Dünən, 12:29
Dünən, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfrans keçirilir.Sozcu.info xəbər verir ki, konfransda dövlət rəsmiləri, Milli Məclisin deputatları, yerli beyin mərkəzləri və universitetlərdən nümayəndələr iştirak edirlər.Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov çıxışında bildirib ki, Azərbaycan orta güc hesab olunur:“Azərbaycan bir çox baxımdan Cənubi Qafqazın lider dövlətidir.Cənubi Qafqaz önəmli rol oynayır. Aparıcı güc mərkəzlərinin burada böyük maraqları var. Ölkəmizin imkanları çox genişdir. Azərbaycanın Yaxın Şərqdə və Şərqi Avropada təsirləri böyükdür. Güclü liderlik keyfiyyətləri ilə İlham Əliyev qəbul edilən liderdir. Dünyada ən güclü liderlər arasında İlham Əliyevin də adı çəkilir. Orta Dəhliz 7 dövlətdən ibarətdir.Onlardan 6-sı türk dövlətidir. Bu baxımdan deyə bilərik ki, türk dünyası renessans yaşayır, artan güc kimi dünyada rolu ildən-ilə çoxalır”.E.Namazov vurğulayıb ki, orta güc olmaq əbədi deyil: “Müasir dünyada rəqəmsal transformasiya, süni intellekt kimi amillər önə çıxıb. Əgər inkişafdan geri qalınarsa, orta güc statusu itirilə bilər. Orta güclə bağlı Azərbaycanda aparılan müzakirələrdə bu amilə diqqət etmək lazımdır. Dünya dəyişir, yeni kriteriyalar yaranır. Azərbaycan statusunu gücləndirməyə çalışmalıdır. Böyük riskləri nəzərə almaq lazımdır”.Musavat.com