Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
İyul ayının əvvəlindən etibarən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-ci ilin qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən növbəti kreativ layihəsini həyata keçirilməyə başlayıb. “Mir Cəlal Paşayev": Gənclər üçün İnternet e-kitabxana və kreativ-innovativ mərkəz” layihə, İnternet və sosial şəbəkələrdən yararlanaraq, dünyada yaşayan 55 milyonluq azərbaycanlı soydaşlarımız, xüsusən də gənclərə ünvanlanıb. Üç aylıq layihə çərçivəsində "Mir Cəlal Paşayev" İnternet resursu, kitabxana.net – Milli Virtual-Elektron Kitabxana polratlında eyni adda elektron kitabxana bölümü və sosial platformalarda kreativ-innovativ kontentlər yaratmaqla, son illər xaricdə ölkəmizə qarşı böhtanxarakterli materiallar yayanlara qarşı intellektual-mədəni cavab vermək nəzərdə tutulur. Layihə icraçıları yeni nəslin nümayəndələrinin marağını cəlb edəcəyinə əmindilər.
Layihə, xalq yazıçısı, alim Mir Cəlal Paşayevin yaradıcılığını, kitablarını, ədəbi-bədii, elmi-filoloji irsini İnternet, elektron kitabxana və sosial şəbəkələr vasitəsilə gənclərə çatdırmaqla, onların milli-mənəvi dəyərlərimizə sayğı və sevgi hisslərlə böyüməsinə təkan vermiş olacaqdır. Xalq yazıçısı və alimin mobil elektron kitabxana bölümü zənginləşdirməklə, sosial şəbəkədə "Mir Cəlal Paşayev" Kreativ-İnnovativ Mərkəz yaratmaqla ədibin indiyə qədər nəşr olunmuş kitablarının elektron variantlarını bir resursda cəmləməyi, eləcə də onun aforzmlərindən ibarət kitabın kağız və elektron variantda nəşrə hazırlanaraq çapı-yayımı, ictimai-virtual təqdimatı nəzərdə tutulur.
Məlum olduğu kimi 55 milyonluq dünya azərbaycanlılarının böyük əksəriyyəti xarici ölkələrdə yaşayır və onların arasında dəyərli elmi və bədii yaradıcılıq nümunələrini yaradan, ədəbiyyatımızın, filoloji-humanitar elmimizin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin intellektual-ədəbi düşüncə məhsullarını, əsərlərini yxından tanımayan gənc nəsil böyüyür. Layihə virtual imkanlardan yararlanaraq milli ədəbiyyatın, bütöv Azərbaycanı birləşdirən kulturoloji-ədəbi model kimi izləməyi, tanıtmağı, e-kitblarla humanitar düşüncəmizin bu istiqamətinin araşdırılmasını, tədqiqini, populyarlaşdırılmasını dəstəkləyir.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin Analitik-İnformasiya bölümü