Rusiyada dünya çempionunu öldürən azərbaycanlıya HÖKM OXUNDU - VİDEO

Rusiyada dünya çempionunu öldürən azərbaycanlıya HÖKM OXUNDU - VİDEO

 

Rusiyanın Xabarovsk diyarında pauerliftinq üzrə çempion Andrey Draçyovu döyərək öldürmüş azərbaycanlı Anar Allahverənovun məhkəməsi başa çatıb.

Sozcu.info  xəbər verir ki, məhkəmənin qərarı ilə A.Allahverənov 18 il müddətinə həbs cəzasına məhkum olunub.

O, həbs müddətini ciddi rejimli islah müəssisəsində keçirəcək.

Xatırladaq ki, 2017-ci ilin 20 avqustunda Xabarovskda yerləşən kafelərdən birində Andrey Draçevlə Anar Allahverənov arasında dava baş verib. Hadisə nəticəsində aldığı xəsarətlərdən Draçev xəstəxanada dünyasını dəyişib. Anar Allahverənov hadisədən təxminən 1 ay sonra hüquq-mühafizə orqanlarına müraciət edərək təslim olub.

 
 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}