8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakıda halı pisləşən yaşlı kişi yola yıxılıb.
Sozcu.info xəbər verir ki, paytaxtın Bakıxanov prospektində, saat 12:00 radələrində yolu keçmək istəyən 1948-ci il təvəllüdlü Verdiyev Seyfulla Əli oğlunun qəfildən halı pisləşərək yerə yıxılıb. Ətrafdakılar və ərazidə xidmət aparan DYP əməkdaşları təcili tibbi yardıma zəng edərək kömək çağırıblar. Əraziyə gələn təcili tibbi yardım briqadası kişiyə ilkin tibbi yardım göstərərək yaxınlıqdakı xəstəxanaya aparıblar. DYP əməkdaşları yaşlı kişinin oğluna zəng edib, hadisə barədə ona məlumat veriblər.