Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Metroya düşən 6 yaşlı qız platformadakı sərnişinlərin diqqətini çəkib. Təkbaşına platformadakı oturacaqlardan birində əyləşib üzü "Həzi Aslanov" istiqamətində qatar gözləyən uşağa yaxınlaşan sərnişinlər gözlənilməz reaksiya ilə qarşılaşıblar.
Azyaşlı qız "Nə yığışmısınız bura, dağılışın" deyərək kənardakıların daha çox diqqətini çəkib.
Bu an gülən sərnişinlərdən birinə "Nə gülürsən ə..., bambılı" deyən uşağa digər şəxslər "Ayıbdır, adam özündən böyüyə elə deməz" söyləyib. Azyaşlının bu sözə verdiyi "Mənə tərbiyə verməyiblər" cavabı isə hər kəsi məəttəl qoyub.
Dərhal olaya metropoliten və polis əməkdaşları müdaxilə ediblər. 6 yaşlı uşaqdan hara getdiyini soruşublar. Uşaq "Anam, "Qara Qarayev"də marketdə işləyir. Məni gözləyir" cavabını verib. Azyaşlının əlində mobil telefonu görən polislər ondan valideyinlərinin nömrəsinə zəng etməyini istəyiblər. Polis əməkdaşlarının bu cəhdi uzun müddət nəticəsiz qalsa da, inadkar azyaşlını yola gətirmək mümkün olub. Atası olduğu deyilən şəxsə zəng edilib. Zəngə cavab verən şəxs uşağı anasının "Qarayev"də gözlədiyini, ona toxunmamaqlarını xahiş edib. Sonra polislər inadkar 6 yaşlı qızı sərnişinlərdən biri ilə sözügedən ünvana kimi yola salıblar. /milli.az/