Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Bioqrafiyası zəngin olan namizəd
Tanınmış jurnalist Nüsrət İsaoğlu Sumqayıtdan deputatlığa namizəd olan, general Tahir Əliyevlə bağlı fikirlərini bölüşüb. Sozcu.info həmin yazını təqdim edir:
Bəli, Respublikamızda 9 fevral Milli Məclisə seçkilər günüdür. Yanvarın on yeddisindən ölkədə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təbliğat kampaniyasının start düyməsi basılıb. Tam demokratik əsaslarla keçiriləcək seçki marafonuna, başda Yeni Azərbaycan Partiyası olmaqla respublikamızın siyasi partiya, ictimai təşkilatlarının nümayəndələri ilə bərabər müstəqil namizədlər də qatılmışlar.
Müxtəlif təbəqə və yaş qruplarının təmsil olunduğu namizədlər öz platformaları ilə seçicilərlə görüşlər keçirməyə başlamışlar.
Bu marafonda iştirak etmək qərarı verənlər sırasında Tahir Yunus oğlu Əliyev də vardır. Bəli, yaxın keçmişdə, SSRI-nin dağılması dönəmində Rusiyadakı rahat və firavan həyatdan imtina edərək Vətənin dar günündə ona edilən dəvəti qəbul edən gənc müdavim az sonra müstəqil Azərbaycanda fəaliyyətə başlayacaq, Müdafiə və Daxili işlər naziri kimi olduqca mühüm dövlət postlarında çalışacaq, Ali sovetin deputatı kimi fəaliyyət göstərəcəkdi.
Sərəncamda olan, 41 saylı Sumqayıt seçki dairəsindən öz namizədliyini irəli sürən general Tahir Əliyevin ömür yolu keçməkeşli və mürəkkəb bir zaman kəsiyində həyatın ən çətin, gözlənilməz sınaqlardan keçməli olub.
Yaxşısı budur, gəlin lap əvvəldən başlayaq.
Tahir Yunus oğlu Əliyev 1952-ci ildə Qubadlı rayonunun Cılfır kəndində dünyaya gəlib. Uşaqlığı Yevlax şəhərində keçib, orta təhsilini isə Gorusun Şurnuxu kəndində bitirib. 1971-1972-ci illərdə Mingəçevir Politexnik Texnikumunda təhsil alıb.
Daha sonra o, Rusiyaya gedib və 1975-ci ildə Kemerovo DİO-da işləməyə başayıb. Bir müddət sonra isə orta milis məktəbində təhsil alıb. Bunun ardınca Omsk şəhər Ali Milis Məktəbi və SSRİ DİN-nin Milis Akademiyasında təhsilini davam etdirib.
Akademiyada təhsil alarkən 1986-cı ildə o vaxtki Azərbaycan daxili işlər naziri Aydın Məmmədov tələbələrlə görüşə gəlir. Tahirlə də qısa söhbət edir və «Sənin gələcəkdə respublikamızda işləməni istərdim», deyir…
Qəribədir, düz iki il sonra akademiyaya Bakıdan zəng gəlir və T.Əliyevi rəhbərliyə çağırırlar. Azərbaycan Daxili İşlər Naziri A.Məmmədov telefonda iki il əvvəlki görüşlərini xatırladır və onu artıq çox gərgin günlər yaşayan respublikamızda işə dəvət edir. Bu vaxta qədər Kemerovo vilayətində müxtəlif məsul vəzifələrdə işləmiş T.Əliyev Vətənin çətin, dar günündə yaxasını kənara çəkə bilməzdi. Dağlıq Qarabağ Vilayəti Daxili İşlər idarəsinin rəis müavini vəzifəsi kimi çox çətin və olduqca məsul bir vəzifəni öz çiyinlərinə götürməyə razılıq verir. Bu zaman respublikamızda olduqca mürəkkəb bir vəziyyət yaranmışdı. Soydaşlarımız Ermənistandakı ata-baba torpaqlarından qovulmuş, Dağlıq Qarabağ Muxtar Vilayətində separatçı qüvvələrin özbaşınalığına ittifaq dövləti tərəfindən «yaşıl işıq» yandırılmışdı. Bu torpaqlarda yaşayan insanlar da artıq təhlükə qarşısında köməksiz bir vəziyyətdə qalmışdılar.
Məhz belə bir vaxtda o, öz vəzifəsinin icrasına başlamalı olur. Dağlıq Qarabağı Azərbaycandan ayırmaq qərarı verən şovinist qüvvələrlə əslində təkbaşına mübarizə aparmaq heç də asan məsələ deyildi. Ona burada sui-qəsd də olub, şərləmək də istəmişdilər. Tabeliyində ermənilərdən ibarət yüzlərlə erməni polis işçisi vardı. Lakin T.Əliyevin sərt rəftarı qarşısında səslərini belə çıxara bilmirdilər. Bunu qarabağlılar da yaxşı bilir və unutmurlar.
