Bu gün, 14:12
Dünən, 23:05
Dünən, 16:39
17-10-2025, 18:29
14-10-2025, 22:23
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov və icra aparatının əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı Namiq Allahverdiyevin qardaşı, mərhum Allahverdiyev Mahirin ailəsinə baş çəkərək yas mərasimində iştirak ediblər.
Sozcu.info xəbər verir ki, ziyarət zamanı rayon rəhbərliyi ailəyə dərin hüznlə başsağlığı verib, onların kədərinə şərik olduğunu bildirib. RİH başçısı Əziz Əzizov Vətən uğrunda canından keçmiş Milli Qəhrəman Namiq Allahverdiyev və digər qəhrəmanlarımızın xatirəsinin xalqın tarix yaddaşında daim uca tutulduğunu və onların ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.
Rayon rəhbəri ailənin mövcud qayğı və ehtiyacları ilə maraqlanıb, lazımi dəstəyin göstərilməsi barədə müvafiq tapşırıqlar verib.
Mərhumun ailəsi göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edərək təşəkkür edib.