7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Xəbər verildiyi kimi, KİVDF bir neçə qəzetlə əməkdaşlığı dayandırıb. Bu qəzetlərin içərisində "Futbol+” də var.
Qurumun bu qərarından sonra ölkənin ən köklü idman qəzetinin rəhbərliyi ölkə prezidentinə müraciət etmiş, yaxınlarda isə mətbuat konfransı keçirmişdi. Bu gün isə "Futbol+” kollektivi aksiya keçiriblər.
Qəzetin kollektivi əvvəlcə KİVDF-nin, sonra isə Prezident Administrasiyasının qarşısına yürüş ediblər. "Futbol+”çilər üzərinə "Bizi eşit, Prezident!”, "KİVDF ədalətsizliyə son qoy!”, "Haqqımızı istəyirik!” sözləri yazılan plakatlar qaldırıblar./komanda.az/