8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi strateji layihələr ABŞ, Avropa İttifaqı və qonşu Türkiyənin maraqlarına cavab verir”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani "İmedi” televiziya kanalında yayımlanan "İmedi Live” proqramında bildirib.
Nazir Azərbaycanın Gürcüstanın əsas strateji tərəfdaşı olduğunu deyib: "Ərazilərimizin Rusiya tərəfindən işğal altında olduğu bir halda, biz əsas strateji tərəfdaşımızla münasibətlərimizi korlaya bilmərik”.
D.Zalkaliani Gürcüstan-Azərbaycan sərhədinin müəyyən olunması üzrə birgə komissiyanın fəaliyyətinə də toxunub: "İki ölkə arasında sərhədlə bağlı danışıqların öz ardıcıllığı və strategiyası var. Gürcüstan hökumətinin gizli danışıqlar aparmaq niyyəti yoxdur. Sərhəd məsələsi ilə bağlı tərəflər arasında konsensusun əldə olunması çox önəmlidir"