Dərbəndə Azərbaycan Teatrında “Rəngsaz” tamaşasının təqdimatı olmuşdur. FOTOLAR.

Dərbəndə Azərbaycan Teatrında “Rəngsaz” tamaşasının təqdimatı  olmuşdur. FOTOLAR.

 

 Dünən axşam Dərbənd şəhərində fəaliyyət göstərən  Azərbaycan Dövlət Dram Teatrı,Azərbaycanın əməkdar artisti, rejisor SərvərƏliyevin quruluşunda,tanınmış Türk dramaturqu Tuncer Cücjenoğlunun  "Rəngsaz" komediyasının  premyerası tamaşaçılara təqdim olunmuşdur.Anşlaqla keçən premyerada, tamaşaçılara əla aktyor ifası ilə yanaşı yaxşı xoreoqrafiya və musiqi müşayiəti təqdim olunmüşdur. Tamaşanın premyerasında "Dərbənd şəhəri" dairəsinin rəhbəri Xizri Abakarov, şəhər deputatları sovetinin sədri Mavsum Rəhimov, şəhər Administrasiyası rəhbərinin müavini Vidadi Zeynalov, şəhər Məclisinin deputatı Həsən Mirzəyev, İqtisadiyyat İnstitutunun rektoru Sevil Sadıqova, Azərbaycanda fəaliyyət göstərən "Karvan-L" şirkətlər qrupunun prezidenti Əbülfəz Qafarov və digər qonaqlarla yanaşı  bir çox yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Tamaşadan sonra Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov və  Dağıstanın əməkdar Artisti Elçin Quliyev çıxış edərək qonaqlara və tamaşaçılara onlara göstərilən diqqətə görə  teatrın kollektivi adından minatdarlıq etmişlər. Tamaşanın premyerasında iştirak edən "Dərbənd şəhəri” dairəsinin rəhbəri Xizri Abakarov, Deputatlar Məclisinin sədri Mavsum Rəhimov, İqtisadiyyat İnstitutunun rektoru Sevil Sadıqova və digərləri çıxış edərək "Rəngsaz” komediyasının yüksək peşəkarlıqla səhnələşdirildiyini və tamaşada iştirak edən aktyorların peşəkarlığını yüksək qiymətləndirmişlər.

 A.Məmmədli.

 "Yeni sözcü”

 

Dərbəndə Azərbaycan Teatrında “Rəngsaz” tamaşasının təqdimatı  olmuşdur. FOTOLAR.

Dərbəndə Azərbaycan Teatrında “Rəngsaz” tamaşasının təqdimatı  olmuşdur. FOTOLAR.




 


 

 

 

 


 

 

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}