Rövşən Lənkəranski – canlı “Əfsanə”

Rövşən Lənkəranski – canlı “Əfsanə”

 

 

 

 

Əslən Yardımlı rayonundan olan sair-publisist Tahir Uluqayanın canlı ƏFSANƏ-

Rövşən Lənkəranskinin son mənzilə yola salınması ilə bağlı (Rövşən Lənkəranski haqqında mətbuatda dərc olunan ilk şeri)  yazdığı şeri oxucularla bölüşürük.

 

Rövşən Lənkəranski – canlı "Əfsanə”

 

İtkiylə üzləşib bu gün Lənkəran,

Bir oğul itkisi, bir zər itkisi.

Alıb Azərbaycan çiyinlərinə,

Gözləri nəmlədib bir ər itkisi.

 

Küçələr bələnib insan selinə,

Əyilmə, üzülmə, öyün, Lənkəran!

O Vətən oğlunda qüdrətə bir bax,

Dönüb bir yumruğa bu gün, Lənkəran.

 

Səssiz addmlayın, ahəstə gəzin,

Rövşən uyqudadır, qoy diksinməsin.

Altun çiyinlərdə taxtı qurulub,

Məğrur addımlayın, ağrını əzin.

 

Övladına adın qoyub analar

Rövşənlər böyüdər öz qucağında.

Bu yurdda bitibdi ot kökü üstdə,

Qeyrətdən tutubdu köz, ocağında.

 

Bakıya axışır "Kriminal aləm”

Rövşən acısını bölməkdən ötrü,

Analar! Göz yaşı axıtmayın siz,

Oğullar doğulur ölməkdən ötrü.

 

Şeyxim, deputatım, nazirim burda,

Məmur-polis-elm çiyin-çiyinə.

Nə ola, kaş Rövşən qaldıra başın,

Köksü iftixarla vura, döyünə.

 

Qatil, qurumamış əlinin qanı

Dünya bil, başına dar olacaqdır,

Verəcək cəzanı Rövşənlər sənin,

Gözündən güllətək açılacaqdır.

 

"Kriminal dünyanın” cahangirləri

Önündə baş əydi, əyilmədi o,

Axı, Azrəbaycan qartalıdı o,

Ruhu saf poladdan döyülmədi o.

 

O dahi rəhbərim, o Ulu öndər

Qalxıb diaspora ilk səslənəndə

Çoxları yatmışdı fil qulağında,

Rövşənsə yerini tutmuşdu öndə.

 

Bəli, MDB-nin "diasporları”

Rövşənə qəbula düzülərdilər.

"Onun kitabını oxuyanların”

Müşkülün, dərdlərin çözüldərdilər.

 

"Baş kriminal” mənəm, deyən dığanın

Səsin kəsib, gözün basıb, verib dərs.

O müştəbeh, qanmaz olan hərifin,

Təpəsinə gülləsini sıxıb, tərs.

 

O söz sahibiydi, ali məqamdı,

Addımı lərzəli Vətən daşıydı.

Kiçik Lənkəranda dünyaya gəlmiş,

Böyük Azərbaycan vətəndaşıydı.

 

Əfsanə "Mixaylo” qalxıb yerindən

Həziyə təskinlik vermək istəyir.

Rövşənin qisasın almaqdan ötrü

Növbəti partlayış məqam gözləyir.

 

Dardan qurtulmuşuq, özü xəbərsiz

Elə ki, yad eldə: - Rövşən! – demişik.

Bu günsə Rövşənə layla deməkçin

Torpaq öz köksündə qurubdu beşik.

 

Vətəndən kənarda bir cəbhə idi,

O bir qasırğaydı – nə duman, nə çən!

Dönüb Lənkərana uzaq səfərdən,

Sadəcə yerini dəyişib Rövşən.

 

Heç kəs inanmayır yoxdu "Əfsanə”

Bu gün də, sabah da, o, mövcuddu, var.

Qulaqda səslənir addım səsləri,

Axı "Əfsanələr” nağıllaşırlar.  

 


 

 



Oxşar Xəbərlər

Xəbər lenti