Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Məlum olduğu kimi, ÜST hökumətlərə koronavirus yox olmadan tədbirləri ləğv etməməyi tövsiyyə edib. Bu hadisədən sonra isə Braziliya prezidenti Jair Bolsonaru ÜST-ni ölkəsini bu təşkilatdan çıxarmaqla hədələyib.
Sozcu.info xəbər verir ki, Braziliya cümə axşamı koronavirus səbəbilə gündəlik ən çox insanın öldüyü ölkə kimi qeydə alınıb. Lakin buna baxmayaraq, Braziliya prezidenti iqtisadi zərərin ictimai sağlamlıq risklərindən daha çox olduğunu müdafiə edərək sosial izolyasiya tədbirlərini ləğv edilməsini tələb edir.
Bildirək ki, "Folha de S.Paulo" qəzetinin ön səhifəsində ötən gün "dəqiqədə bir braziliyalının həyatını itirdiyi" və bu nöqtəyə Bolsonarunun "kiçik bir qripdir" sözlərindən 100 gün sonra gəlindiyini vurğulanıb. Hətta qəzetdə "Siz bunu oxuyarkən başqa bir braziliyalı öldü" sözləri də yer alıb.
Braziliya Səhiyyə Nazirliyinin son məlumatlarına əsasən, ölkədə virusa yoluxanların sayı 600 mini keçib , ölənlərin sayı isə son sutka ərzində 1437 nəfər artaraq 34 mini ötüb.