Bakıda məşhur mağazalardan birində yanğın baş verib.

 

Musavat.com xəbər verir ki, Neftçilər prospekti, Yusif Məmmədəliyev küçəsində yerləşən "Dolce & Gabbana” mağazasında yanğın başlayıb. Yanğına səbəb kondisionerdə baş verən qısaqapanma olub.

Hadisə yerinə FHN-in yanğından mühafizə xidməti və polis əməkdaşları cəlb olunub. Qeyd edək ki, mağazaya xeyli zərər dəyib. Həmçinin "Dolce & Gabbana” mağazasına bitişik obyektlərdə də evakuasiya işləri aparılır.

Musavat.com-un hadisə yerində olan əməkdaşı video və fotoları təqdim edir:



 

 

 



Oxşar Xəbərlər

Xəbər lenti