Ən gərgin, ən qaynar nöqtələrdə olur, həyatın ən ağır, çətin üzünü görür, ölümlə üz-üzə qalır. Torpaqların müdafiəsi, köməksiz əliyalın insanların silahlanması üçün əlindən gələni əsirgəmir.
Lakin ermənilər ölkə rəhbərliyindəki havadarları vasitəsilə ermənipərəst M.Qorbaçova çıxır və onun Dağlıq Qarabağdan kənarlaşdırılmasına nail ola bilirlər. Azərbaycanın Vəzirov hakimiyyəti əslində respublikanı çıxılmaz vəziyyətə salaraq müdafiəsiz qoymuşdu. T.Əliyev məcburiyyət qarşında Bakıya gəlməli və fəaliyyətini Sumqayıt şəhərində davam etdirməli olsa da, ürəyi Qarabağla döyünürdü. Doğma torpaqların müdafiəçiləri ilə görüşür, əlindən gələn köməkliyi göstərirdi.
1991-ci ildə Ali Sovetin deputatı seçilir. Bu gərgin vəziyyətdə – 1992-ci ildə müdafiə naziri vəzifəsinə təyinat alır.
Az sonra isə Daxili işlər naziri təyin edilir. O, burada da respublikamızın müdafiəsi üçün əlindən gələni edir.
Bir müddət sonra isə 38 yaşlı general sərəncama göndərilir.
Ölkəni çıxılmaz duruma salanlar özlərini, tutduqları postları qorumaqdan ötrü yuxarıdan gələn göstərişləri danışıqsız, qeyri-şərtsiz yerinə yetirmək missiyasına can-başla xidmət etməkdə idilər. Yalnız Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikaya rəhbərliyə qayıdışı vəziyyəti stabilləşdirə bildi. T.Əliyev Heydər Əliyev şəxsiyyətinin xilaskar missiyasına bütün varlığı ilə inananların cərgəsində idi. Azərbaycanı düşdüyü acınacaqlı vəziyyətdən vətəndaş müharibəsi, müstəqilliyini itirmək təhlükəsindən yalnız о qurtara bilərdi. T.Əliyevin və milyonların düşündüyü kimi də oldu. H.Əliyev ölkədə qayda-qanun, nizam-intizam yaratdı, dağınıq müdafiə batalyonları, ayrı-ayrı şəxslərə məxsus silahlı dəstələr ləğv edildi. Nizami ordu formalaşdırılmağa başlandı. Vətən təəssübü çəkən qeyrətli oğullar Ulu öndərin diqqətindən yayınmadı, bu sırada T.Əliyev də vardı. Bu dəfə o, tamamilə yeni bir sahəyə – Respublika Gömrük Komitəsinə rəhbər vəzifəsinə gətirildi.
1993-1995-ci illərdə bu vəzifədə çalışdı. 1994-cü ildə ölkədə un qıtlığı yarananda da, onun vaxtilə yaxşılıq etdiyi çeçenlərlə əlaqələri sayəsində bu problem həllini tapa bildi. T.Əliyevi o çətin günlərdən insanlar yaxşı tanıyırlar. Bu gün Milli Məclisdə təmsil olunmağa namizəd kimi keçirdiyi görüşlərdə iştirak edən vətəndaşlar arasında onun o vaxtki fəaliyyətini xatırlayan və dilə gətirənlər də vardır.
Canı və qanı ilə Vətənin ən müsibətli günlərində ona sədaqətlə xidmət etməyi özünün müqəddəs borcu bilən, böyük həyat, idarəçilik, rəhbərlik, Ali məclisdə qanunların hazırlanıb qəbul edilməsində böyük səriştə, bacarıq və təcrübə sahibi olan Tahir Əliyevin yenidən, bu dəfə artıq Ulu öndərin möhkəm bünövrə üzərində qurduğu müstəqil Azərbaycanın Milli Məclisində təmsil olunmağa mənəvi haqqı var deyir, Tahirsevərlər. Onun seçicilərinin etimadını doğruldan ən layiqli namizədlərdən biri olacağı kimsədə şübhə doğurmur. Keçirdiyi görüşlərdə insanların inam dolu baxışları onda bu çətin sınaqdan da alnıaçıq, üzüağ çıxacağı inamını yaradır. Uğur olsun, deyirik bizlər də Tahir Yunus oğlu Əliyevə.
Nüsrət İsaoğ
lu
Oxşar Xəbərlər
Xəqani Cəfərov Ağdamda seçicilərlə görüş keçirdi-FOTOLAR
Deputatlığa namizəd Bakıda yoxa çıxıb
Partiyalar parlamentdə neçə yer qazandı? - Siyahı
Bu həftə deputatlığa namizədlərin təşviqatı başlayır
Xəbər lenti
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq