YYSİB "İ.Nəsimi - 650": kreativ-innovativ aksiyalarına başladı

YYSİB "İ.Nəsimi - 650": kreativ-innovativ aksiyalarına başladı


 

Azərbaycan Respublikasinin Gənclər Fondunun #AzGF XI Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi "Nəsimi" kreativ-innovativ aksiyalarının təşkili: real, İnternet, e-kitabxana, sosial şəbəkələrdə” kulturoloji layihəsini icra etməyə başlayıb.


"Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi ilə bağlı gənclər tədbirlərinin təşkili” bölümü üzrə həyata keçirilən layihə haqqında 
#YYSİB sədri, yazıçı-kulturoloq, layihə rəhbəri Aydın Xan Əbilov geniş ictimaiyyət və media üçün ətraflı acıqlamalrarla çıxış edib.

Kreativ - mədəni industriya, kulturoloji turizm, art-biznes hadisəsi kimi Nəsimi və onun yaradıcılığı, fəlsəfi-etik baxışları vasitəsilə orta əsrlərdən bu yana üz tutan multukultural Azərbaycan mədəniyyətini-mənəvi aləmini həm gənclərə, həm də xaricilərə müasir dövrün tələbləri, standartları, formatları səviyyəsində tanıtmaqla kreativ turizmi inkişaf etdirmək, Nəsimi yaradıcılığını rəqəmsallaşdıraraq, beynəlxalq aləmə daşımaq, onun fəlsəfi-mədəni baxışlarını ümumbəşəri hadisə kimi yaymaq məqsədilə həyata keçirilən layihə günümüzün ədəbi-mədəni gedişatına rəng qatacaq.

Kreativ-innovativ layihə İnternet - sosial şəbəkə və yeni mediada xüsusi olaraq #BiliyimİZ həştağı ilə, virtual aksiya formasında reallaşdırılacaq, eləcə də www.facebook.com/YeniYazarlar şəbəkə ünvanlı rəsmi Feysbuk səhifəsi və www.kitabxana.net/?oper=e_kitabxana&cat=187 keçidli elektron kitabxanada xüsusi bölümü olacaq.

İmadəddin Nəsimi və onun mənsub olduğu orta əsrlər bütöv Azərbaycan tarixi - ədəbiyyat, ilahiyyat, fəlsəfə, hürufizm, sərhədləri, mənəviyyatı, mədəniyyəti, adət-ənənələri haqqında dünyanın hər yerində yaşayan 55 milyonluq soydaşlarımız, xüsusən yad mədəniyyətlər mühitində, dəyərlərin aşınması və xaricdən gələn müxtəlif təsirlər nəticəsində milli-mənəvi köçümüzdən uzaq düşmüş gəncləriz üçün İnternet, elektron kitabxana, sosial şəbəkələrdən yararlanaraq "Nəsimi" kreativ-innovativ, kulturoloji-virtual aksiyaların təşkili nəzərdə tutulur. Bu aksiyalar zamanı qədim Azərbaycanımızı çağdaş dünya sivilizasiyasının mərkəzlərindən biri kimi tanıtmaqla yanaşı, müxtəlif dillərdə ünsiyyət qura bilən gənclərimiz vasitəsilə Vətənimizin estetik-kreativ dəyərlərini dünyada tanıtmaq, respublikamıza beynəlxalq nüfuz gətirmək, milyonlarla xarici turisti ölkəmizə cəlb etmək baxımından həm də iqtisadi tərəfləri ilə cəlbedicidir. Nəsimi hürufizmin görkəmli nümayəndəsidir və Beynəlxalq "Nəsimi - hürufizm" Turizm Marşurutunun yaradılması üçün İnternet resurslarında və sosial şəbəkələrdə onun intellektual-kreativ təməllərini yaratmaq vacibdir. Layihə çərçivəsində kitab nəşri, Nəsimi, onun əsərləri, hürufizm mövzusunda müxtəlif elektron nəşrlərin hazırlanması, onların elektron resurslar, e-kitabxana və sosial şəbəkəlrdə yerləşdirilməsi, yayımı nəzərdə tutulur, eyni zamanda, yeni media-sosial şəbəkələrdə "Nəsimi" kreativ-innovativ mərkəzin təşkili nəzərdə tutulur.
Tarixi yaddaşlardakı bütöv Azərbaycan dövlətinin virtual-kreativ obrazını yaratmaq üçün İ.Nəsiminin həyatı, yaradıcılığı, fəlsəfəsi, hürufizm kimi ilahiyyat - dünyagörüşü, eləcə də insarsevərliyi kimi estetik dəyərlər sistemini XXI əsrin formatları - İKT alətləri vasitəsilə yeni nəsil nümayəndələrinə, eləcə də xaricdə yaşayanmilli diaspor və Azərbaycansevər gənclərin yaxından iştirakıyla bütün dünyaya çatdırmaq vacib məsələlərdən biridir. Bu mənada Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələləri reallaşdırmaq üçün gənclər təşkilatlarının da üzərinə böyük məsuliyyətlər  düşür. Qardaş Türkiyə Respublikasında Mövlanə Ruminin vətəni Konya şəhərinin büdcəsi məhz Rumisevər əcnəbi turistlərin hesabına formalaşdığını yada salsaq, bütövlükdə ondan heç də geri qalmmayan dahi Nəsiminin kreativ - kulturoloji tanıtımımız üçün fərqli - innovativ təqdimatlarına xüsusi ehtiyac duyulur. 3 dildə divan yaratmış, dinlərin və təriqqətlərin fövqündə duran Nəsimi yaradıcılığı, estetik-fəlsəfi düşüncəsi multikultural dünya üçün də maraqlı hadisədir.
Kreativ biznes, mədəni industriya, kulturoloji turizm hadisəsi kimi Nəsimi və onun yaradıcılığı, fəlsəfi-etik baxışları vasitəsilə ortaəsrlərdən bu yana üz tutan multukultural Azərbaycan mədəniyyətini-mənəvi aləmini həm gənclərə, həm də xaricilərə müasir dövrün tələbləri, standartları, formatları səviyyəsində tanıdılmasına böyük ehtiyac duyulur.
Layihə elektron təhsil, virtual fəaliyyət, elektron kitabxana, təqdimat-tanıtım, sosial şəbəkələrdə iş, kitab çapı kimi formatlarda gerçəkləşdirilməsi nəzərdə tutulub. 10.09.2019 - 10.12.2019 tarixlərində həyata keçiriləcək innovativ-kulturoloji fəaliyyət növlərindən ibarət layihə, Bakı, İnternet və sosial media, şəbəkələr, Abşeron və Lənkəran rayonlarında, 3 ay müddətində reallaşdırılılacaq.

Kulturoloji layihə aşağıdakı məqsədləri çatmağı qarçşısına qoyur:

1. Nəsimi yaradıcılığı və əlsəfəsi mövzusunda ədəbi-sənət müsabiqəsinin təşkili və yazarları, bloqerlərin o janrda yeni əsərlərin yaratmağa iştirakını təşviq etmək.
2. E-kitabxanada Nəsimi və Nəsimişünaslıq ilə bağlı əsrlərindən ibarət mini elektron nəşr bölümünü yaratmaq.
3. Nəsimi və Nəsimişünaslığa dair 20 e-kitab və rəqəmsal nəşr hazırlayıb İnternetdə azad yaymaqla gənclərin, tələbələrin, məktəblilərin ixtiyarına buraxmaq.
4. Yeni İKT formaları - e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar hazırlayıb Azərbaycanla və Nəsimi ilə maraqlananların istifadəsinə vermək.
5. İnternetdə - Feysbukda "Nəsimi" sosial şəbəkə resursunu yaratmaq və orada e-kitabların, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparmaq, rəqəmsal nəşrlərin e-sərgisini keçirmək.
6. Gənclər arasında "Nəsimi" kreativ-innovativ aksiyaların təşkil etməklə kreativ və art turizmə dəstək vermək.
7. İnternet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək.
Real olaraq Bakıda və bölgələrdə yaşayan ədəbiyyatla maraqlanan yeniyetmələr, yaradıcı-kreativ gənclər, virtual olaraq İnternet və sosial şəbəkələr vasitəsilə respublikanı, eləcə də dünyadakı Nəsimi və Azərbaycan ədəbiyyatını sevərləri, xaricdə yaşayan soydaş gənclər və tələbələri əhatələməyi hədəflənilib.
Azərbaycanda və xaricdə yaşayan əngəlli məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılmasına alternativ - elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər və b. layihədən faydalanmaq imkanı qazanacaqdır. Azərbaycan Yazıçılar Birliyi, 
www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana layihəyə yaradıcılıq-texniki dəstək verəcək ki, onun da icra mərhələləri və nəzərdə tutulan fəaliyyətlər aşağıdakılardır.
Hazırlıq. Layihəyə cəlb ediləcək komandanın təşkili. Könüllü cəlb ediləcək şəxslərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, eləcə də peşəkar mütəxəssis, müxtəlif yaradıcı qrup nümayəndələri ilə münasibətlər qurulması, müəlliflərlə əlaqələrin yaradılması. Lazımi texniki avadanlıqların əldə edilməsi.
1. Nəsimi yaradıcılığı və əlsəfəsi mövzusunda ədəbi-sənət müsabiqəsinin təşkili və yazarları, bloqerlərin o janrda yeni əsərlərin yaratmağa iştirakını təşviq etmək.
2. E-kitabxanada Nəsimi və Nəsimişünaslıq ilə bağlı əsrlərindən ibarət mini elektron nəşr bölümünü yaratmaq.
3. Nəsimi və Nəsimişünaslığa dair 20 e-kitab və rəqəmsal nəşr hazırlayıb İnternetdə azad yaymaqla gənclərin, tələbələrin, məktəblilərin ixtiyarına buraxmaq.
4. Yeni İKT formaları - e-kitab, rəqəmsal nəşrlər, audio-vizual (foto-video, sosial media janrlarında), virtual-elektron məhsullar hazırlayıb Azərbaycanla və Nəsimi ilə maraqlananların istifadəsinə vermək.
5. İnternetdə - Feysbukda "Nəsimi" sosial şəbəkə resursunu yaratmaq və orada e-kitabların, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparmaq, rəqəmsal nəşrlərin e-sərgisini keçirmək.
6. Gənclər arasında "Nəsimi" kreativ-innovativ aksiyaların təşkil etməklə kreativ və art turizmə dəstək vermək.
7. İnternet, Feysbuk, Tvviter və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, məktəblilərin intellektual səviyyəsini yüksəltmək.
Kreativ-innovativ layihə çərçivəsində gənclərin əldə edəcəyi konkret bilik, bacarıq və vərdişlər isə bunlar olacağı gözlənilir:
- Prezident İlham Əliyev cənablarının mədəniyyət konsepsiyası kimi irəli sürdüyü "Nəsimi İli"nə ictimai-mədəni, kreativ-innovativ dəstək verilməsi üçün gənclərin səfərbəy olunmasına yardımçı olunacaq;
- İ.Nəsimi kimi mütəfəkkirin yaradıcılığı və fəlsəfəsi, yaratmış olduğu estetik-multikultural dəyərlərə gənclərin qayıdışı, marağı artırılacaq;
- Klassik Şərq və Azərbaycan ədəbi-fəlsəfi dəyərləri ilə yenidən və yaxından təmasda olmaq üçün gənclər üçün yeni resurslar yaradılacaq;
- Dünyanın hər yerindən İ.Nəsiminin yaradıcılığı ilə İnternet, elektron kitabxana, e-nəşrlər və sosial şəbəkələr vasitəsi ilə ani tanışlıq imkanı ortaya qoyulacaq;
- Şiddət, zorrakılıq, dini fanatizm kimi insanları ayıran cəhətlərə qarşı bəşəri motivlərdən yararlanmaq üçün rəqəmsal nəşrlər hazırlanacaq;
- Multikulturalizmin Azərbaycan variantının - Nəsimi və hürufizm qolu zənginləşdiriləcək;
- Nəsimi mövzusunda kitab çap ediləcək;
- Sosial şəbəkələrdə və İnternətdə gənclərin də yaxından iştirakıyla Nəsimi aksiyaları keçiriləcək.
- Nəsimişünaslıqda yeni formatlı - fərqli, innovativ-kulturoloji əsərlər yaranmasında gənc yaradıcı insanlar motivasiya ediləcəklər.
Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Fəaliyyətin təqdimatına və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada əngəlli gənclərin kreativ-kulturoloji potensialının, ədəbi resurslarının geniş yayılmasına səbəb olacaq. Televiziyada və mətbuatda («525-ci qəzet», "Təzadlar”, "Bakı-xəbər” kimi ölkənin nüfuzlu mətbu orqanlarında, "Dünya” TV, İNK TV kimi Televiziya kanallarında və digər KİV-də, İnternet saytlarında), müxtəlif sosial şəbəkə və foto-videoideo paylaşım platformalarında layihə, virtual mərkəz, e-kitab və rəqəmsal nəşrlər, elektron kitabxanadakı ayrıca bölüm haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.
Layihənin nəticələri və qiymətləndirilməsi aşağıdakı kimidir:
1. Azərbaycan Prezidenti cənab İlham Əliyevin mədəniyyət konsepsiyası kimi irəli sürdüyü "Nəsimi İli"nə ictimai-mədəni, kreativ-innovativ dəstək veriləcək, bu istiqamətdə gənc kreativlər səfərbəy olunacaq.
2. İ.Nəsimi kimi mütəfəkkirin yaradıcılığı və fəlsəfəsi, yaratmış olduğu estetik-multikultural dəyərlərə gənclərin qayıdışı, marağı artırılacaq.
3. - Nəsimişünaslıqda yeni formatlı - fərqli, innovativ-kulturoloji əsərlər yaranmasında gənc yaradıcı insanlar motivasiya ediləcəklər.
4. İnternetdə - Feysbukda "Nəsimi" sosial şəbəkə resursunu yaratmaqla yeniyetmə və gənclər üçün xüsusi kreativ aksiyalar, tanınmış elm, mədəniyyət, sənət və ədəbiyyat adamlarının iştirakıyla keçiriləcək virtual tanıtımlar, mini kitabxana, elektron resurslar, elektron kitab seriyası, habelə Youtube videoplatformada onlayn TV proqramlar, elektron məhsullar yaratmaqla kulturoloji, intellektual və peşə imkanlarını genişləndirmək, Nəsimişünaslıq biliklər sahələrinin inkişafında onların rolunu artırmaq, yeni əsərləri yaradılmasını motivasiya etmək, ədəbiyyat, mədəniyyət, sənət sahələrində estetik inkişaf stimullaşdırılacaq.
5. Orta əsrlər Şərq və Azərbaycan ədəbi-fəlsəfi dəyərləri ilə yenidən və yaxından təmasda olmaq üçün gənclər üçün yeni resurslar yaradılacaq.
6. İ. Nəsimi yaradıcılığı və Nəsimişünaslıq mövzusunda 20 elektron nəşrdən ibarət e-kitabxana bölümü yaradılacaq.
7. Dünyanın hər yerindən İ.Nəsiminin yaradıcılığı ilə İnternet, elektron kitabxana, e-nəşrlər və sosial şəbəkələr vasitəsi ilə ani tanışlıq imkanı ortaya qoyulacaq.
8. İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, e-kitablar, multimedik imkanlar, İnternet, kompyüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmaqla bu sahələrdə gənclərin bilik və bacarıqları zənginləşdiriləcək, peşəkarlaşmağa yardımçı olunacaq.
9. Şiddət, zorrakılıq, dini fanatizm kimi insanları ayıran cəhətlərə qarşı bəşəri motivlərdən yararlanmaq üçün rəqəmsal nəşrlər hazırlanacaq.
10. Multikulturalizmin Azərbaycan variantının - Nəsimi və hürufizm qolu zənginləşdiriləcək.
11. Nəsimi mövzusunda toplu çap ediləcək. Layihə və kitabın tanıtım və təqdimatları təşkil olunacaq.
12. Sosial şəbəkələrdə və İnternətdə gənclərin də yaxından iştirakıyla Nəsimi aksiyaları keçiriləcək.

