Dərbəndə Milli Qurtuluş Günü dəyirmi masa arxasında qeyd olundu

Dərbəndə Milli Qurtuluş Günü dəyirmi masa arxasında qeyd olundu

 


Bu gün Dərbənd şəhərində Azərbaycan Dövlət Dram Teatrının, Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti və "Dədə Qorqut” Fondununnümayəndələri 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə dəyirmi masa arxasına toplaşaraq tarixi günü qeyd etmişlər. Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov tədbir iştirakçılarına Azərbaycanın Qurtuluş Günün tarixi barədə qısa məlumat vermişdi. O 1993-cü ildə Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətin vətəndaş müharibəsinə gətirib çıxara biləcəyini qeyd edərək, yaranmış vəziyyətdən çıxmaq üçün xalq kömək üçün böyük ictimai-siyasi xadim Heydər Əliyevə müraciət etdiyini vurğulamışdı. Uluöndər Heydər Əliyev, ölkəni vətəndaş müharibəsindən xilas etmək missiyasını öz üzərinə götürərək, özünü təhlükəyə ataraq Gəncəyə yollanmış və burada üsyan etmiş hərbi birləşmələrin nümayəndələri ilə görüşmüşdür. Uluöndərin Gəncədə apardığı danışıqlar nəticəsində, Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısını ala bildiyini vurğulamışdı. Dərbəndə fəaliyyət göstərən Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli isə 15 iyun 1993-cü il tarixində Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyini, bununla da Azərbaycanın ən yeni tarixində növbəti uğurlu inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi. Dəyirmi masa arxasına toplaşanlara "Dədə Qorqud" fondunun sədri İbrahim Yusubov və Azərbaycan Dövlət Dram Teatrının quruluşçu rejissoru Yaqut Xandadaşova Heydər Əliyev Fondu tərəfindən Azərbaycan haqqında nəşr olunmuş kitab və jurnallarla yanaşı "Dərbənd" qəzetində dərc edilmiş materialları, təqdim etdilər.

A.Məmmədli.

"Yeni sözcü”



Oxşar Xəbərlər

Xəbər lenti