8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Apellyasiyaya instansiyası jurnalist Əziz Orucov haqda çıxarılan hökmü qüvvədə saxlayıb.
"Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov 2017-ci il mayın 2-dən həbsdədir. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib. Dekabrın 15-də isə Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.
Əziz Orucovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayətə 2018-ci il fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Jurnalistin xanımı Lamiyə Orucova Novator.az-a deyib ki, apellyasiya instansiyası hökmü dəyişməyib, 6 illik həbs qərarı qüvvədə saxlanıb: "Biz yuxarı instansiyanın hansısa nikbin qərar verəcəyini gözləmirdik də. Bütün bunlara baxmayaraq Əzizin əhvalı yaxşıdır, ruhdan düşmür. Onu məhkəmə zalında gördüm, amma bizə görüşmək, söhbət etmək imkanı verilmədi”.