Ermənistanı dünən Rusiya, bu gün də İran idarə edir


Ermənistanı dünən Rusiya, bu gün də İran idarə edir

 


Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev bu iddianın təməl əsasları olduğunu isbat etdi. O, qeyd etdi ki, bu gün Azərnbaycanın işğal altında olan qədim Şuşa şəhəri üzərindən radiostansiya açaraq, ölkəmizə qarşı etnik separatizm, ideoloji baxımdan digər pozuculuq təbliğatlarının aparılmasında sadəcə Ermənistan deyil, həm də Tehran molla rejimi bu siyasəti birlikdə gerçəkləşdirirlər. Bir sözlə Ermənistan-İran strateji müttəfiqliyi dərinləşib və beynəlxalq terrorizm siyasətində birgə addımlayırlar.

Ermənistanı dünən Rusiya, bu gün də İran idarə edir

 


 

- Bədrəddin bəy, sizin iddialarınızın əsasları varmı?


– Əlbəttə. Bu barədə minlərcə faktlar və sübut-dəlillər var. Bizim partiyamızın analitik təhlil mərkəzi məhz bu işlə məşğuldur. 2013-cü ildə Şuşada ermənilər ilk öncə erməni dilində "İmpuls” radio-stansiyasını qurdular. Bunun ardınca talış dilində "Amra Şuşi” (Şuşanın səsi) verilişini gündəmə gətirdilər. Daha sonra isə, "Tolişe sədo- çma sədoye”, yəni "Talışın səsi-mənim səsim” adlı proqramını yaratdılar. İndi də "Ozade Tolişstane Sədo” (Azad Talışstanın səsi) adlı xüsusi radio kanalını yaradıblar. Bu kanalda Əlikram Hümbətov, Zahirəddin İbrahimi və bu gün həbs olunaraq Bakıya gətirilən Fəxrəddin Əboszadə (ov) Azərbaycan Respublikasına qarşı ən zərərli təbliğatları aparıblar. Bizim əlimizdə olan mühüm faktlardan biri də, həmin radio kanalın əsas sponsoru İrandakı
"Talışşünaslıq mərkəzi”nin sədri Yase Karanzadə adlı birisidir. Onun rəhbərliyi altında İranın Gilan vilayətində Tehran rejiminin maliyyə dəstəyi ilə ölkəmizə qarşı bir sıra etnik bölücülük projeləri həyata keçirilir. Bundan əlavə, Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlanan layihələrə İran maliyyə dəstəyi verir. Bütün bunların qarşılığında isə, İranın çoxsaylı şirkətləri Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində təbii sərvətləri talan etməklə öz ölkəsindəki fabrik-zavodlarda emal etmək üçün daşıyır. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ayrıca bəyanatı var. Bizim araşdırmamıza görə, hazırda Dağlıq Qarabağda və Azərbaycanın digər işğal altında olan bölgələrində 300-dən çox İran şirkətləri fəaliyyət göstərir. İrana məxsus "Banke Melli İran”, "Banke Ettelat” və 30 bank bu istiqamətdə şirkətlərlərə xidmət edir.

– Deməli, belə çıxır ki, siyasi baxımdan tərəfsiz olan İran iqtisadi sahədə Ermənistanı və

qondarma Dağlıq Dağlıq Qarabağ rejimini nəzarətə alıb.

– Bu faktları isbat etmək üçün sadə hesablamalar aparmağa da ehtiyac qalmır. Bu gün 3.5 milyonluq əhalisi olan Ermənistanda faktiki 1.7 milyon nəfər insan yaşayır. İrəvanda isə, 30-dan çox bank çalışır. Onların nə kimi xidmətlər göstərdiyi də qaranlıqdır. Keçmiş Sovetlər Birliyi dönəmində Ermənistana verilən xüsusi səlahiyyət çərçivəsində İrəvan-Hələb (Suriya), İrəvan-Beyrut (Livan), İrəvan-Tehran (İran) kimi Yaxın Şərq ölkələrinə xüsusi statusla təyarələr uçurdular. Bu üç ölkədə ermənilərə əlahiddə imtiyaz verilmişdi. Hər üç ölkədə erməni zənginlərinin əsas gəlir mənbəyi SSRİ hərbi kəşfiyyatının Yaxın Şərq ölkələrində gizli silah alverindən ibarət idi. Bu gün "Rusiya Erməniləri İttifaqı” təşkilatının prezidenti statusu ilə tanınan və milyader kimi qəbul olunan Ara Abramyan uzun illər Rusiya Müdafiə Nazirliyinə bağlı olan "Rosvoorujenie” şirkətinin prezidenti vəzifəsində çalışıb. Onu tutduğu bu vəzifədən Vladimir Putin prezident seçildikdən sonra uzaqlaşdırıb.

Ermənistanı dünən Rusiya, bu gün də İran idarə edir

 


– Qayıdaq Ermənistan-İran münasibətlərinə.

– Bayaq dediyim kimi, Tehranla İrəvanı birləşdirən başlıca faktor Yaxın Şərqdə hər iki ölkənin maraqlarının strateji baxımdan uzlaşmasıdır. Yaxın Şərq ölkələrindəki erməni icmaları regionda baş verən etnik, dini, təriqət və məzhəb savaşlarında ən çox gəlir götürən, bu faciələrin miqyasına görə əməlli-başlı qazanclı çıxan böyük bir struktura malikdirlər. Çünki, Ermənistanın əsas gəlir mənbəyi Yaxın Şərqdə gizli silah, narkotika və insan orqanlarının transplantasiyası sayəsində başa gəlir. Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən sərhədlərinin bağlı olması ucbatından bu ölkənin bütün fabrikləri və zavodları iflic olubdur. Dünya bazarına şaftalı və kartof çıxaran Ermənistanın illik büdcəsinin 3 milyard dollar olmasının hesabını beynəlxalq təşkilatlar soruşsalar, buna kimsə reallığa uyğun cavab verə bilməyəcək. Ermənistanın İranla strateji müttəfiqliyinə yol açan amillər Livanda, Suriyada və Yaxın Şərq ölkələrini və bütün dünyanı təhdid edən "Hezbollah”a bağlı radikalizm, terrorizm və bu istiqamətdəki ideoloji konsepsiyadır.
Yaxın Şərqdə nə qədər silahlı münaqişələr davam edəcəksə, erməni işbazları da bir o qədər çoxlu pul qazanacaqlar. Çünki, müharibə bölgələrində ölən insanların, oğurlanan körpə uşaqların orqanlarını çıxararaq İrəvan üzərindən dünyanın hər yerinə daşınan gizli biznes mövcuddur. Ermənilərə məxsus icmaların çoxu dünyanın istənilən ölkəsində biznes sahəsində ən çox bu sahədən gəlir götürürlər.

– Əlinizdə bu barədə bir tutalqa varmı?

– Suriyada 2013-cü ildə başlanılan vətəndaş müharibəsinə qədər bu ölkədə 250 min nəfər erməni yaşayırdı. Bu gün İranın "İslam İnqilabının Keşikçiləri Ordusu”na məxsus 120 min nəfər "Hüzbollah Ordusu” statusu ilə İraq-Türkiyə sərhədlərinə qədər bölgəyə nəzarət edirlər. Bundan əlavə, ermənilərin 47 min nəfərlik "Erməni Fədai Ordusu” elə həmin ərazilərdə "Hezbollah Ordusu” ilə birlikdə xidmət edir. Onlar Azərbaycanın işğal edilmiş ərazilərində, İranda və Livanda hərbi təlimlər keçiblər. Suriyada Bəşər Əsəd rejimini müdafiə adı altında ermənilər bir yandan müharibədə iştirak edir, digər yandan müharibə biznesindən milyardlar qazanırlar. Suriya idarəolunmaz bir bölgəyə çevrildiyi üçün, narkotik maddələrin və insan orqanlarının transplantasiyası, silah alveri biznesi onlar üçün gəlirli sahəyə çevrilib. Bu gün Türkiyənin hər yerində genişmiqyaslı narkotik maddələrin ticarəti Suriya üzərindən idarə olunur. Suriyalı qaçqınların çoxunun gəlir mənbəyi məhz bu faktora söykənir. Suriyanın Türkiyə ilə sərhəd bölgəsindəki Qamışlı rayonunda "Erməni Fədailəri” birlikləri Türkiyəyə yönəlik narkotranzitə nəzarət edirlər. "Fələstin Azadlıq Təşkilatı”nın rəhbərləri Yasir Ərəfat və Mahmud Abbas kimilərinin "ermənipərəst” mövqelərini bu gün Bəşər Əsəd davam etdirir. Bu məqsədlə 2013-cü ildə Suriyadakı vətəndaş müharibəsinin qızğın çağında Tehran rejimi ölkənin iqtisadiyyatına dəstək kimi Bəşər Əsədə 15 milyard dollar vəsait ayırıbdır. Bu vəsaitə görə ermənilərə də pay düşüb. Bütün bunları ona görə sadalayıram ki, İranla Ermənistanın necə vahid mövqedən çıxış etdiklərinin coğrafiyasını hər kəs duymalıdır.

Qayıdaq İran-Dağlıq Qarabağ əlaqələrinə.

– Azərbaycan bir dövlət olaraq, Xarici İşlər Nazirliyinin vasitəsilə bütün dünyaya İranın əsas strateji hədəflərini sərgiləyən informasiyanı ötürmüşdür. Ötən il ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya və Cənubi Qafqaza səfərlərinin əsil məqsədi də bundan ibarət idi. Onun səfəri əslində ABŞ-ın bölgədə baş verəcək proseslərə önəm verdiyinin göstəricisi demək idi. Eyni zamanda regionda müttəfiqlərini müəyyən etməyə hesablanmışdı. Nəzərə almaq lazımdır ki, burada əsas faktorlardan biri də İran ətrafında yaranan durumdur. Çünki, NATO-nun çətiri altında Avropa Birliyi də ABŞ-ın mövqeyini müdafiə edir. Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində İrana məxsus şirkətlər təbii sərvətlərimizi çıxarır və sonra da Tehran, Yəzd, Kirman, İsfəhan və digər sənaye şəhərlərin fabriki-zavodlarında istehsalını artırır. Bu faktlar nə qədər acınacaqlı olsa da, daha dəhşət saçanı odur ki, həmin məhsulları bizə satır. Əldə olunan gəlirlərin sayəsində qondarma Dağlıq Qarabağ rejiminin büdcəsinə dəstək verilir. Bütün bu maliyyə əməliyyatlar İranın "Banke Melli İran”, "İran İslam Bankı”, "Keşavarazi Bankı”, "Ənsar Bank”, "Ayəndəh Bank”, "Banke Hekmətİranian”, "Banke Mellət”, "Banke Keshvəravazi”, "Banke Xalifəthijəmalad”, "Banke Saderat”, "Banke Sepah”, "Banke Tejaret”, "Banke Ghavamin”, "Banke Parsian”, "Banke Qharzolhasaneh Mehr”, "Banke Refah”, "Banke Pasargad”, "Banke Saman ATM”, "Banke Samen”, "Banke Sina”, "Banke Maskan”, "Banke Post”, "Banke Egthesade Novin”, "Banke Eqtesad Novin”, "Banke Touse Saderat” bankları tərəfindən həyata keçirilir. Bir də reallıq var. İranın 300-dən çox şirkətinin qondarma Dağlıq Qarabağ rejimi ilə olan isti münasibətlərinin səbəbləri nədir. Deməli bu qədər şirkətin orada əməlli başlı gəlir mənbəyi vardır.

– Bəzi məlumatlara görə, Dağlıq Qarabağ həm də terrorçu dəstələrin hazırlandığı bir məkandır.

– Suriya, İraq, Sudan, Yəmən, Fələstin və digər Yaxın Şərq böhranlarının ardından İran Türkiyə, Azərbaycan və başqa ölkələrə qarşı terrorçu birləşmələrin düşərgələrinin idarə olunmayan ərazidə salınması problemini Ermənistanla birlikdə həll edibdir. Bununla da Azərbaycanın işğal altındakı ərazilərini üstün sayır. İrana məxsus 300-dən çox şirkətin qondarma Dağlıq Qarabağ rejimi ilə işbirliyində bu faktor mühüm əhəmiyyət daşıyır. Bu faktın arxasında gizlənən hədəflərdən biri də, İraq və Suriyada PKK, YPĞ, PJAK, PYD və digər terror təşkilatlarının təlim düşərgələrinin tamamilə məhv olması, onlar üçün yeni düşərgələrin təhlükəsizliyi baxımından əlverişli bölgə Dağlıq Qarabağ və işğal altında olan digər ərazilərimizdir.

– Bəs bunun qarşısını necə almaq olar?

– Hal-hazırda demokratik dünya, ABŞ, Yaponiya və Avropa Birliyi İranın nəinki Yaxın Şərqdə, eləcə də dünyada terrorizmə təhlükə mənbəyi olması qərarını verdikləri üçün, Tehran rejiminə qarşı embarqo tətbiq ediblər. Bizim partiyamızın fikrincə terrorizmə gedilən yolların mənbəyini çökdürmək lazımdır. Qondarma Dağlıq Qarabağ rejiminin həm də bir terror yuvası olmasını əsas gətirərək beynəlxalq birliyi bu prosesə cəlb etməliyik.
Azərbaycan TAP, TANAP, BTC, Bakı-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Kars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi layihələr Avropanın enerji təhlükəsizliyinin qarantı deməkdir. Bu yöndə Azərbaycanla yanaşı, ABŞ və Avropanın ən nəhəng şirkətləri milyardlarla dollar yatırım qoyublar. Bu şirkətlər təmsil olunduqları ölkələrin ən güclü vergi ödəyiciləridirlər. Bu şirkətlər fikrimizcə Azərbaycanın maraqları çərçivəsində çıxış etməyə borcludurlar. Ermənistan və İranın birgə strateji hədəflərinin bəşəriyyətə qarşı hansı mövqedən çıxış etdiklərini bəlgələrlə tanıtmalıyıq. Yaponiya artıq bütün banklarını İrandan çıxarıbdır. Bu bir örnəkdir. Türkiyənin bir sıra şirkətləri Gürcüstan üzərindən Ermənistanla, qondarma Dağlıq Qarabağ rejimi ilə ticarət əlaqələrini davam etdirirlər. Bu əlaqələrin qarşısı alınmalıdır. 25 ildir terror yuvasına çevrilmiş qondarma Dağlıq Qarabağ rejimini ifşa etmək üçün bizlər beynəlxalq miqyasda tədbirlər keçirməliyik. Müasir futbol "pressinq” taktikası ilə tanınır. Çünki, intellektual səviyyədə bu taktikadan düzgün istifadə edən istənilən takım asanlıqla qələbə çalır. Bunu siyasətə gətirməklə qısa zaman içində böyük uğurlar əldə edə bilərik.

Söhbətləşdi: Ə. Yusifoğlu,,

 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti