Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Əvvəlki
Sonrakı
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İqbal Ağazadədən Putinə müraciət
:"DƏYİŞMƏSƏNİZ, AZƏRBAYCAN QARABAĞI YOX, RUSİYANI İTİRƏCƏK"
İqbal AĞAZADƏ,
Ümid Partiyasının sədri
İkinci Qarabağ savaşının aktiv fazası bitmiş hesab oluna bilər. Ən azı, hərb meydanında atəşkəsdir. Savaş Qarabağ torpaqlarından masa arxasına daşınıb. Bu masalar harda qurulacaq? Uzaq ABŞ-da, Avropada, yoxsa Rusiyada?!
Hələlik masanın qurucusu da, başında əyləşən və tərəflərə diktə edən də Rusiyadır…
Rusiya postsovet ölkələrindən çəkilmək istəmir. Hər vasitə ilə mövcudluğunu qoruyur, özünə münasib hakimiyyətlər yaratmağa, alınmayanda isə etnik-milli separatizmi dəstəkləməklə orada olmağa çalışır…
Və hələlik bacarır. Rusiyanı durduran kimsə yoxdur. Bugünlük…
Nə beynəlxalq təzyiqlər, nə də iqtisadi sanksiyalar onu öz imperialist maraqlarından çəkindirə bilmir. Daxildə isə Rusiyanın gələcəyi ilə bağlı əndişə keçirən çox az siyasətçi var.
Rusiya demokratları belə, təəssüf ki, daxildəki antidemokratik və avtoritar rejimdən şikayətçi olsalar da, ölkələrinin imperialist təfəkküründən, işğalçı və istilaçı siyasətindən qurtulması üçün heç bir cəhd etmirlər.
Ya susurlar, ya da “dövlət marağı” deyib, bu və ya digər şəkildə dəstək verirlər. “Demokrat” Yeltsin də belə olub, avtoritar Putin də dəyişməyib, Navalnı da bu siyasətə qarşı mövqe ifadə etmir.
Bəlkə, doğrudan da, dövlət, ölkə marağı belə tələb edir?! Düşünmürəm…
İstilaçı və imperialist güclər, enində-sonunda, ölkələrini fəlakətlə üz-üzə qoyublar. Kiməsə tarixdən dərs keçmək, nümunələr sadalamaq istəməzdim. Hamınız kifayət qədər məlumatlısınız,
lakin bütün xəyanətkarların taleyi eyni olduğu kimi, imperialist dövlətlərin də, gec-tez, sonunun başqalarından fərqlənməyəcəyini bilirəm.
Rusiya da eynən bu taleyi yaşayacaq. Həm də çox acınacaqlı…
Dəyişməsə!
…Qarabağın bugünkü vəziyyəti ilə bağlı yazıma
Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin
ə müraciətlə başlamaq istəyirəm. Çünki əvvəldə də qeyd etdiyim kimi, masanı quran da, başında əyləşən də Rusiyadır.
Çox hörmətli Vladimir Vladimiroviç!
Mənim sizi antidemokratiklikdə və avtoritarlıqda günahlandırmaq niyyətim yoxdur. Təbii ki, sizin idarəetmə prinsiplərinizi və sisteminizi qəbul etməyən biriyəm. Lakin sizi seçmək və ya hakimiyyətdən uzaqlaşdırmaq, müstəsna hüquq kimi, Rusiya xalqına məxsusdur.
Uzun illər eyni bölgədə yaşadığımız üçün Rusiya siyasətini yaxından təqib edirəm. Həmçinin Azərbaycanda hakimiyyətə iddialı bir partiyanın – Ümid Partiyasının sədriyəm. Təbii ki, yaxın və böyük qonşumuz Rusiyada cərəyan edən hadisələr həmişə maraq dairəmizdədir və baş verənləri həssaslıqla izləyirik.
Ölkədaxili məsələlərinizə qarışmaq niyyətindən çox uzağam, nə ucsuz-bucaqsız Sibirdə yaşayan insanların həyat şəraitindən, nə ölkənizdəki antidemokratik seçkilərdən, nə insan haqlarının pozulmasından, nə də ac-yalavac təqaüdçülərdən yazacağam. Heç Navalnının zəhərlənməsi də mənim sizə ünvanlayacağım məktubun qayəsini təşkil etməyəcək. Bu, məndən çox, Rusiya xalqının düşünməli olduğu məsələdir.
