksər ekspertlər təsadüfən qeyd etmirlər ki, Ankara və Bakı birlikdə olduqca dar manevr durumunda ən mürəkkəb tarixi seçim qarşısında görünür. Bir yandan ABŞ, İsrail, Fars körfəzi ölkələri, Azərbaycan, o biri yandan isə Türkiyə, Rusiya və İran. Yaxud başqa variant: Vaşiqnton Türkiyə və Azərbaycanı eyni zamanda özünə sarı çəkməyə nail olarsa, onda Rusiya – İran – Çin koalisiyası meydana çıxacaq.

Belə ki, Tramp bölgədə nəticədən asılı olmayaraq yekunları böyük bir bölgənin yeni geopolitik simasını müəyyən edəcək kəskin oyun düzəldib. Birbaşa deyilsə, bu dövlətlərin müstəqillik əldə etdiyi andan bəri Ərdoğan və azərbaycanlı həmkarı İlham Əliyev üçün ilk dəfə asan seçimlərdən deyil. Necə deyərlər, belə dilemmada variantlar azdır. "Ameruika şəri” ilə yeni Rusiya və İran arasında seçim lazım gələcək.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti