8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu günlərdə Russiya Federasiyasının şimal regionlarından biri Arxangelsk şəhərində "Azərbaycan” Ticarət Evi lahiyəsinin təqdimat keçrilib. Mərasimdə Azərbaycan Respublikasının Russyadakı Ticarət Nümayəndəliyinin əməkdaşları ilə yerli ticarət sektorunun nümayəndəlri arasında işgüzar görüş keçrilib. Görüşdə Arxangelski vilayət hökumətinin ticarət və kənd təsərrüfatı nazirinin müavini Elena Qovorova, Azərbaycanın Russiyadakı Ticarət Nümayəndəliyinin aparatının baş mütəxəssisi Namiq Xəlilov iştirak edib. Arxangelsk vilayəti ilə Azərbaycan arasındakı tarixi dostluq əlaqələrindən danışan E.Qovorova, son illər iki tərəfli əlaqələrin intensivləşdiyini bildirmişdir. Bununla yanaşı müxtəlif ticarət şəbəkələrində Azərbaycandan olan məhsullar mövcud olmasına baxmayaraq, bəzi ticarət obyektlərində bu məhsulların çeşidlərinin azlıq təşkil etdiyini qeyd etmişdir. Namiq Xəlilov isə Heydər Əliyev Fondunun və Azərbaycanın Russiyadakı səfirliyinin təşəbüsü ilə keçrilən bu lahiyə çərçivəsində Moskvada, Sankt-Peterburqda, Yekaterinburqda, Yaroslavlda, Novosibirskdə, Krasnoyarskda, Ufada "Azərbaycanın hədiyyələri" adlı konseptual mağazaların artıq açıldığını bildirmişdi. O Ticarət Nümayəndəliyinin Russiyanın milyonçu şəhərləri ilə əlaqə qurulmasının çətin olduğunu bildirməklə yanaşı bu şəhərlərdə Azərbaycan şərabları, mürəbbələri, çay məhsulları, kompotları, quru meyvələri, fındıqları, meyvə və tərəvəzlərinin satışı üzrə ticarət mərkəzlərində firma mağazalarının və ya şöbələrinin açmaq qüvvəsində olduğunu qeyd etmişdir. Layihənin müzakirəsində və onun Arxangelsk vilayətində həyata keçirilməsinin mümkünlüyünün müzakirəsində "Arxangelsk vilayətində Azərbaycan diasporu" nın sədri Tərlan Qasımovla yanaşı şəhərin Mərkəzi bazarının, regional ticarət şəbəkələrinin rəhbərləri və fərdi sahibkarlar iştirak etmişlər.
"Yeni Sözçü” qəzeti