Lakin elə həssas və incə maraqlar var ki, onlar haqda mütləq yazacağam, cənab Putin!
Görəsən, heç ömrünüzdə bircə dəfə ətrafınızda sizinlə qonşu olan dövlətlərin sizi – şəxsinizi deyil, Rusiyanı – sevmədiyinin fərqində olmusunuzmu?!
Bircə dəfə düşündünüzmü, 70 il sizinlə bir sistemdə və ölkədə yaşayan pribaltikalılar, moldovanlar, ukraynalılar, belaruslar, gürcülər, azərbaycanlılar, ermənilər, orta asiyalılar niyə Rusiya dövlətinə (Rus xalqına deyil) bu qədər qəzəb və nifrətlə baxırlar?!
Heç fərqindəsinizmi, sovet quruluşunda sizinlə eyni ideologiyanı bölüşən Şərqi Avropa xalqları, əfqanlar, kubalılar, vyetnamlılar, əksər ərəb ölkələrinin vətəndaşları niyə sizə dəhşətli antipatik münasibət bəsləyirlər?!
Düşünüb də qəbullana bilirsinizmi?!
Mən hələ sizlərlə SSRİ dövründən düşmən münasibətdə olan ölkələri və onların xalqlarını demirəm! İddia edə bilərsiniz ki, bu ölkələrlə uzun illərin ideoloji savaşı bizləri düşmən edib.
Bəs sizlərlə bir yerdə olanlar?
Deyək ki, bizlər də sizdən ayrılmışıq, indi bu ayrılıq aramıza düşmənçilik və nifaq toxumu səpib, bəs ölkənizdə yaşayan xalqların Rusiyaya olan münasibətindən xəbəriniz yoxdurmu?
Doğrudanmı, elə güman edirsiniz ki, çeçen xalqı tarixdə olanları unudub? Və bu gün dövlətinizin idarəetmə forma və üsullarına görə susan çeçenlər heç vaxt bir daha sizlərə qarşı içində olan kin və küdurəti büruzə verməyəcək?
Ya Tatarıstan?
Son bir ildə tatar xalqının dil uğrunda mübarizəsi sizlərə heç nə demirmi? Axı haqqı verilməyən və əzilən insanlar psixoloji cəhətdən həmişə savaşa hazır olanlardır.
Sadəcə, fürsət gözləyirlər…
Ya heçmi narahat olmadınız ki, bir gün bir milyonluq osetin xalqı sizlərə sual ünvanlayacaq: nədən 140 minlik həmyerlilərimizə – Cənubi Osetiyaya – müstəqillik verən Rusiya bizim azad dövlət olmağımızı istəmir?
Yoxsa başqırd, altay, xakas, tuva, qaraçay, çərkəz, inquş, avar, kumık, noqay, saxa, ləzgi, udmurt, dargin sonsuza qədər susacaqmı?
Susardı – əgər sizlər daxildə azad, demokratik, firavan Rusiya yaratmış olsaydınız.
Eynən demokratik və azad ölkələrdəki kimi…
Lakin Rusiya idarəetməsinin mahiyyət və reallıqları mütləq o xalqları da bir gün yerindən oynadacaq, içəridə təlatümlər olacaq. Bəlkə, sizin dövrünüzdə olmayacaq, amma inanıram ki, hər birimiz ölkəmizin gələcəyini yaşadığımız qısa ömrün tarixi qədər görmürük.
Dünən bütün Moldovada olan Rusiya bu gün Prednestrovyadadır – həm də bu dövlətin etirazına rəğmən.
Bir gün burdan da çəkiləcəksiniz – müzakirəsiz və mübahisəsiz. Lakin orda yaşayan ruslar üçün də problem qoyub gedəcəksiniz, onlar sizə sığınıb, güvənib separatçılıq etdiyinə görə mütləq bir ayağı qaçaraq, bir gözü qıpıq olacaq.
Ukrayna, Gürcüstan, Azərbaycan da elə…
İndi Azərbaycandasınız, cənab Putin, sülhməramlı adı ilə.
Heç Rusiyanın nə vaxtsa sülhdən yana olduğunu xatırlayırsınızmı?
Burda da sülh üçün deyilsiniz. Güc olduğunuzu bu şəkildə bizlərə də, çevrə dövlətlərinə də isbatlamaq niyyətindəsiniz.
Hələlik alınır. Amma hələlik…
Gəldiyiniz gündən birtərəfli siyasətinizlə Azərbaycan cəmiyyətində qəzəb və nifaq yaratmağa başlamısınız. Gəlişinizin hansı məcburiyyətdən olduğunu hamımız gözəl bilirik – bütün azərbaycanlılar.
Gəlin, bircə dəfə də olsa, şansınızı yoxlayın.
Bəlkə, doğrudan da, sülhməramlı ola bilərsiniz?! BMT-nin bizi tanıdığı sərhədlər çərçivəsində hüququmuza hörmət etməklə, erməni separatçılığına dəstək verməməklə könlümüzdə ayrı bir Rusiya yarada bilərsiniz?!
Heçmi düşünmürsünüz ki, 70 min erməniyə dövlət yaratmağa çalışan, həm də başqa bir ölkənin ərazisində, etnik separatizmi dəstəkləyən Rusiyada neçə Dağlıq Qarabağ ola bilər? Çeçenistan, Tatarıstan, Başqırdıstan, Osetiya, İnquşetiya, Dağıstan, Tuva, Xakasiya, Saxa və i.a. – saymaqla bitmir.
Niyə bu tipli problemlərə ədalətli yanaşmanızla gələcəkdə ölkənizdə törəyəcək fəsadları indidən əngəlləməyə çalışmırsınız?!
Dağlıq Qarabağda quruculuq işləri görürsünüz – modul xəstəxanalar tikir, şəhərciklər salmağa çalışırsınız. Azərbaycanın erməni əsilli vətəndaşlarını himayə etməklə sevgi qazanacağınızı zənn edirsiniz.
Heç düşünmədinizmi, ömründə həkim üzü görməyən nə qədər rayon və əyalətləriniz var? O modul xəstəxanaları Sibirin uzaq kəndlərində qurub da öz insanınıza sahib çıxsanız, ölkənizin və şəxsinizin nüfuzu nə qədər artar?!
İnqilabdan sonra Rusiyada tikilmiş taxta evlərin sayı barədə məlumatınız varmı? Hələ onların bir dəfə təmir edilmədiyinin fərqindəsinizmi? Soyuq qış aylarında qar altından bircə qapısı görünən bu evlər də sizin vətəninizdədir, cənab Putin!
Nədən Azərbaycan torpağında ev tikmək istəyən Rusiya öz vətəndaşlarının bu acınacaqlı mənzil şəraitini dəyişdirməyi düşünmür?
Niyyətiniz xoşdursa, darda qalana kömək etmək, evsiz qalanı evlə təmin etmək istəyirsinizsə, Rusiyadan başlamaq doğru olmazmı?!
Qarabağla bağlı bəyanatınızda dəfələrlə vurğuladınız ki, biz qanı durdurduq, insanların, gənclərin ölməsini əngəllədik. Missiya o qədər ülvi və gözəldir ki…
Lakin ərazinizin bir qismində, həm də ucsuz-bucaqsız ərazinizdə bir xalq, etnik qrup Rusiyadan ayrılmaq istəsə, ermənilər kimi separatçılıq etsə, ya Rusiyadan ayrılmaq, Çinə, Qazaxıstana, yaxud da Ukraynaya birləşmək istəsə, eyni “humanistlik”lə yanaşardınızmı?!
Birdən, Azərbaycan Dərbəndi sizdən geri almaq istəsə, hansı reaksiyanı verərsiniz?!
Axı Dərbənd əhalisinin çoxu azərbaycanlılardır – 1813-cü ildə “Gülüstan” müqaviləsi ilə Rusiyanın tərkibinə verilib.
Siz heç Kuril adalarını Yaponiyaya, Kalininqradı Almaniyaya, Krımı Ukraynaya qaytarmağı düşünmədiniz.
Bunlar bir yana…
Prednestrovya, Şərqi Ukrayna, Abxaziya, Cənubi Osetiya, indi də Qarabağ, sizə görə, BMT-nin ərazisi kimi tanıdığı dövlətlərə məxsus deyil. Siz hələ Qazaxıstanın ərazilərinə iddia edirsiniz.
