Dünya sülh liderini seçdi -
İlham Əliyevə yüksək etimad
Nəsimi Nəbizadənin tərk etdiyi reabilitasiya mərkəzinə niyə cinayət işi açılıb?
Ramiz Mehdiyevin ev dustaqlığı müddəti tamamlanır
Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət etdi
Baş nazir Əli Əsədov qərar İMZALADI
74 yaşlı İbrahim Tatlısəsə ŞOK -
Keçmiş menecerinin hoteli...
İranda internet qısa müddətlik bərpa olundu –
200 saatlıq blokadadan sonra zəif siqnal
Qanunsuz və sənədsiz evlərlə bağlı NƏLƏR gözlənilir?
VİDEO
XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək
Bu şəxslərə 46 gün məzuniyyət veriləcək-
Prezident təsdiqlədi
Türkiyə Ermənistanla sərhədi açmağa hazırlaşır -
TARİX
İlham Əliyev bayramlarla bağlı fərman İMZALADI
Əvvəlki
Sonrakı
Təbrizdə hərbi vəziyyət elan edildi
15-01-2026, 21:37
ABŞ HƏR AN İRANI VURA BİLƏR
Trampdan ard-arda sərt bəyanatlar
14-01-2026, 11:52
Etdikləri qarşısına çıxan Maduro: Venesuelanın ən dəhşətli həbsxanasında işgəncə maşını
7-01-2026, 21:19
DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
6-01-2026, 22:02
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
23-12-2025, 18:26
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Vətən müharibəsi qazisi Mobil Əhmədzadə: “Beş gün meşədə tək qaldım” - MÜSAHİBƏ + FOTO
“Düşmən bizi gördü. Bir az keçmişdi ki, arxaya çönüb baxanda düşmən tankı ilə üz-üzə dayandığımızı gördüm”.
Bu sözləri 44 günlük Vətən müharibəsi qazisi Əhmədzadə Mobil müsahibəsi zamanı deyib.
Sozcu.info
həmin müsahibəni təqdim edir:
- Xoş gördük sizi Mobil! İlk olaraq sizin kimi bir qəhrəmanı tanımaq bizim üçün fəxrdir. Bizə bir az özünüzdən danışın. Neçənci ildə, harada anadan olmusunuz?
- Mən Əhmədzadə Mobil İlqar oğlu 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsili Yasamal rayonu 286 saylı orta məktəbdə almışam. Daha sonra 2014-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşam. 2017-ci ildə həmin liseyin məzunuyam. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldum və 4 illik hərbi təhsilimi orada davam etdirdim. Artıq 4-cü kursda oxuyan zaman II Vətən müharibəsi başladı və mən vaxtından əvvəl leytenant rütbəsini alaraq müharibəyə qatıldım.
- Bildiyimiz kimi sentyabr ayının 27-i “Zəfər” savaşının başladığı ilk gündür. Siz necə oldu ki, 44 günlük “Zəfər” savaşında iştirak etdiniz?
Könüllü olaraq getmişdiniz ya səfərbərliklə?
- Mən Zabit olduğum üçün və vaxtından əvvəl leytenant rütbəsi verildiyi üçün, yəni işim olduğu səbəbiylə, eyni zamanda da könüllü olaraq qatıldım. Hər zaman istəyim olub ki, müharibədə iştirak edim, Vətənimi qoruyum...
- Hərbiyə olan həvəsiniz necə yarandı? Sizdən başqa ailədə hərbçi olan var?
- Biz əslən Qarabağdan, Füzulidənik. Lakin ailəmdə və qohumlarımda hərbçi yoxdur. Hətta deyərdim nəsildə ilk hərbiçi mənəm.
- Həmişə müharibə deyən zaman təsəvvürünüzdə nə yaranırdı? 44 günlük savaşda gördüyünüz mənzərələr ilə təsəvvürünüzdə yaranan müharibə eyni idimi? Yoxsa daha dəhşətli?
- Həmişə 92-ci illərdə baş verən hadisələrin kadrlarına baxırdım, həmçinin evdə valideynlərimin danışdıqlarından müharibə haqqında təsəvvürüm var idi. Daha sonra hərbi təhsili aldığım zaman müharibənin elmi tərəfini öyrənməyə başladım. Həmçinin ixtisasımın motoatıcı olması, həm praktiki həm də elmi cəhətdən mənə çox yardımçı oldu. Müharibə təsəvvürümdə mənə çox çətin gəlirdi. Lakin artıq həm təhsil aldıqdan sonra, həm də müharibəni gördükdən sonra alışmağa başladım.
- Şəhid və ya qazi olmaq ağlınızdan keçmişdimi? Çünki müharibəyə gedirdiniz, Vətən savaşı idi, hər şey baş verə bilərdi...
- Bəli, ağlımda şəhid olmaq kimi düşüncələr var idi. Ya sağ qayıdacam, ya da şəhid olacam deyə düşünürdüm. Lakin əsirliyə düşmək və qazi olmağı düşünməmişdim. Bu düşüncələr heç bir qorxu vermirdi, demək olar bütün gün müxtəlif mərmi səsləri, snayper atışları bizi artıq alışdırmışdı. Döyüşün ilk 1 saatı insana çətin gəlir, daha sonra həmin mühitə uyğunlaşırsan.
- İlk dəfə yanınızda döyüş yoldaşınız şəhid olan zaman necə oldunuz? Nə hisslər keçirdiniz? Yenidən döyüşməyə, mübarizə aparmağa özünüzü necə ruhlandırdınız?
- Həmin vaxt bir soyuqqanlılıq var idi, çünki hazırlıqlı idim, bilirdim ki, müharibə şəhidsiz olmur. Düzdü şəhidlərimizi gördükcə üzülürdük, amma qisas hissi daha çox artırdı, düşməni məhv etmək hissi içimizdə daha çox böyüyürdü. İçimizdəki aqressiyadan daha çox döyüşmək istəyirdik, daha da irəliyə getmək idi məqsədimiz .
- Müharibəyə nə zaman getdiniz? Əsir düşməniz necə oldu?
- 2020-ci ilin sentyabr ayının 28-də Bakı şəhərindən Gəncəyə yola düşdüm. Müharibənin son gününə qədər mən ön xətdə olmuşam. Noyabr ayının 8-i Şuşa ətrafı döyüşlər gedirdi. Ermənilərin hərbi hissəsi çıxdı qarşımıza, əsgər taboru və motoatıcı zabit heyəti ilə birgə üzbəüz döyüşə girdik. Çox ağır döyüş oldu, həmçinin yaralılarımız və şəhidlərimiz də çox oldu. Döyüş zamanı mayor Ələkbərov Fərid ilə dayanmışdıq daş hasarın kənarında, o mənə dedi ki, əmr ver 15 nəfər keçsin yolun sol istiqamətinə, çünki düşmən bizi mühasirəyə almaq istəyirdi. Daha sonra biz ikimizdə keçdik durduq yolun sol istiqamətində və düşmən bizi gördü. Bir az keçmişdi ki, arxaya çönüb baxanda düşmən tankı ilə üz-üzə dayandığımızı gördüm. Tankı gördüyüm an partlayış oldu silahım əlimdən çıxdı, yaralandım və heç bir şey hiss etmədim. Hər iki ayağım və bədənim kəsik-kəsik oldu. Bir az sonra mayor Fərid Ələkbərovun üzü üstə yıxıldığını, tərpənmədiyini gördüm. O zaman anladım ki, Fərid şəhid olub....
Müharibədə bir neçə saniyə böyük rol oynayır...
- Daha sonra nə oldu? Nə baş verdi?
-
Daha sonra yaralı halda gəldim əvvəl dayandığım daş hasara söykəndim. İki ayağım da kəsik-kəsik idi. Əsgərlər gəldi ayaqlarımı juqutla bağladı ki, qan getməsin. Yavaş-yavaş özümdən getdiyimi hiss edirdim, su istədim, yaralı olduğum üçün su vermədilər, çünki su içən kimi qan itirirsən və özünü hiss etmirsən. Bir neçə dəqiqə sonra özümü dərk etmədiyimi hiss etdim: ətrafda baş verənlər yuxu kimi görünürdü. Kəlmeyi-şəhadəti dedim, gözlərimi yumdum, elə bildim ki, şəhid oluram. Üstündən bir az keçdi ayıldım. Daha sonra əsgərlər gəldi, məni yerə uzandırdıqdan sonra özləri döyüşə davam etdilər. Mən yaralı halda meşə tərəfdə qaldım.
- Həmin an nə düşündünüz? Peşmanlıq hissi oldu?
-
Yox peşman olmadım. Həmin vaxt çox hadisə baş verdi. Mən beş gün meşədə tək qaldım. Həmin o beş gündə özümdə olmurdum, ac-susuz idim, ayılırdım, özümdən gedirdim. Ağrılarım var idi, qan itirirdim deyə özümdə olmurdum.
- Biz adətən filmlərdə görürük müharibəni, əsir həyatını. Necə oldu sizi əsir götürdülər?
- Beş gün ərzində elə olurdu ayılırdım, sonra huşumu itirirdim. Deməli həmin vaxt özümü ayaq üstə ayıq olaraq saxlamaq istəyirdim, bilmirəm yuxu görürdüm ya ayağa qalxıb düşünmüşəm - dəqiq xatırlamıram, meşədə olanda öz özümə danışırdım ki, buradayam gəlin bura, öz əsgərlərimin gəldiyini görürdüm, yəni mənə elə gəlirdi .
Sonra cibimdə 30 manat pul var idi, 10 manatı götürüb ağacın yanına qoydum ki, taksi gəlib aparsın məni. Mənə elə gəlirdi ki, başqa kənddəyəm və taksi çağırmışam gözləyirəm gəlib aparsın. Meşədə olmağımın 5-ci günü ayılanda gördüm ki, maşındayam, harasa gedirəm, heç bir şey hiss etmirəm. Bir az keçdi sağ tərəfimə baxdım, gördüm ki, sağ tərəfimdə adam oturub. Erməni olduğunu bilmirdim, elə bildim bizim əsgərlərdəndi, məni tapıblar. Su istədim, başımdan vurdular, hələ də erməni olduğunu anlamadım, düşündüm ki, mənə su olmaz, ona görə su vermirlər. Yenə mən özümdən getdim. Bir az keçəndən sonra ayılanda gördüm ki, başqa dillərdə danışırlar və hər 10 dəqiqədən bir maşın dayanır, kimsə mənə baxır, daha sonra yenə yola davam edirik. Sonra yenə su istədim, mənə su verdilər, suyu içib yanıma qoydum. Daha sonra yenə özümdən getdim, ayılanda artıq gördüm xəstəxanadayam, sol ayağım bağlanıb, sağ ayağım isə amputasiya olunub.
- Günləri necə hasablayırdınız, meşədə neçə gün qaldığınızı necə bildiniz?
- Meşədə olanda ayın tarixini, hansı gün olduğunu bilmirdim. Əsirlikdə olanda hesabladım neçə gün qalmışam, hansı tarixlərdə orada qalmışam.
- Xəstəxanaya gətirdilər, davranış necə idi ?
- Artıq gözümü açanda başa düşdüm ki, mən Yerevandayam, əlim-qolum bağlanıb, sağım-solum ermənidir. Orada mənə işgəncələr çox oldu. Sağ ayağımı onlar amputasiya etmişdilər, sol ayağıma tez-tez spirt tərkibli iynə vururdular, hansı ki, hal-hazırda sol ayağımda hissiyyat zəifdir.
- Xəstəxanada neçə gün qaldınız?
- Dörd gün reanimasiyada qaldım, mənim üçün çox çətin oldu.
- Yerevanda olan zaman düşündüyünüz nə idi, kim idi? O zaman nə istəyiniz olurdu?
- Bir tək düşündüyüm o idi ki, Azərbaycanda bilsinlər ki, mən yaşayıram.
- Burada xəbər almadıqları üçün itkin bilirdilər?
- İlk öncə şəhid kimi biliblər, amma nəşimi tapmadıqları üçün narahat idi hər kəs. Daha sonra itkin düşdüyümü bildiriblər. Bütün rayon hospitallarında məni axtarıblar. Hər kəs itkin olduğumu bilirdi, anamnan başqa. Anam əsirlikdə Şuşada xidmətdə olduğumu bilirdi.
- Xəstəxanadan çıxandan sonra necə oldu? Hara apardılar sizi?
- Xəstəxanadan çıxandan sonra məni həbsxanaya apardılar. 30 gündən çox həbsxanada qaldım. Gün, saat, həftə heç bir şey bilmirdim.
- Həbsxanada necə davranırdılar?