Kulturoloji layihə bitdikdən sonra da fəaliyyətimiz davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək:
- Davamlı olaraq o istiqamətdə İnternetüstü bu fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək;
- "Nəsimi” sosial şəbəkə resursunda yenə də bu mövzuda müxtəlif materiallar paylaşılacaq;
- İnternetdə, elektron kitabxanada, sosial mediada Nəsimişünaslıq mövzusunda elektron kitablar, rəqəmsal nəşrlər, eləcə də sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq, daimi fəaliyyət göstərəcəkdir;
- Elektron kitablardan ibarət virtual sərgi ardıcıl təşkil olunacaqdır.
- Mütə
хəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq;
-Gələcəkdə Nəsimişünaslıq və intellektual ədəbiyyatın müxtəlif sahələrinə aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq;
- Milli Virtual-Elektron Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir;
- Layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq və s.
Sonda onu da əlavə edək ki, təşkilat milli və dünya mədəniyyət, elm və ədəbiyyat hadisələrinin təbliği, təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və s. sahələrdə fəaliyyətini qurub.
YYSİB illərdir respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 10 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə "Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. Qurumun dəyərli layihəsi əsasında 
www.kitabxana.net ünvanlı Milli Virtual-Elektron Kitabxana - İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın resursları fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs yaradıb və 2000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə təqdim edilib. Təşkilatın fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. YYSİB fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.

Kreativ-innovativ layihə İnternet - sosial şəbəkə və yeni mediada xüsusi olaraq #BiliyimİZ həştağı ilə, virtual aksiya formasında reallaşdırılacaq, eləcə də www.facebook.com/YeniYazarlar şəbəkə ünvanlı rəsmi Feysbuk səhifəsi və www.kitabxana.net/?oper=e_kitabxana&cat=187 keçidli elektron kitabxanada xüsusi bölümü olacaq. İnternetdə isə bu həştaqlarla materiallar yayımlanır:

#AzRGF #Nasimi650 #Nəsimi650 #YYSİB #BiliyimİZ  #internationalfestival #nasimifestival #nasimi650 #registernow #art #poetry #spirituality #azhistorymuseum #internationalrelations

 

Ayxan Əbilli,

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin üzvü



Oxşar Xəbərlər

Xəbər lenti