27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Dmitri Remizov
rosbalt.ru, 10.07.2019
Ölkədə azalan doğuşdan savayı depressiv kiçik şəhərlərdən böyük şəhərlərə köç müşahidə olunur. Bəzi yaşayış məntəqələri nəticədə, sadəcə, yox olur.
Rusiyanın kiçik şəhərlərində əhalinin sayı son 15 ildə, demək olar, yarım milyon nəfər aşağı düşüb. Privoljye, Ural, Sibir və Uzaq Şərq sakinləri Moskva, Peterburq və Kubana köçürlər. Ekspertlər "Rosbalt”a bu proseslərin səbəb və nəticələrindən danışıblar.
İqor Beloborodov, Dnestrovsk-Prutsk informasiya-analitik Mərkəzinin direktoru, sosiologiya elmləri namizədi:
"Kiçik şəhərlərdə əhali sayının azalma səbəbləri yaxşı bəllidir. Birincisi – aşağı doğuşdur. Amma bu, təkcə kiçik şəhərlərdə qeydə alınmır. İkincisi – kiçik şəhərlərdən daha böyüklərinə köçmək, mühacirətdir. Əvvəlcə işçi qüvvəsinin donoru kənd və iri kəndlər idi, sonra isə bu prosesə kiçik şəhərlər qoşulub. İndi əhalinin meqapolislərdə, milyonçu şəhərlərdə cəmləşməsi tendensiyasını görürük. Bu, qanunauyğun idi və düşünürəm ki, bu proses davam edəcək.
Urbanizasiyanın yaxşı olub-olmadığı başqa məsələdir. Mənim fikrimcə, çətin ki. Şəhərlər demoqrafiyada "qara deşik” sayılır, çoxmərtəbəli tikintinin özü də ailəviliyə, yüksək doğuşa və özlüyündə doğuşa səbəb olmur.
Sıradakı sual: bununla nə etməli? Mən bu axınları yığışdırmaq, geri döndərməkdə hələlik heç bir niyyət görmürəm. Biz ümumdünya tendensiyasını görürük və təəssüf ki, uzun müddət belə yaşamağa məhkumuq.
Böyük şəhərlərdə bir üstünlük var – yaşayışın xeyli sürəkliliyi. Amma, birincisi, bu, yaxşı səhiyyənin təşkili ilə kənd yerində də əldə edilə bilərdi. İkincisi, yaşayışın yüksək sürəkliliyi əhalinin azalmasını tarazlamır. Təkrar istehsal olsun deyə bir ailədə, ən azı, iki uşaq olmalıdır. İndi ömrün sürəkliliyinin artımı isə ancaq buna gətirir ki, əhali qocalır.
Nəticələri artıq müşahidə edirik. Tatyana Qlikova (RF hökuməti sədrinin sosial siyasət məsələləri üzrə müavini-tərc.) deyib ki, ölkə əhalisinin sayı bu ilin I rübündə 150 min nəfər azalıb. Biz depopulyasiyanın qayıtdığını görürük – hələ sıfırıncı illərə qədər olan həcmdə. Görünür, bu tendensiyalar dərinləşəcək, çünki, təəssüf ki, onu dayandırmaq üçün radikal heç bir təşəbbüs edilmir. Və görünür, əhali sayının azaldığı haqda olan proqnozlar qaçılmazcasına doğrulur”.
Oleq Komolov, iqtisad elmləri namizədi, Q.V. Plexanov adına RİU-nun dosenti:
"Rusiyanı depopulyasiya təhdid edir, çünki bizdə əhalinin sayı aşağı düşür, doğuş əmsalı böhran mənalı bir qadına 2,1 uşaq qiymətindən aşağıdadır (bu bizdə haradasa 1,8-1,9-dur). Gerçəklikdə isə bu ilin təkcə 5 ayı ərzində əhali 150 min nəfər minus olunub. Əlbəttə, bütünbunlar Rusiyanı nəslin kəsilməsilə təhdid edir, çünki bizdə onsuz da ölkənin böyük hissəsi məskun olmayıb, miqrasiya prosesləri və doğuşun azalmasına görə isə ərazinin ölkə vətəndaşları tərəfindən ümumiyyətlə mənimsənilməyən və istifadə edilməyən xeyli hissəsini görürük.