- Reanimasiyaya baxanda yaxşı davranırdılar. Çünki reanimasiyada hər kəs vururdu, döyürdü. Həkimi, hərbçisi, xadiməsi, bir sözlə yanıma gələn hər kəs işgəncə verirdi. Bu hallar həbsxanada çox baş vermirdi.
- Nə qədər müddət əsirlikdə qaldınız?
- Mən 35 gün əsirlikdə qaldım. Dekabr ayının 14-ü əsirlərin hamısı Azərbaycana, Heydər Əliyev adına hava limanına gəldi. 14 gün karatində qaldıq.
- Ən çox nədən ötrü darıxmışdınız?
- Bilirsiniz müharibədə olan insan o qədər soyuqqanlı olur ki, hər şeyə hazır olursan. Yerevanda olanda yuxuya gedib, ən çox maşın sürmək xəyalı qururdum. Düşünürdüm ki, görəsən, maşın sürə biləcəm? Axı ayağım amputasiya olunmuşdu....
- Bəs Azərbaycana gəlməyiniz necə oldu?
- Dekabr ayının 14-ü gəlib bizim gözlərimizi bağlayıb apardılar. Təyyarə Yerevandan qalxıb, Heydər Əliyev adına hava limanına enəndə bizi təcili tibbi yardım maşınları gözləyirdi. Tibb bacılarının ağladığını gördüm. Tez müharibənin sona çatıb çatmadığını soruşdum. Deməli müharibə mənim yaralanmağımdan bir gün sonra bitib. Ərazilərin hamısının bizdə olduğunu bildim. Daha sonra 14 gün karantində qaldıqdan sonra 30-u evə qayıtdıq.
- Əsirlikdə olanda evə necə xəbər göndərirdiniz? Yaxud xəbər göndərmək olurdumu?
- Mən əsirlikdə olduğum zaman bir neçə dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gəlmişdi. İlk dəfə gələndə məni başqa bir otağa aparıb gizlətdilər. Başımın üstündə bir erməni hərbçisi dayandı və səsimi çıxartmamağı tapşırdı. Daha sonra digər əsirlərdən Qırmızı Xaçın gəldiyini soruşdum. Onlar digər əsirləri görüblər amma məni görməyiblər. Daha sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi ikinci dəfə mənim yanıma gəldi. Onlar məni keçən dəfə niyə görmədiklərini soruşdular, mən də əsas səbəbi demədim. O zaman ailəmə məktub yazmaq istədim, sağ olduğumu, hər şeyin qaydasında olduğunu yazdım. Ayağımın amputasiya olduğunu yazdım, daha sonra protez qoyulacağını və hər şeyin yaxşı olacağını bildirdim. Məktubun sonunda artıq Qarabağ qazisiyəm deyə vurğuladım. Düşündüm ki, məktubu çatdırmazlar, çünki mən artıq Qarabağın bizdə olduğunu və mənim də qazi olduğumu vurğulamışdım. Məktub amma evə çatmışdı, hamı da bildi ki, mən əsirlikdəyəm. Məktubdan bir həftə sonra Azərbaycana gəldim.
- Bir qazi kimi bu gün sizi narahat edən hansı məsələlər var?
- Mənim heç bir narahatçılığım yoxdur. Dövlətimiz bir qazi olaraq qayğımıza qalır, diqqətini əsirgəmir! Mən buradan şəhid ailələrinə demək istərdim ki, sizin övladlarınızın ruhu şaddır. Başınızı dik tutun əziz şəhid anaları! Qazi qardaşlarıma da can sağlığı arzulayıram!
Oxşar Xəbərlər
"Ayağımı kəsdilər, kəlbətinlə barmaqlarımı sıxdılar"
"Vətən müharibəsində Ali Hərbi Məktəbin 10 hərbçisi şəhid olub"
“Vətən Müharibəsi Qəhrəmanı”
Vətən müharibəsinin daha bir qazisinə vəzifə verildi
Xəbər lenti
Fevralda pensiyalar artırılacaq: İndeksasiya kimlərə şamil olunacaq?
Dünya sülh liderini seçdi -
İlham Əliyevə yüksək etimad
Nəsimi Nəbizadənin tərk etdiyi reabilitasiya mərkəzinə niyə cinayət işi açılıb?
Bakıda 5 avtomobil belə toqquşdu -
Video
Ramiz Mehdiyevin ev dustaqlığı müddəti tamamlanır
Bakı metrosu ilə bağlı YENİ XƏBƏR - Bu tarixdə...
