8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Ötən il Mərkəzi Qan Bankı üzrə donor sayı 44 957 nəfər, respublika üzrə donor sayı 85 253 nəfər, tədarük edilən qanın miqdarı 40670,5 litr olub".
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, ötən il nikahqabağı müayinədən 135990 nəfər keçirilib: "Onlardan 3891 nəfərdə talassemiya daşıyıcılığı, 449 nəfərdə sifilis, 119 nəfərdə QIÇS aşkar edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41 olub. Bu cütlüklərin 39-u instituta müraciət edib, 22 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb".
İnstitut direktoru əlavə edib ki, 2015-ci il iyunun 1-dən indiyədək 373680 nəfər müayinədən keçib: "Onların 14364-də talassemiya daşıyıcılığı, 1349-da sifilis, 293-ündə QIÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 134 olub. Bu cütıüklərin 86-sı instituta müraciət edib, 44 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb. Onlardan 11 xəstə, 26 daşıyıcı və 7 sağlam döl müəyyənləşdirilib".