Bütün bunların fonunda mən sizin ədalətinizə və sülhpərvərliyinizə necə etimad edim?!
Necə inanım ki, siz gənclərin ölümünü istəmirsiniz?
Ölkənizdəki çətin iqtisadi durumdan dolayı Suriyada, Liviyada və yuxarıda qeyd etdiyim ərazilərdə ölən rus gəncləri bəşərə və insanlığa dinclik və əmin-amanlıq gətirmək üçün qurban gedirlərmi?! Dağlıq Qarabağda minaya düşərək həlak olan rus əsgərin anasının, doğmasının gözünün içinə necə baxdınız?! Onların ölümünü necə əsaslandıra bildiniz?! Dediniz ki, biz Ermənistan-Azərbaycan cəbhəsinə sülh gətirmək üçün övladlarınızı fəda edirik? Sizcə, sadə rus xalqı buna inanırmı?!
Əminəm ki, siz də bu sualların cavabını öz içinizdə bilirsiniz.
XXI əsrdə yaşayırıq. Dünya başqa platformalarda uzlaşmağa çalışır.
Hələlik keçmiş sovet respublikaları rus xalqını düşmən bilmir, amma Rusiya iqtidarını ya düşmən, ya da təhlükə hesab edirlər. Dəyişmək sizin əlinizdədir…
Ukrayna xalqını itirdiniz, o xalq bir daha sizlərlə bir yerdə olmağı arzulamayacaq! Moldova və Gürcüstanı çoxdan itirmisiniz, bu ölkələrin vətəndaşları sizləri işğalçı kimi tanıyır. Əmin olun, cənab Putin, II Qarabağ savaşında Ermənistan və Azərbaycanı da itirdiniz! Nə Ermənistanda, nə də Azərbaycanda kimsə Rusiyaya etimad etmir – eynən digər postsovet ölkələrindəki kimi.
Çətin də olsa, obyektiv olun! Savaş yaratmaqla deyil, qanunlara riayət etməklə dövlətləri və xalqları qazanmağa çalışın!
Sizdən hüququmuzu istəmirik, bircə dəfə obyektiv olmanızı istəyirik, yalançı sülhməramlılıq yox, gerçəkdən iki savaşan tərəfi barışdıran qonşuluq gözləyirik.
Etməyəcəyinizə, təəssüf ki, əminəm.
Amma bu, bizdən çox, sizləri qorxutmalıdır. Biz imperiyaların çöküşünü çox oxumuşuq.
İmperiya xislətiniz Rusiyanı təhdid edir.
Qarabağı həmişəlik itirəcəyimizi düşünməyin, lakin bu münasibətinizlə sizi həmişəlik itirəcəyik. Həm də biz yox, bütün postsovet ölkələri…
Bir gün Rusiyanın təkəri tərsinə fırlananda, sizin bütün qonşular – keçmiş postsovet ölkələri – düşmənlərinizə dəstək verəcək. Deməyin ki, olmayacaq… Dostlarınız sırasında Pribaltika, Ukrayna, Moldova, Gürcüstan yoxdur artıq. Azərbaycan və Ermənistan, o cümlədən Belarus da bu yoldadır. Orta Asiya Respublikaları isə, ilk fürsətdəcə, üzlərini çevirəcəklər. Heç bir güc sonsuza qədər davam edə bilməz.
Dost olmağımız üçün çox səbəblər var – ortaq tarix, xalqlarımızın yaxınlığı, dil bağlılığı, mədəniyyət, iqtisadi əlaqələr və s. Düşmən olmağımız üçün tək səbəb isə sizin qeyri-obyektivliyiniz (Rusiyanın) və imperialist siyasətinizdir. Təəssüf ki, siz də tək səbəbi seçirsiniz, az qala, 300 ildir.
Bəlkə dəyişəsiniz? 300 illik siyasətin sizə uğur gətirmədiyinə bir də başqa pəncərədən baxasınız.
İqtisadiyyatınız, səhiyyəniz, təhsiliniz, sosial vəziyyətiniz, hətta güvəndiyiniz hərbi gücünüz dünyanın inkişaf etmiş ölkələrindən nə qədər geridə qalır?!
