Bu gün, 16:39
17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
1 Noyabr – “Kənd təsərrüfatı işçiləri günü” münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ölkəmizin qurucusu və memarı olan dahi liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Gənclər Evində davam edən tədbir Dövlət Himni səsləndirilməsi ilə açıq elan edilib, daha sonra Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və əməkdaşları, fermerlər, təsərrüfat rəhbərləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri giriş nitqi ilə açaraq kənd təsərrüfatının ölkə iqtisadiyyatının strateji sahələrindən biri olduğunu, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac imkanlarının genişlənməsi və bölgələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatlar və kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri nəticəsində bu sahədə yeni çağırışlara uyğun modern yanaşmalar formalaşıb, fermerlərin fəaliyyət imkanları genişlənib. Vurğulanıb ki, Beyləqan rayonu aqrar potensialı ilə seçilir və burada taxılçılıq, pambıqçılıq, heyvandarlıq və digər istiqamətlərdə məhsuldarlıq ilbəil artır.
Sozci.info xəbər verir ki, tədbirdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov və Beyləqan DAİM-in direktoru Xaliq Məmmədov çıxış edərək dövlətin kənd təsərrüfatına verdiyi dəstək, tətbiq olunan subsidiya mexanizmləri, rəqəmsallaşma prosesləri və fermerlərə göstərilən xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, aqrar sahədə yeni texnologiyaların tətbiqi məhsuldarlığın artırılmasına və resurslara qənaətə imkan yaradır.
Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və digərləri kənd təsərrüfatı sahəsində görülən işlərin dövlət siyasətində prioritet istiqamət olduğunu qeyd edib, bu sahədə çalışan bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edərək, aqrar sahədə görülən işlərin müsbət nəticələri, fermerlər üçün yaradılan imkanlar və kənd təsərrüfatının inkişaf perspektivləri barədə fikirlər səsləndiriblər.
Sonda 1 noyabr-“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə bir qrup şəxsə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.