27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Bu barədə "Report”a Nazirlikdən məlumat verilib.
Müraciətlər əsasən, elektrik enerjisi və qaz təchizatı məsələlərini əhatə edib. Bunlardan 548-i enerji təchizatı, 339-u qaz təchizatı, 44-ü elektrik və qaz sayğaclarının quraşdırılması, 8-i istilik sisteminə qoşulma, 109-u isə digər məsələlərlə bağlı müraciətlər olub. Daxil olan zənglərin 163-nü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür zəngləri təşkil edib.
Hesabat dövründə qaz təchizatı üzrə qəbul edilən zənglərdən 146-sı Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər olub. Bu zənglər operativ şəkildə "Azəriqaz” İB-nin 104, 185 və 521-33-44 qaynar xətt nömrələrinə ötürülərək yaranmış vəziyyətlə bağlı məlumat verilib.
Çağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zəng və sorğular çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.