Putin iki il əvvəl açıqlamışdı: torpaqlar qaytarılarsa... - MƏXFİ PLAN İŞƏ DÜŞÜR

Putin iki il əvvəl açıqlamışdı: torpaqlar qaytarılarsa... - MƏXFİ PLAN İŞƏ DÜŞÜR

 

Yaponiyanın iddia etdiyi Kuril dağ silsiləsinin dörd adası Amerika raketlərinin yerləşdirilməsi üçün mükəmməl yerdir.

"Japan Business Press" nəşri yazıb.

Nəşrin yazdığına görə, adalarda hava hücumundan müdafiə vasitələrinin yerləşdirilməsi ABŞ və Yaponiyanı Şimali Koreyanın ballistik raketlərindən müdafiəsini möhkəmləndirəcək. İturup adası həmçinin ən əlverişli yer hesab edilir. Bildirilir ki, burada yerləşdiriləcək müdafiə sistemini Avropanı İrandan "müdafiə edən" hava hücumundan müdafiənin sisteminə birləşdirmək mümkün olacaq.

Müəllif qeyd edir ki, adalarda raketlərin yerləşdirilməsi həmçinin, ABŞ-ın Sakit okean donanmasına Rusiyanın donmayan limanı – Vladivostoku bloklamağa imkan verəcək. Və Rusiya raketlərinin Oxot dənizindən işə salınmasını əhəmiyyətli dərəcədə daha sürətlə izləməyə imkan verəcək.

"Japan Business Press" həmçinin vurğulayır ki, Rusiya çətin ki, adaları Yaponiyaya vermək istəyəcək, çünki Cənubi Kuril onun üçün çox böyük hərbi dəyər təşkil edir.

Öz növbəsində, Rusiya Federasiya Şurasının üzvü Oleq Morozovun sözlərinə görə, məqalənin müəllifləri Vaşinqtona siqnal verirlər ki, adaların Tokioya verilməsi üçün Rusiyaya təzyiq göstərməyə başlasınlar.

Onun həmkarı, senator Frans Klinseviç məqaləni təxribat adlandırıb. Onun sözlərinə görə, Rusiya adalarında yalnız Rusiyanın müdafiə vasitələri yerləşdirilə bilər.

Rusiyalı ekspert Vitali Şvıdko isə hesab edir ki, nəşr Yaponiya hökumətinin siyasətini əks etdirmir. Onun sözlərinə görə, Amerika hərbi obyektlərinin adalarda yerləşdirilməsi mövzusu mövcuddur, amma Yaponiyanın baş naziri Sindzo Abe adaların Tokioya verilməsi halında, onlarda hərbi obyektlərin yerləşdirilməməsinə zəmanət verib.

"Başqa məsələ ki, bu yalnız şifahi zəmanətdir. Ən azından, razılaşma tələb olunur", - Şvıdko deyib.

Qeyd edək ki, adaların Yaponiyaya veriləcəyi halda, orada ABŞ hərbi obyektlərinin yerləşdirilməsi ehtimalı Moskvada yüksək qiymətləndirilir. Rusiya prezidenti Vladimir Putin hələ 2017-ci ilin aprelində Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirmişdi ki, Kuril adaları Yaponiyaya verilsəydi, orada Amerika qoşunlarının yerləşdrilməsi imkanı yaranardı.

Onun sözlərinə görə, bu, "müqavilələr və imzalanmış protokollar"da əksini tapmışdı.

"Onları bizə göstərmirlər, amma biz bütovlükdə onların məzmununu bilirik. Mən indi detalları açıqlamayacağam, hərçənd bu detallar mənə məlumdur. Amma Amerika qoşunlarının bu ərazilərdə yerləşdirilmə imkanı var", - Putin deyib.

Qeyd edək ki, Yaponiya 1855-ci il tarixli ticarət və sərhədlər barədə ikitərəfli traktatı əsas tutaraq İturup, Kunaşir, Şikotan və Habomai adalarına iddia edir.

Rəsmi Tokio adaların qaytarılmasını Rusiya ilə sülh anlaşmasının bağlanmasının şərti olaraq qoyub. Rəsmi Moskva isə bildirir ki, Cənubi Kuril adaları II Dünya müharibəsinin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edilib və onların üzərində Rusiyanın suverenliyi heç bir şübhə doğurmur.



Oxşar Xəbərlər

Xəbər lenti