Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
3 İyun 2018-ci ildə "AMAC” təşkilatının Bakı şəhərində "Təsis konfransı” keçirildi. Konfransda 300 nəfərə qədər nümayəndə ilə təmsil olundu.
Müsahibimiz "AMAC”-ın yaradıcıların biri, həmçinin təşkilatın "İdeologiya” üzrə icraçı katibi Tahir Cəfərlidir.
- "AMAC” təşkilatının yaranmasının başlıca səbəbləri ?
Hər yeni yaranan siyasi qurumun müəyyən iqtisadi, siyasi səbəbləri olduğu kimi "AMAC”-ın yaranmasıda bu faktorlar zərurətindən olmuşdu. İqtisadi nöqteyi-nəzərdən "AMAC”-ın yaranmasına səbəb ölkədə devalvasiyadan sonra gedən prosseslərin qabağının alınmaması, neft və qazdan gələn gəlirlərin azalması ilə izah etmək olar. İqtisadi böhran xalq arasında narazılıqlar yaratmışdır ki, düşmən qüvvələr bundan istifadə edib, Azərbaycanda olan stabilliyi pozmağa başlamışlar.
Demokratiya pərdəsi altında yaratdıqları və qrantlarla maliyyələşdirdikləri partiyaları, QHT-ləri Azərbaycan dövlətçiliyinə qarşı yönəltmişdilər.
- Deməli "AMAC”-ın yaranmasının siyasi məqsədi məhz iqtisadi durğunluqdan irəli gəlir?
Bəli, tarixə nəzər yetirsək görərik ki, hansı 3-cü dünya ölkələində iqtisadi durğunluq varsa orda imperialist dövlətlərin əliylə təxribat, inqilab, çevriliş baş verir. "Ərəb baharı” və Ukrayna hadisələri "demokratiya oyunlarının” üstünü açdıqca, Azərbaycanda da belə faciəli hadisələrin baş verəcəyi mümkünlüyünü göstərir. Bir dəfə Azərbaycan xalqı "demokratiya şüarlarına” inandı ki, "nəticədə 20% torpaqlarını itirdi. Xalqının inandığı "demokratlar” Laçını və Şuşanı müdafiəsiz qoyub, tankları Bakıya yeridib hakimiyyət davasına başladılar. Bunun ən böyük təzahürü torpaqlarımızın zəbti oldu. Sonradan BMT-nin bu işğalla bağlı qətnamələrinin qərarlarını yerinə yetirməyi tələb etmək əvəzinə, "ATƏT” deyilən quruma bu səlahiyyəti vermələri oldu. Azərbaycanın daxili işi olan Qarabağı Ermənistan-Azərbaycan konfliktinə çevirdilər, yəni Ermənistanı Qarabağa şərik etdilər. Bu ən böyük satqınlıqdır. İndi də bu tip fərdlər ortaya düşüb, narazı xalqı küçələrə tökmək istəyirlər. Onların marağı xalq deyil, yenidən torpaqları ermənilərə vermək üçün qarşıdurma yaratmaqdı.
- Sizcə "demokraya qurmalıyıq” kimi çağrışlar edən satqınlara havadarlıq edən əsas qüvvə nə idi və ya kim idi?
Bu qüvvə Qərb imperializmi idi. Azərbaycan kimi zəngin və strateji əhəmiyyətli ölkədə öz nümayəndələrini hakimiyyətə gətirərək xalqı "demokratiya” adı altında müasir kölə halına salmaq idi. Qərbin Azərbaycana qarşı təzyiqləri bu gündə göz qabağındadır və onların "demokratiya” hoqqabazları yenə də səhnədədir.
-Deməli "AMAC” dövlətçilik ideologiyasını hər şeydən üstün tutur?
Bəli, bizim əsas mübarizəmiz dövlətçiliyimizin məhvinə yönəlmiş daxildən və xaricdən gələn təhlükələrə qarşı mübarizədi. Dövləti onun ərazisində yaşayan xalqlar yaradır və onların birliyindən ölkəmizin gələcək taleyi və inkişafı asılıdır. Azərbaycançılıq, xalqçılıq kimi anlayışlar Azərbaycan dövlətini saxlayan və xalqı birləşdirən şüarlara çevrilməlidi.
-AMAC Vətəndaşlıq prinsipinin tərəfdarıdır?
-Elədir. Biz xalq içərisində milli, irqi, dini ayrıseçkilik kimi fəaliyyətlər edən qüvvələri erməni agentləri adlandırırıq.Konstitusiyamızda qeyd edildiyi kimi Azərbaycan xalqı vahiddir ifadəsini biz əməldə göstərməyə çalışırıq. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndəsi Azərbaycan xalqını təşkil edir, onun ayrılmaz bir parçasıdır!
-AMAC sağlam qüvvələrin birliyidir?