Bu, bütünlükdə Rusiya iqtisadiyyatının strukturuna uyğundur. Çağdaş dünyada təkcə Rusiyaya deyil, həm də bəzi başqa ölkələrə xas olan "artıq adamlar” kimi bir hadisə var. Onlar, hərfi mənada, ola bilsin, on il, ya da on beş il boyunca iqtisadiyyatın strukturu kəskin dəyişərkən meydana çıxırlar. Sahə disbalansı maddi, yaxud qeyri-maddi istehsalatda məşğul olmayan, iqtisadi artıma əsaslı şəkildə təsir edə biləsi böyük sayda adam formalaşdırır.
Rusiyada ÜDM-in, təxminən, yarısı bir neçə sahədə – birinci növbədə hasilat sənayesində, maliyyə sektorunda, inşaatda dörd yüz ən böyük şirkət tərəfindən formalaşdırılır. Və bu dörd yüz şirkətdə tam 10 milyon adam məşğuldur. Yəni 10 milyon işçi bütün iqtisadiyyatda əlavə dəyərin yarısını yaradır. Hələ iki-üç yüz böyük şirkət də əlavə olunsa, onda bu dəyər artıq üçdə ikiyə, bəzən isə dörddə üçə gedib çıxar. Yəni, əslində, cəmiyyətin çox cüzi qismi bütün iqtisadi prosesi formalaşdırır. Bax, təsərrüfat sistemi də onların üzərində durur, indiki halda qalan adamlar isə bizim hakim sinfin gündəliyinə uyğun belə bir dildə ifadə eləsək, demək olar, artıq yükdür. Hansısa sosial ödənişlər, təhsil, pulsuz səhiyyə tələb edən adamlar nə bizim xammal oliqarxlarına, nə də hökumətə gərəkdir. Bütün bunlar iqtisadi artımın qaytarmadığı xərclərdir.
Bax, demoqrafik proseslər bu sənaye disproporsiyasını təbii şəkildə əks etdirir. Bizdə inkişaf etmiş yetərli sayda emal istehsalatı, yüksək ixtisaslı işçi qüvvəsinə tələbat yoxdursa, bizdə bütün istehsalat adamların gərək olmadığı faydalı qazıntıların kapital tutumlu hasilatıdırsa, onda, təbii ki, son nəticədə əhali artımının mənfi dinamikası müşahidə olunacaq”.
Ruslan Tkaçenko, Demoqrafik inkişaf və reproduktiv potensial İnstitutunun direktoru:
"Biz adamların inkişaf perspektivi olmayan, qalmağa iqtisadi stimul olmayan kiçik şəhərlərdən getdikləri daxili miqrasiyanın nəticələrini görürük. Buna görə də əsasən gənclər daha inkişaf etmiş mərkəzlərə gedir. Bu, məntiqlidir, buna görə hətta danlamazsan da. Moskva, Peterburq, Krasnodar bu illər boyunca çox güclü inkişaf edib.
Nəticələr hesablanıb, çünki bu durum bu gün meydana çıxmayıb. Və ümumiyyətlə, proqnozlu açıqlamalar var ki, gələcəkdə əhalinin hamısı böyük şəhərlərdə cəmləşəcək, "təbiətdə” isə hansısa böyük korporasiyaların kontekstində işləyəcək istirahət bazaları və fermer təsərrüfatları qalacaq.
Əlbəttə, bunların hamısı adamların çıxıb getdikləri şəhərlər üçün çox kədərlidir. Onların çoxu hansısa şəhər yaradan zavodun bazasında qurulub, indi isə buna ehtiyac yoxdur. RYD-nin (Rusiya Dəmir Yolları-tərc) müəssisəsinin şəhəryaradıcı rol oynadığı dəmiryolunun hesabına yaşayan şəhərdə bu yaxınlarda bir əhvalat olub. Amma işçilərin yerinə yetirdiyi funksiyaları artıq robotlaşdırmaq olardı. Yerli sakinlər anlayıblar ki, şəhər, sadəcə, öləcək və indi RYD-dən öz planlarına yenidən baxmağı, köhnə istehsalı saxlamağı xahiş edirlər.