Sabah Bakıda qar yağacaq
İranda iğtişaşlar zamanı 300 məscid YANDIRILIB
SABAH qaz olmayacaq -
XƏBƏRDARLIQ
Asanlıqla etibar edən 3 bürc:
Onlar hər kəsə yaxşı enerji yayırlar
Əhaliyə XƏBƏRDARLIQ:
Yanvarın 20-də...
Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət etdi
Baş nazir Əli Əsədov qərar İMZALADI
Bu ərazidə yanğın başladı -
SON DƏQİQƏ!
Tolikin ailəsində xoş gün -
FOTOLAR
Azərbaycana soyuq hava dalğası gəlir
Maaşların verilmə müddəti dəyişdirildi -
YENİ QAYDA
74 yaşlı İbrahim Tatlısəsə ŞOK -
Keçmiş menecerinin hoteli...
İranda internet qısa müddətlik bərpa olundu –
200 saatlıq blokadadan sonra zəif siqnal
Qanunsuz və sənədsiz evlərlə bağlı NƏLƏR gözlənilir?
VİDEO
Sabah güclü qar yağacaq, 18 dərəcə şaxta olacaq
XIII Qlobal Bakı Forumu bu tarixlərdə keçiriləcək
Bu gündən iki marşrutda gedişhaqqı bahalaşdı
Bu şəxslərə 46 gün məzuniyyət veriləcək-
Prezident təsdiqlədi
Həkimdən SOS:
mövsümi viruslar ölümcül fəsadlara yol aça bilər
Bu şəxslərin pensiyası 578 manat oldu –
RƏSMİ
Türkiyə Ermənistanla sərhədi açmağa hazırlaşır -
TARİX
"30 ildir pəhrizdəyəm" -
İrəm Derici
Biləsuvar sakinlərinin nəzərinə!
“Yanvarın 17-dən 22-dək…” -
DYP-dən müraciət - Video
Ət alarkən ehtiyatlı olun - Həyatınıza təhlükə ola bilər -
AÇIQLAMA
Məzuniyyətə çıxan işçilərin maaaşının ödənilməsi ilə bağlı yeni QAYDA
İlham Əliyev bayramlarla bağlı fərman İMZALADI
Azər Məmmədov: “Biz indi hər bir qarışında müqəddəs bayrağımızın dalğalandığı qüdrətli bir dövlətin vətəndaşlarıyıq”
Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür
-FOTO
Dualarım İran xalqı ilədir”
-Madonna
140 MANAT MÜAVİNƏT ÜÇÜN KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?
– DSMF aydınlıq gətirdi
Qanunsuz onlayn kazino oyunları təşkil edən iki nəfər saxlanılıb
Türkiyənin Güney Azərbaycan qorxusu
Prezident Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
Rasim Balayevin səhhətində problem yarandı
Bu şəxslər metroda əlavə pul ödəyəcək
Biləcəridə meşə məhv olur... -
Video-Yenilənib
“Azeri Light”ın bugünkü qiyməti açıqlandı
“Azərbaycan Nəşriyyatı” bu tarixdən bağlanır
Bu restoranda qida məhsulları döşəmənin üzərində saxlanılırmış... -
FOTOLAR
"Emili bu hala gətirən müğənni idi"
İran küçələrində qan -
Hadisə şahidindən sarsıdıcı açıqlama
Tanınmış xanəndəmiz İrandan Bakıya gələrkən hava limanında SAXLANILDI
Hökumət istefa verdi - BU ÖLKƏDƏ…
PRİZMA
Türkiyənin Güney Azərbaycan qorxusu
MÜSAHİBƏ
1
2
3
4
5
6
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
TƏHLİL
Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür
-FOTO
SOSİAL
1
2
3
4
5
6
Fevralda pensiyalar artırılacaq: İndeksasiya kimlərə şamil olunacaq?
Bakı metrosu ilə bağlı YENİ XƏBƏR - Bu tarixdə...
Sabah Bakıda qar yağacaq
SABAH qaz olmayacaq -
XƏBƏRDARLIQ
Asanlıqla etibar edən 3 bürc:
Onlar hər kəsə yaxşı enerji yayırlar
Əhaliyə XƏBƏRDARLIQ:
Yanvarın 20-də...