-Başqa cürə ola da bilməz, bu təşkilatı yaradanlar haqqında heç kim pis fikir yürüdə bilməz. Onlar yüksək əxlaq sahibləridirlər, ömürləri boyu xalqımıza xidmət etmişlər, ənağır anlarda belə xalqın yaralarının aradan qaldırılmasında əllərindən gələni əsirgəməmişdilər. Bu haqda çox danışmaq olar. Adlarını açıqlamaq istəmədiyim şəxslər üçün Azərbaycandan üstün heç nə yoxdur. Siyasi reallıqdan çıxış edirlər, ölkədə nə baş verdiyinin iqtisadi, siyasi əsaslarını görürlər, xarici ölkələrin təzyiqinin mahiyyətini anlayırlar və düz seçim etmək üçün optimal yollar göstərirlər.Qısası AMAC-ın düşünən beyinləri üçün əsas siyasi xətt - xalqın birliyidir. Nə iqtidardanıq, nə də müxalifətdən.
-AMAC bütün sağlam qüvvələri ölkənin problemlərinin həlli ilə bağlı fikirlərini bir yerə yığmaq istəyən beyin mərkəzi rolunu öz üzərinə götürmək məqsədi güdür?
Tamamilə haqlısız. Belə beyin mərkəzlərinin yaradılması, savadlı, analitik düşüncəyə sahib olan insanlar bacararlar. Azərbaycana qarşı olan təhlükə və çağırışları daha düzgün, obyektiv şəkildə təhlil etmək, onlara qarşı düzgün mübarizə üsulu seçmək, Azərbaycana dəyə biləcək zərbələri, zərərləri əvvəlcədən görərər, buna müvafiq addımlar atmaqdı. "AMAC”-nın idarə heyətini Respublikanın hər hansı bir siyasi qurumla əlaqəsi olmayan, Azərbaycanı və Azərbaycançılığı üstün tutan ziyalılar təmsil edir. Məqsədləridə Suriya, Liviya, İraq, Tunis, Misir Ukranayna kimi dövlətlərin sürükləndiyi proseslərin vətənimizdə baş verməsinin qarşısını almaq, xalqın bir yumruq kimi dövlətçilik naminə birləşdirmək, Qərb imperializminin oyunbazlarından xalqı xilas etməkdir.
Bəs sizin bu təşkilatın mətbuat orqanı varmı?
-Üç dildə nəşr olunan qəzetimiz var, amma hələlik elektron versiyada çıxır ( www.amac-az.com). Bunu "AMAC”-a qoşulan gənc tələbələr edirlər. Onların yaradıcılıq fəaliyyəti üçün hər bir şərait yaratmışıq və inanırıq ki, bu gənclər öz problemləri ilə bağlı analitik məqalələr yazaraq gənclərin bütün problemlərini ortaya çıxaracaqlar. Azərbaycan gənclərini idarəçilikdən kənarda qoymaq olmaz.
- "AMAC” "Fecebook” sosial şəbəkəsində xalqa tezis şəklində informasiyalar yayaraq, xalqı xarici qüvvələrə qarşı mübarizəyə və birliyə çağırır. Niyə tezis şəklində?
- Səbəbi odur ki, biz informasiya məkanında yaşayırıq. İnternetlə əlaqəli şəxslər adətən qısa məzmunlu informasiyaları daha tez qəbul edirlər və daxilən öz fikirlərini bu tezislərə qatıb, onların nə məqsəd daşıdıqlarını dərk edirlər. Qısa sözlə desək, qısa informasiya daha tez qavranır.
-"AMAC” öz ocaqlarını yaratmağa başlayıbmı? Onlar hansı ölkələrdə mövcuddur?
-Əvvəla "AMAC” təkcə virtual aləmdə deyil, açıq şəkildə də öz ideyalarını yayan hərəkatdır. İnternet onun informasiya yayan kanalıdır. Xalqla birbaşa təbliğat və təşviqat internetlə getsə də, əslində bundan sonra "AMAC”-a qoşulan eyni əqidəli insanları bir yerə yığmaq və tanışetmək üçün amaçılar regionlarda öz ocaqlarını da yaradacaqlar. Maraqlısı budur ki, ilk ocaqlar xarici ölkələrdə yaranıb. Məsələn Avropada, Rusiya və s.
-Sizi iqtidar nümayəndəsi kimi qələmə verənlər də var. Bu nə dərəcədə doğrudu?
Burada təmsil olunan insanlar həqiqətən Azərbaycanı və onun stabilliyini istəyən insanlardır. İstəməzlər ki, Azərbaycanda qarşıdurma olsun. Bu o demək deyildir ki, biz iqtidara xidmət edirik. İqtidar da, müxalifət də gəldi gedərdi, yalnız xalq və xalqın yaratdığı dövlətin özünü saxlama mexanizmi yerində qalır. Bu mexanizmin inkişafına xidmət edən həm iqtidarın, həm də müxalifətin ziyalı düşüncəli insanlarını müdafiə etməyə hazırıq. Azərbaycan dövlətçiliyinin müsbət inkişafına yönələn istənilən addımı dəstəkləməyə hazırıq.
-"AMAC”-ın tezislərinin məğzini bura gələn insanlar verir?
Onların çoxunun ümidi ölkədə stabilliyin saxlanılması və dövlət idarəçiliyinə aparılacaq reformlardır. AMAC reformalar yolu ilə dövlət idarəçiliyinin təkmilləşdirilməsinin tərəfdarıdır.
-Məsələn?
-Azərbaycan xalqı 2016-cı ildə referenduma getdi. Bu nə deməkdi? Xalq öz fikrini bildirsin, yeni idarəçilik strukturları yaradılsın. Xalq buna razılıq verdi və İlham Əliyev 7 illik Prezident seçildi. İndi qalır referendumdan irəli gələn strukturların yaradılması.
- Yeni strukturların yaradılması Mehriban xanımın idarəçilik funksiyalarının artırılması ilə bağlıdır?
Hamıda belə inam var ki, ancaq I Vitse-Prezident qarşıya çıxan bütün məsələləri həll etməyə qadirdir Buna əsas da var. Onun taleyüklü məsələlərin həllindəki fəaliyyətləri göz qabağındadı. Məsələn "Avropa Olimpiadası”, "İslam oyunları”, "Avrovijn” kimi tədbirlərin keçirilməsi. Bütün bunlara rəhbərlik edən, Mehriban xanım yüksək idarəçilik məharəti göstərdi və bütün dünyanı heyran etdi. Biz bu sözləri tərif xətrinə demirik.
-AMAC-n əsas şüarı Azərbaycançılıqdırmı?
2 mart 1992-ci ildə BMT bizi unitar və inkişaf etmiş Azərbaycan Respublikası kimi, dilimizi Azərbaycan dili, ölkə əhalisini Azərbaycan xalqı kimi tanıyıb. Bizi BMT tanıyanda "AY-Q”-yümüz inkişaf etmiş ölkələr səviyyəsində idi, yəni Avropanın bir çox dövlətlərindən, Türkiyə, İran və başqa ölkələrdən bilik, mədəniyyət, elm sahəsində qat-qat üstün idik. Bunu BMT-nin xüsusi komissiyası bizi başqa ölkələrlə identifikasiya edəndən sonra qərar vermişdi. Ən əsası Azərbaycanda yaşayanxalqların dil fərqləri olsa da, genlərin eyni çıxmışdı. Azərbaycan dövlətini yaradan bu xalqlar Azərbaycan dili ətrafında assimilyasiya uğrayaraq Azərbaycan xalqına çevrildilər. Elə ABŞ-da amerikan millətinə çevrildikləri kimi. Ölkəmizdə assimilyasiyaya uğrayan xalqları bir-birinə vahid mədəniyyət, atət-ənənə və vahid tarix birləşdirir,bu birliyə qarşı gedənləri isə Azərbaycanın düşmənləridir və AMAC hər yerdə bunu bəyan edir. Çünki AMAC realist,praqmatik siyasi təşkilatdır heç vaxt yalan nağıllara inanmır.
-Xarici ölkələrdə "AMAC” öz ocaqlarının açmaqla şaxələnəcəkmi?
Azərbaycanlılar təkcə Azərbaycanda deyil, bürün dünyaya yayılıblar. Xaricdə olan Azərbaycanlıları iki kateqoriyaya bölmək olar. Ölkəni öz xoşuyla tərk edənlər və məcbur olub köçənlər. Bu iki kateqoriyalı azərbaycanlıları dövlət tərəfindən bir yerə yığmaq ideyası diasporalar şəklində heç bir nəticə vermədi. Deməli başqa yanaşma lazımdır. Bir-birlərinə zidd olan insanları bir yerə yığmaq üçün elə ideologiya lazımdır ki, Azərbaycanlıları bir yerə yıxsın. Xarici ölkələrdə Azərbaycançılıq, unitar dövlətçilik prinsibləri geniş təbliğ olunmalı, bu mələsə xaricdən yaşayan azərbaycanlılarında əsas amallarından olmalıdır.
-AMAC dini tolerantlığınqorunmasının tərəfdarıdırmı?
-Dini tolerantlıq Azərbaycanda mövcud olan dinlər arasındakı tarazlıq, bu dinlərin mövcudluğu ilə razılaşan xalqın iradəsi nəticəsində yaranıb. Bununla belə, başqa dinlərin, dini cərəyanların, təriqətlərin bəzi ölkələr tərəfindən Azərbaycana soxulması, bu tarazlığın pozulmasına gətirib çıxartmışdır. Azərbaycan dövlətçiliyi üçün təhlükəli olan Nurçu və Vahabi cərəyanlarının olduğunu bir adam indi inkar edə bilməz, çünki bu cərəyanlar başqa ölkələrdən idarə olunaraq, Azərbaycanda stabilliyə qarşı açıq təhlükədir. Bu təriqətlər ölkəmizdə stabilliyi pozmaq istəyən məmurlarında əllərində vasitəyə çevrilə bilər. AMAC xalqı ayıq salaraq,çalışır ki, nə baş verdiyini anlatsın.
Abdulla İsmayıloğlu,
"Yeni Sözçü” qəzeti