Mən inanıram ki, bu statistikanı siz hamıdan gözəl bilirsiniz. İstərdim ki, qonşumuz olan Rusiyanı mən də sevə bilim, xalqlar sizlərə qorxu və təlaşla deyil, sevgi ilə baxa bilsin. Bayrağınızın dalğalandığı yerdə həmişə qan, ölüm, müharibə təhlükəsi hiss etməyək, o bayrağın sülh gətirəcəyinə içimizdə inanaq, güvənək, qonşu kimi, böyük dövlət kimi. Bu, mənim arzularımdır… Bəs sizin?!
Sonda… Qarabağ Azərbaycandır! Bu həqiqəti heç kim, heç vaxt dəyişə bilməyəcək. Nə separatçı ermənilər, nə himayədarları, nə də “sülhməramlı” adı ilə Rusiya qoşunları…
Çox istərdik ki, Qarabağda olduğunuz müddətdə obyektiv yanaşmanızla bizə, Azərbaycan xalqına rus qoşunlarının 20 Yanvarda, Xocalıda, küllü Qarabağda törətdiklərini unutdurasınız, regionda sülhün və qanunların bərqərar olmasına töhfə verəsiniz. Hələlik bunu görmürük…
Bizi sizlərə – Rusiyaya “hələlik” deməyə məcbur edən siyasət yürüdürsünüz.
Ya yaxşı qonşu olun, ya gedin!
Bizim qədim atalar sözümüz var:
“Yaxşı qonşu uzaq qohumdan yaxşıdır”.
Amma yaxşı qonşu…
Təəssüf ki, siz hələlik yaxşı qonşu deyilsiniz. Yaxşı qonşu olmaq ÜMİDİLƏ!
Oxşar Xəbərlər
Araz Əlizadə: "Şər-böhtan atıramsa İqbal Ağazadə məni məhkəməyə versin"
İqbal Ağazadə özgə mülkiyyətini ələ keçirməkdə ittiham olunur –Sahibkarlar partiya sədrinə qarşı etiraz aksiyasi keçirəcək
BMT BAŞ KATİBİ RİYAKARLIQ EDİR! - Təcavüzkarla təcvüz qurbanını “seçə bilmir”
"Rusiya həqiqətən Qarabağ münaqişəsini həll etmək istəsəydi..." - Amerikalı keçmiş həmsədrdən maraqlı açıqlamalar
Xəbər lenti
Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Xına mərasimində DƏHŞƏT -
yaralılar var
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Bazarda alça və gilas görün neçəyə satılır -
Qiymətlər...
BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
Bu bürclər bir-biri ilə evlənməməlidir
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
DİM məlumat yaydı
Oman Hörmüzlə bağlı təcili xəbərdarlıq yaydı
İranla sərhəddə əməliyyat -
DSX MƏLUMAT YAYDI
Manatla bağlı
MÜHÜM XƏBƏR
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Neft bazarında kəskin eniş:
Bakı neftinin qiyməti belə dəyişdi
Rusiya Ermənistandan tərəvəz, pomidor idxalını da dayandırdı
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
SON DƏQİQƏ: Prezidentdən Asəf Hacıyevlə bağlı
SƏRƏNCAM
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri ŞOKA SALAN QƏRAR
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir
İranda yeniyetmə bütün ailəsini qətlə yetirdi -
DƏHŞƏT
Kərə yağı ilə bağlı qərar verildi
İyun ayının ən uğurlu günləri açıqlandı —
Bu tarixlərə diqqət!
Neft bazarında kəskin dönüş:
Qiymətlər bir anda DƏYİŞDİ
Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ...
İranlılar vicdanla danışıq aparırlar -
Vens
Hava kəskin dəyişir -
XƏBƏRDARLIQ
Azərbaycanlıların sevimli göyərtisinin xərçəngdən qoruduğu üzə çıxdı
Yumurtanı saniyədə qabığını soymağın ən asan yolu:
Qaynar suya yarım çay qaşığı...
Temuya ağır zərbə – təhlükəli maddələr satırmış
Qarşıdakı 5 illə bağlı alimlərdən
XƏBƏRDARLIQ
Azərbaycanda məktəblər gözləniləndən tez bağlanacaq –
Tarix açıqlandı
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə GÖRÜŞDÜ - FOTO
Rəvan Qarayev 3-cü dəfə evləndi
Anasını və qardaşını öldürüb qohumlarından pul yığdı
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu bürclər bir-biri ilə evlənməməlidir
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir