Bakıda avtomobil 37 yaşlı qadını vuraraq öldürüb.Sozcu.info APA-ya istinadla xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.Belə ki, 2002-ci təvəllüdlü Seyfulla Mehdizadə idarə etdiyi “Hunday Elantra” markalı avtomobillə “Dövlət Bayraq” meydanının yaxınlığında piyada 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundovanı vurub.Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanılıb.Qeyd edək ki, V.Axundova müğənni imiş.