Bir yandan, bu şəhərləri saxlamaq qərarı qəbul etmək olar. O biri yandan, onların təbii yolla dağılması haqda qərar almaq mümkündür, amma bu zaman adamları yeni yerə daşımaq lazım gələcək. Yeri gəlmişkən, SSRİ dağılandan sonra əhalini Şimaldan daşımaq üzrə layihələr ki var idi. Bu şəhərləri canlandırımaq üçün dövlət proqramları düşünmək olar, adamları başqa şəhərlərə köçmək üçün motivləşdirməkdə yeni yerə reinteqrasiya üzrə dövlət proqramları haqqında da ətraflı düşünmək mümkündür. Amma hər şeyi olduğu kimi saxlamaq və bundan nə çıxacağına da baxmaq mümkündür. Bu da bir variantdır. Amma indi problemin prinsipial həlli yoxdur: bununla nə etməli olduqlarını nə federal səviyyədə, nə də bölgələrdə anlayırlar”.
Valeri Yelizarov, MDU iqtisadiyyat fakültəsinin əhali artımı problemlərini araşdırma Mərkəzinin rəhbəri, iqtisadiyyat elmləri namizədi:
"Kiçik şəhərlərdə əhalinin azalması var idi, var və çox ehtimal ki, davam edəcək. Bu, ən azı, Rusiya ərazisinin böyük hissəsində kiçik şəhərlərə münasibətdə dəqiqdir.
Bizdə "yaxşı” illər az olub: doğuşun ölümü hətta bir qədər üstələdiyi 2013, 2014 və 2015-ci illərdə. 2016-cı ildən isə bizdə 1992-2012-ci illərdə olmuş tendensiyalara təxminən qayıtmışıq. Yəni əhali hər yerdə azalıb –ölümün doğuşu üstələdyi səbəbdən. Və yalnız miqrantların azalmanı müvazinətləşdirdiyi yerlərdə əhali artımı mümkündür. Bu, məslən, böyük şəhərlər – Moskva, habelə Moskva vilayətidir. Bu hərəkat təkcə xaricdən miqrantların gəlişi ilə deyil, əsasən daxili miqrasiya ilə bağlıdır. Böyük şəhərlərə əhali tədarükçüsü qismən kəndistan yeri və xeyli dərəcədə depressiyanın hökm sürdüyü, iş yerlərinin və layiqli gəlir imkanının azaldığı kiçik şəhərlər idi. Adamlar məşğulluq, uşaqların təhsili üçün böyük imkanlar arayır. Kənddən rayonmərkəzinə, oradan vilayət şəhərlərinə, vilayət mərkzələrindən isə daha uzaqlara, Moskvaya və Moskva vilayətinə, Peterburqa hərəkət baş verir. Böyük və kiçik şəhərlərdə azdan-çoxdan eyni həyat şəraiti yaradılmayınca, məşğulluğa əlyetənlik təmin edilməyincə, gəlirlərdəki kəsinti azalmayınca bu hərəkət davam edəcək.
Bu proseslər, məsələn, ölkənin güneyində turist mövsümü vaxtı böyük məşğulluq hesabına yaşaya bilən kurort şəhərlərinə aid deyil. Nisbətən yüksək doğuşun saxlandığı bölgələrdə isə mənzərə başqadır – bu, Şuimali Qafqaz, Tıva, Buryatiya və daha bir neçəsidir. Orada ənənəvi ailə və daha yüksək doğuş saxlanır. Amma əhalinin axını da gedir.
Əvvəllər kiçik şəhərlər əhali törədirdi, milyonçu şəhərlər o cümlədən bunun sayəsində inkişaf edib. Əhali artıb və öz ənənələri, mədəniyyəti ilə formalaşıb. Bunu itirmək daha bir etnik-mədəni problemdir.
Bununla yanaşı böyük şəhərlərdə fövqəlcəmləşmə də qəlizlik yaradır. Moskvanı götürsək, ona seyrəlmək gərəkdir.
Bütünlükdə əhalinin fövqəlcəmləşmə məkanlarında daha az ekoloji yüklənmə ilə daha bərabərsaylı bölgüsü lazımdır. Biz bu qayda ilə bəzi resurslardan effektsiz istifadə edirik və kiçik şəhərlərdə işsizlik müşahidə edir, böyük şəhərlərdə artıq yüklənmə görürük. Belə bir şey olmasın deyə kiçik şəhərlərdə inkişaf nöqtələri, infrastruktur, məşğulluq, gəlir və yerli büdcəyə vergilər formalaşdıracaq şəhər yaradan müəssisələr qurmaq gərəkdir”.
Tərcümə Strateq.az-ındır.